Elnur Rüstəmov: “Uşaqlar bu kimi dini rituallardan uzaqda qalsalar, dərsləri ilə məşğul olsalar daha yaxşıdır”
Bu gün Bakıda keçirilən Aşura mərasimi məscidlərə məktəbyaşlı uşaqların gəlməsi, ilə də diqqəti cəlb edib. Dərs günü olmasına baxmayaraq valideynlər məktəbə gedən övladlarını da dərsdən saxlayaraq Aşura günü ilə əlaqədar məscidə gətiriblər. Hətta bəzi uşaqlar müxtəlif yerlərdə Aşura günü ilə bağlı ehsan paylamağa da cəlb olunub. Movqe.az diqqət cəlb edən bu məsələni, Aşura ilə əlqədar şagirdlərin dərsdən yayındırılaraq valideynləri ilə birgə məscidlərə aparılmasının nə dərəcədə doğru addım olub-olmadığını araşdırıb. Psixoloq Elnur Rüstəmov məktəb yaşlı uşaqların təhsildən müvəqqəti yayındırılaraq məscidlərə Aşura mərasimini izləməyə gətirilməsinin düzgün addım olmadığını söyləyib. E. Rüstəmov deyib ki, Aşura gününün fəlsəfəsində paylaşmaq, hərəylik var: “Bu gün imkansız insanlara hər kəs imkanı daxilində öz qazancından kömək etmiş olur. Amma uşağı dərsdən saxlayıb Aşura günü məscidə aparmaq düzgün deyil.
Uşaq məktəblidirsə, ilk növbədə dərsinə getməlidir. Dərsdən sonra uşaq valideynin iştirakı ilə məscidə gedib xeyirxahlıq, həmrəylik barədə səslənən fikirlərə qulaq asa bilər. Valideyn bilməlidir ki, məktəbyaşlı uşaq Aşuranın, məhərrəmliyin fəlsəfəsini, mahiyyətini dərk edə bilməz. Onu dərsdən saxlayıb məscidə Aşura mərasimini izləmək üçün aparmaq yalnış addımdır. Məktəb yaşlı uşağı bu mənzərəni izləməyə aparmaq həm də valideynin məsuliyyətsizliyidir. Üstəlik bunu uşağı dərsdən yayındırmaqla edirsə, bu ikiqat məsuliyyətsizlikdir. Dərs vaxtı uşaq məktəbdə olmalıdır. Bununla valideyn uşağa dərsdən yayınmağın müxtəlif yollarını öyrətmiş olur. Uşaq sabah yenidən müxtəlif yolla dərsdən yayınmağa çalışacaq. Bu doğru addım sayıla bilməz. Bundan başqa uşağın həmin hüzünlü mənzərəni görməsi, izləməsi də ona mənfi təsir edə bilər. Uşaqlar bu kimi dini rituallardan uzaqda qalsalar, dərsləri ilə məşğul olsalar daha yaxşıdır”.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Movqe.az-ın bu sorğusuna gün ərzində cavab veriləcəyini söyləyiblər.
Zülfiyyə Quluyeva
http://www.movqe.az/89373.html