Yalançının evi yandı…

aid23495-v4-728px-Lie-Step-3-Version-2

Günlük həyatımızda hər birimiz xırda yalanlar deyərik. Buna bəyaz yalan adı veririk , hansi ki bu yalan heç bir problem yaratmır, insan həyatına təsiri yoxdur. Məsələn: bir görüşə gecikdiyimiz zaman işim çıxdı deyə yalan deyə bilirik . Lakin , yalanın ağı, qarası olmur ! Bəs biz niyə yalana baş vururuq? Beyin acıdan qaçma mexanizmidir, yeni sıxışdığımız zaman qaçmaq üçün alternativlər axtarır və biz yalan danışaraq özümüzü rahatladırıq. Bəzən biz yalan və şər atmağı qarışdırırıq. Əgər biz özümüzlə əlaqəli olmayan bir şeyi öz tərəfimizdən deyiriksə buna yalan lakin, başqasi tərəfindən deyiriksə buna şər atma deyilir. Yalan danışma 3 yaşdan başlayır lakin, təsdiqini tapmamış bir fikir də var ki, körpədə yalançı ağlamaqlarda yalana aid ola bilər. Araşdırmalar göstərir ki, 3-6 yaş arası uşaqlar yalan deyə bilmirsə bu zaman autistik ola bilər. Daha bir araşdırma göstərirki, insan gün ərzində 20 yalan deyir! Yeni bir insanla tanışlıqda ən az 3 yalan deyir. Yalan 3 formadadır bunlar :

1) Kobud yalan, yeni üzərində düşünülməmiş yalan !

2) Şişirdilmiş yalan , olan hadisəni 1-ə 5 artıraraq danışma !

3) Gizli yalan, cümlə içərisində bilinməyən yalandır.

Yalan davranış pozuntusudur! 16 yaşına qədər dayanmazsa və qarşısı alınmazsa artıq səxsiyyət pozuntusu ola bilər! Dayanmadan və lazımlı yaxud lazımsız yalan danışma mifomania xəstəliyi adlanır! Bu xəstəlikdən əziyyət çəkənlərə isə mifoman deyilir! Bu xəstəlik insanın özünü dayandıra bilməməsidir, yəni davamlı olaraq yalan danışma ehtiyacı hiss edirlər. Yalan yalanı doğurur bir yalanı örtmək üçün digər yalanı uydurmaq onu örtmək üçünsə daha böyük yalan danışmaq bu isə ən çətin vəziyyətdir. Çünki, bəzən insanlar artıq öz danışdığı yalanlara özü inanır, buna konfabulyasiya deyilir! İnsanlar ən çox yaxınlarına, sosial mediada yalan danışır. Və ekstravertlər daha çox yalan danışan tiplərdir. Diqqət mərkəzində olmaq üçün diqqəti özünə çəkmək üçün yalan danışırlar. Yalanın qarşısını özü ala bilmədiyi və normal bir hal kimi qəbul etdiyi üçün pasientlər, psixoloq və psixiatra müraciət etməyi düşünmürlər, buna görə də yaxınları mütəxəssisə müraciət etməlidirlər!

Aytən Əlizadə

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

Share to Odnoklassniki