Ünsiyyət insanın psixoloji ehtiyaclarının içində öndə gələn ən böyük ehtiyaclardan biridir, çünki insan qidaya olan ehtiyaci ilə bədənin maddələr mubadiləsini ödəyirsə, məlumata olan ehtiyacı var və bununla beynin məlumat mübadiləsini və həmçinin ünsiyyət ehtiyacını ödəyir. Məlumata olan ehtiyacımız sağ qalmaq ehtiyacımızı da ödəyir. Bildiyimiz kimi heyvanlar aləmində, təbiətdə bütün canlılar təhlükədən qorunmaq üçün siqnal qəbul edərək təhlükəli obeyktdən və təhlükəli ərazidən uzaqlaşırlar. Müharibədə məlumatlı tərəf daha üstün olub və sağ qalıb çünki düşməni düzgün qiymətləndirib. Insan ünsiyyət zamanı da bu proses gedir, yəni müəyyən məlumatlar verir və məlumatlar alır. Yəni məlumatı alır və onu köhnələriylə birləşdirir və mübadilə edir.Düşünün, bir adada tək yaşayırsınız nə tv var, nə qəzet var, nə internet var, nə insan var təbii ki darıxacaqsınız. Çox güman ki, bu zaman Robinzon Kruz kimi özünüzə bir kukla düzəldib onunla söhbət edəcəksiniz. Heç yoxlamısınızmı nə qədər ünsiyyətsiz qalmağı bacarmısınız?
Jurnalist peşəsinin psixoloji analizi
Biz dedik ki, ünsiyyət iki tərəfli olur. Həm məlumat alınır həm də verilir, bu zaman sağlam ünsiyyət qurmuş olursunuz, yəni bir insanlara söhbet zamanı normal söhbət etmiş sayılırsınız. Jurnalistlərdə isə bu çox zaman tək tərəfli ödənilir. Onlar bir insanı dinləyirlər müsahibə alırlar ancaq özləri təbii normal olaraq həmin insana müsahibə vermək imkanları olmur. Məsələn siz gedib siqaret barəsinde qəbul olunan qərarla bağlı kimdənsə müsahibə alırsınız. Vəzifəli şəxs bu qərar barəsində sizə məsələni izah edir. Siz orda qayıdıb deyə bilməzsiniz mən də ilk dəfə əsgərlikdə siqaret çəkməyə başladım əvvəllər o qədər də problem hesab etmirdim sonra problem olmağga başladı və s. çünki sizin fikriniz həmin şəxsə maraqlı deyil və siz hər müsahibədə belə etsəniz sizi dinləyənlər sizin psixoloji tarazlığınızın pozulduğundan şübhə edəcəklər. Belə götürək bir dostunuz var və siz onunla hər dəfə görüşəndə ancaq o danışır sizə danışmağa qoymur. Nəticədə siz sıxılacaqsınız. Bir çox jurnalistlərdə həmin problem yaşanı,r onlar psixoloqa müraciət etdiyi zaman baş agrılarından və sıxıntıda şikayət edirlər. Səbəbi isə həmin normal dosta və ünsiyyətə olan tələbatın düzgün ödənməməsindən irəli gəlir. Qeyd etməliyik ki, hər bir insanın peşəsindən əlave bir dosta ehtıyaci var. Bu ünsiyyəti təxirə salmamalıdır.
İbrahim İbrahimov
Psixologiya və Konsultasiya Mərkəzinin klinik psixoloqu, psixoanalitik