Paranoya aşağıdakılardan ən az dördünün olduğu,yeniyetməlik dövründə başlayan,başqalarına qarşı davamlı şəkildə şüphə və güvənsəzlik hiss etmə halıdır:
1.Heç bir əsas olmadan başqalarının ona zərər verəcəyindən və onu aldadacağından şüphələnirlər.
2.Dostlarının və iş yoldaşlarının ona olan bağlılığı və ya inamalarına yersiz şüphələri vardır.
3.Deyəcəklərinin ona qarşı pis niyyətlə istifadə ediləcəyindən qorxduğu üçün heç kimə sirr vermirlər.
4.Adi söz və ya hər hansı bir hadisə zamanı kimsə onu “alçaltmaq” istəyir mənasını çıxarır.
5.Davamlı halda kin saxlayirlar,onlari incidən hərəkətləri,haqsızlıqları heç vaxt bağışlamırlar.
6.Başqalarına bildirmədən insanların onların şəxsiyyətini , xarakterini alçaltdığını fikirləşirlər,nəticədə böyük bir emosional partlayış keçirirlər.
7.Haqsız yerə həyat yoldaşının və ya dostunun sədaqətsizliyi ilə bağlı şüphələr keçirirlər.
Bu insanlar iş yoldaşlarına və dostlarına qarşı yersiz şüphələr,narahatlıqlar keçirirlər.Başqaları ilə danışdığı söhbəti onun əleyhinə istifadə edəcəyindən qorxduğu üçün ətrafında olanlara inanmırlar və ya onlarla yaxınlıq qurmağa istəksiz olurlar.Onlara verilən şəxsi sualları bu səbəbdən cavablandırmırlar.Hətta onlara deyilən xoş sözləri belə zidd mənada qəbul edirlər.Xəyanətə uğramamaq üçün bütün ipləri əllərində tutmaq istəyirlər.Tez-tez heyat yoldaşına və ya dostuna zəng edib onları yoxlayırlar.Cəmiyyət arasında 0.5-2.5% yayılmışdır.Əsasən kişilərdə daha çox rast gəlinir.Statistika göstərir ki,bu şəxsiyyyət pozuntusu daha çox ailəsində xroniki şizofreniya olan insanlardır.Bu insanlar münasibətlərində çoxlu problemlər yaşayırlar,yersiz şüphələrinə görə insanlardan uzaq qalamağa çalışırlar.Bu səbəbdən soyuq və sevgilərini göstərə bilməyən biri kimi görünürlər.Davakar və şüphəçi xarakterləri qarşısındakılara sərt reaksiya göstərməklərinə səbəb olur.Münasibətdə olduqları zaman hər şeyi öz əllərində tutmağa çalışırlar.Başqalarının onlara qarşı olan fikirlərinə olduqca həssasdırlar.Öz etdikləri səhvlərdə belə başqalarını günahakarlandırırlar.
Məhkumlarda,qocalarda,eşitmə qüsuru olan insanlarda paranoid fikirlər zamanla tədricən daha da artır.
Sevinc Əlizadə
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu