Əlaqələndirmə aqnoziyası

indir

“Mən yaşlanmadım. Özümü səninlə eyni yaşda görürəm. Yalnız nərdivanları səndən daha yavaş çıxıram. O qədər. Mənim bədənim yaşlandı, ruhum deyil. Ruhun yaşı yoxdur.” dedi həmsöhbətinin. Çox xoşuma getmişdi son cümləsi;”Ruhun yaşı yoxdur”

Həqiqətən elə ola bilərmi?Ruhun yaşı varmı?Yoxmu?Bilmirəm. Ancaq yaşlanma faktı üzərinə deyiləcək şeylərin bu çərçivənin xaricində tutulması lazım olduğu qənaətindəyəm. Belə ki yaşlanmaq şərhə açıq bir anlayış deyil,istək (iradə) xaricidir,bir müddət ifadə edir,hər kəs tərəfindən qəbul edilir və sonunda “Hər kəs yaşlanır”. İstədiyimiz qədər bu həqiqətdən qaçsaq da,nəticə dəyişməyəcək.

Yaşlanmanın ən əhəmiyyətli ikinci dərəcəli sübutlarından biri yaşın irəliləməsinə paralel olaraq fiziki şikayətlərin artmasıdır.

Bu fiziki dəyişmələrə zehni dəyişmələr də bərabərlik etməyə başlayanda adam qorxularının əsiri olaraq yaşlanma psixologiyası ilə üz-üzə gəlir.Bu psixologiyadan uzaqlaşmaq istəyən insanlar əvvəl ölümü həyatın xaricinə itələdi,sonra qəbiristanlıqları şəhərin xaricinə.Görməməzlikdən gəlmək,həyata yapışmaq forması halına gəlmişdi artıq. Gənc qalmaq üçün sərgilənən bir çox cəhdin altında məhz bu dayanır.Ona görə də daha gənc,daha gözəl,daha yaraşıqlı görünmək üçün insanlar böyük bir mübarizə verirlər.

Bədənlə yaşlanan amma yaşlandığı gerçəyini qəbul etməyən insanların halı əlaqələndirmə agnozisiyasını (associative agnosia) xatırladır. Bu agnoziya növündə adam hər hansı bir duyğu orqanı itkisi,hər hansı bir qüsuru olmamasına baxmayaraq tanıma bacarığını itirir.Bu şəxslər hər şeyi görürlər amma tanımırlar.Müasir cəmiyyətlərin və kapitalist sistemlərin təqdim etdiyi dünyəvi ləzzətlər günümüz insanının ölüm və həyat qəbulu arasına iti bir xətt çəkdi.Onun üçündür ki bədənlə yaşlandığı gerçəyiylə üzləşmək istəməyən insan gənc qalmaq üçün hər cür çarəyə müraciət etməkdə yaşlanmağı nə tanıyır nə də xatırlayır.

Həyatı bir sevgi obyekti halına gətirərək libidosunu hərəkətə keçirən adam,o mərhələdə asılı qalmaq üçün bütün cəhdi göstərir.Hollandiyalı sosioloq Cornelis Anton Zijderveld müasir fərdin dünya qəbulu ilə əlaqədar olaraq “Müasir fərd,bərabər olmayan gəlir səviyyələri,fərqli səhiyyə imkanları,fərqli status və güc mühitində özünün gerçək yerinin nə olduğu ilə maraqlanır.Dünya ona sisli və bulanıq görünməkdədir,” deyir. Bu sis buludunun içindən çıxmaq və dünyaya yapışmaq istəyir insan.Ancaq bu mövzuda heç də müvəffəqiyyətli sayılmır. “Səhər olsun artıq” gözləyişi bir vüslətə işarə edirsə kef verər, ancaq hicrana dəvət edirsə o sabahın gəlməsini istəməz.Ona görə də yaşlandıqca həyata yapışma istəyi daha da artır.

Mövlana, “Könül istəyəndə əl,barmaqlarıyla hesab edər,”deyir.Hal belə isə bədən ruhun təhəkkümündədir.Bu misala görə əslində “istəyənin” bədən deyil də ruh olduğunu söyləsək bir yanılma içərisində olmarıq.Ancaq ruhun da bədənə hökmü bir yerə qədər keçir demək ki .. Əgər bütün bunlara inanmırsınızsa bir də aynaya baxın.Baxın orada nə görürsünüz? Ruh mu? Bədən mi? Saçınız ağarmağa başladısa ruhunuz da ağarmağa başlamış deməkdir.

Nərmin Quliyeva

Xəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi

Share to Odnoklassniki