“Bazar ertəsi günü sindromu”

13071709_1159046837460263_8283685605137879369_o

“Yenə birinci gün gəldi…”

Yəqin ki, bir çoxlarınız bazar ertəsi yuxudan oyanan kimi ağlınıza ilk bu fikir gəlir. Yəqin buna görədir ki, dünyada hətta “Bazar ertəsi günü sindiromu” ifadəsi də yaranıb. Araşdırmalar göstərib ki, insanların təxminən 40-50 faizi tez-tez “bazar ertəsi sindromu” ilə üzləşirlər.

Astroloq Firudun Qurbansoy deyir ki, bazar ertəsi daha rahat gündü. Onun  sözlərinə görə,  birinci günün ağır olması ilə bağlı fikri şənbə və bazar günlərində məclis quranlar ortaya atıb:

“Ümumiyyətlə, birinci gün ağır gün sayılmır. Bazar ertəsi Yerin Ay peykinə müvafiq gəldiyi üçün rahat, fantaziyaların genişləndiyi gündür. Qəti ağırlığı yoxdu, sadəcə şənbə-bazar günü içib bunu, özünə vərdiş edənlər bazar ertəsi günü çətinliklə oyanırdı”.

Bazar ertəsi işçilərin 50 faizi işə gecikir. Həmin gün işçi heyəti yalnız 3,5 saata qədər işləmək gücündə olur. Bəs problemdən çıxış yolu varmı? Psixoloq Elnur Rüstəmovun bu gərginlikdən xilas olmaq üçün tövsiyələri var:

“Birinci növbədə bu düşüncədən uzaqlaşmaq lazımdır. Artıq bazar günü axşamdan insan birinci günə hazırlaşmalıdır. Zamanı düzgün bölməlidir. Birinci gün insan işə necə başlayırsa, həftə sonuna qədər elə gedəcək. Ona görə də bu prosesdə psixoloji tarazlığı qorumaq, zamanı düzgün bölmək və daim pozitiv əhvalda olmaq, maksimum çalışmaq lazımdır”.

Günay Elşadqızı / ATV Xəbər

http://news.atv.az/az/social/81204-bazar-ertesi-gunu-sindiromu

Share to Odnoklassniki