Sosial olaraq rədd edilən insanlarla tənha olmağı seçmiş insanlar arasında böyük bir fərq var. Bir çox insanın düşündüyünün əksinə, tənha olmaq nə yaxşı, nə də pis bir vəziyyətdir.
Tənha insanlar fərdiliyi seçim edən insanlar olub, öz başlarına dostlarıyla olduğundan daha çox kef alırlar (bəli, tənha insanların da dostları olur).
İnsanlar tərəfindən qəbul edilməyə və onlara bağlanmağa daha az ehtiyac hiss edərlər. Dünyaya, öz fikirlərinə diqqət və təklikləri tərəfindən əsaslandırılaraq bağlanmağa çalışırlar. Sosial qarşılıqlı onları istehlak etməyə niyyətləndikcə onlar dünyayla bağ quracaq fərqli yollar tapırlar.
Tənha insanların ümumiyyətlə, kiçik yoldaş ətrafları var; çünki yoldalıq və güvən mövzusunda yüksək standartlara sahibdirlər. Dostları ilə vaxt keçirməkdən xoşlanarlar; ancaq digər insanlar kimi dostlarına asılı və bağlı deyillər. Tənha insanlar ümumiyyətlə, digər insanlardan daha intellektual olub, zamanlarını əylənərək, bir şeylər üzərinə çalışaraq ya da hibbiləriylə qiymətləndirərlər. Əslində içə qapalı kəslər kimi xaricə dönük insanlar da tənha ola bilərlər. Bir çox vaxtlarını böyük ictimai qrupların xaricində keçirirlər; çünki tək olmağı saxta insanlarla birlikdə olmaqdan üstün hesab edirlər.
Tənha insanlar hər kəs tərəfindən aşağı qiymətləndirilsə də əslində əyləncəli insanlardır. Onlar istəsələr bir çox dost qruplarına qoşula bilərlər. Yalnız özlərinin pis tərəflərini qəbul edib yaxınlıq göstərən insanları gerçək dostları olaraq görürlər.
Tənhalıq çəkən təkliklə əlaqədar sağlam olmayan nümunələr də vardır.
İçə qapalı tənha insanlar sosial narahatlıq keçirirlər.
İnsanlarla qarşılaşacağı zaman kəpənək kimi oradan uzaqlaşırlar və sosiallığın təsirinə məruz qalırlar.
Uşaqlığınızda yaşadıqlarınız tənha olub-olmamağınıza təsir edə bilər. Digər tərəfdən; Chicago Universitetində psixoloq olaraq işləyən John Cacioppo ictimai izolyasiyanı obezite və siqaret asılılığıyla bərabər dərəcədə risk daşıdığını söyləyir və əlavə edir: “Tənhalığa məhkum edilmə aclıq və susuzluq kimidir. Genləriniz siqnal göndərərək xilas olmaq üçün kömək istəyir. Tənha olduğunuz zaman bədəninizdə stress baş qaldırır və bu vəziyyətin uzun sürməsi sağlamlığınız üçün yaxşı deyil”.
Cəmiyyətlərdə “tənha” insanlar acınılan və ya qorxulan fərdlər olaraq görürlər. İçə qapalı ya da tənha insanlar əslində öz tənha həyatlarında gizli əyləncələr tapmış, daha azad, yaradıcılığını artıran daha az stressli bir həyatı olan, öyrənməyə maraqlı və az da olsa olaraq birlikdə keçirəcəyi zamandan xoşbəxtlik duyacaq dərin və doyurucu bir əlaqə yaşayan insanlardır. Hər nə qədər cəmiyyətdən təcrid olsalar da qorxulması lazım olanlar hər zaman səssiz qalanlar deyil.
Sevda Xəlilova
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu