Valideyinlərin dost kimi ayrılması inkişaf etmiş şüura məxsus davranışdır.Təssüfki, bəzən ayrılıq olduğu zaman bunu məntiqi müstəvidə doğu şəkildə edə bilmirlər. Bu zaman ya uşağı atadan yaxud da anadan ayırmaq istəyirlər.
Bəs bu proses uşaq üçün hansı fəsadləar törədə bilir?
Ailədə atası tərəfindən şiddət görən qızlar gələcəkdə özlərini kişi kimi aparmağa çalışacaq ki, qoy əzilən cinsin nümayəndəsi olmasın. Həmçinin atası ilə görüşməyən oğlan anasıyla çox vaxt keçirəcək və kişi davranışlarını az mənimsəyəcək. Atasıyla böyüyən qız qadın davranışlarını az öyrənəcək və s. Bütün bunlar ondan xəbər verir ki, hər iki valideyn uşağın tərbiyə prosesində vacibdir və onlardan hansısa davranışı model almalıdır. Bunların bir əksik olan uşaqlarda tarazlıq pozulur. Bunun üçün valideyn maraqlı olmaldıdır ki, uşaq həm anasıyla həmdə atasıyla görüşsün. Əks təqdirdə uşağa ziyan vuracaqlar və nəticədə də dolayı yolla özlərinə ziyan vurmuş olacaqlar.
Uşaqdan bir depressiyada ola bilər sanki uşaq bu valideyinlərdən hansınısa itirmiş hissinə qapılar. Doğru olan münasibət isə valideyinin uşağa başa salmasıdır ki, biz ayrıla bilərik ancaq bu sizin sənlə atanın və yaxud ananın ayrılması mənasına gəlmir. Valideynlərin sağdır sadəcə onlar fərqli yerdə yaşayacaqlar və sən istədiyin vaxtı istədiyin valideyninlə göruşə bilərsən. Həmçinin izah olunmalıdır ki, bir- biriylə dalaşan, bir-birini təhqir edən, alçaldan bir ailədə sənin böyuməyin sənin psixologiyan üçün mənfi təsir edə bilər nəinki bir-biriylə ayrı yaşayan ailədə. Hər gün konflikdənsə, ayrı yaşamaq və bir-birinə hörmətlə yanaşmaq sənin özünə də olan hörmətini və əsəblərini normada saxlayacaq. Boşanma arzu olunan bir hadisə deyil, lakin bu baş verdiyi zaman uşağın zərər görməməsi uçun mütləq həssas davranılmalıdır.
İbrahim İbrahimov
Psixologiya və Konsultasiya Mərkəzinin klinik psixoloqu, psixoanalitik