Qısqanclıq

kiskanclik-nedenleri-nelerdir

Qısqanclıq bir çox insanın yaşamına olduqca böyük təsir göstərən, narahatlıq yaradan duyğulardan biridir. Qısqanclıq insanın itirmək istəmədiyi birini və yaxud münasibəti itirmək qorxusuyla üz-üzə gəldiyi zaman yaranan ciddi və qarışıq hissdir. Bu zaman qısqanclıqla birlikdə dəyərsizlik, yalnızlq, hirs, çarəsizlik kimi hisslərdə meydana gəlir. Bu hissləri daha çox dəyərsizlik və özgüvənsizlik ilə əlaqədar olan fikirlər formalaşdırır.

Qısqanclıq həm sahib olduğunu itirəcəyi, həm də başqalarının sahib olduqlarını özündə görmək istədiyi zaman yaranan bir duyğudur.

Bu hiss bəzən gəlib geçici bir halda, bəzən həyatımızı alt üst edəcək bir şəkildə, bəzən heç bir əsas olmadan, bəzən isə həqiqətən itirmək təhlükəsi ilə qarşılaşdığımızda meydana gəlir. Qısqanclıq yaşayan insanlar ilk öncə bunun səbəbinin yersiz olub olmadığını araşdırmalı və öz-özlərini uzunca bir müddət sorğulamalıdırlar. Qısqanclıq çox zaman qısqanan insanın daxili aləmi ilə əlaqələnən səbəblərdən və yanlış qəbul edilmiş fikirlərdən üzə çıxır.

Qısqanmaq heç şüphəsiz ki,insanoğlunun təbiətində olan bir hissdir. Lakin gündəlik həyatda qısqanclıq yaşayan insanların çoxunun bu hissə güc gələ bilmədiyi,qısqandığı insan ilə münasibətinin korlandığı göz qabağındadır. Başqa sözlə desək bir növ qorxduğu başına gəlir.

Qısqanclıq yaşayan insanlar ilk növbədə yaşadıqları münasibəti qorumağı və əldə tutmağı bacarmalıdır. Lakin isanlar bunun əksini yəni,münasibəti qorumaq yerinə gizli intiqam almağı, küsməyi, zorbalığı və şiddəti seçirlər.

Qısqanclıq yaşayan insanlar ilk növbədə özgüvənlərini və özlərinə hörməti qorumalıdırlar. Qısqanclıq yaşayan insanlar bu rəqabət yarışında özlərini dəyərsiz, sayılmayan, sevilməyən bir insan kimi hiss edirlər.

Kimlərin daha çox qısqanc olduğu həmişə sual altında olmuşdur. Ümumi yanaşsaq özünü dəyərsiz və yetərsiz hiss edən və ya ətraf aləmin təsirinə çox tez düşə bilən insanların qısqanc olduğu fikirləşilir.

Qadın və kişilərin qısqanclıq hissinə yanaşmaları fərqlidir. Qadınlar daha çox öz haqqlarından və istəklərindən imtina edərək münasibəti düzəltməyə çalışırlar. Kişilər isə təhdid və şiddət göstərərək nəticə əldə edəcəklərini fikirləşirlər.

Sevinc Əlizadə

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

Share to Odnoklassniki