Həyat formasını dəyişmək istəyən, özünə başqa keyfiyyətlər aşılamaq istəyən bir çox insanlar var və nəticədə böyük bir qisim bunu istəyir lakin yerinə yetirmirlər! Dəyişmək üçün ya ətrafdakıların dəyişməsini gözləyir yaxud da sehirli bir əlin dəyməsiylə hər şeyin dəyişməsinə inanır. Amma dəyişmək üçün ilkin olaraq cəhd gostərmək lazımdır! Nəyin doğru olduğunu bilə-bilə dəyişmək istəyənlər nə üçün dəyişə bilmədiyi onları narahat edər. Məsələn: Siqaret çəkənlərin hər biri sağlamlığı üçün zərərli olduğunu və çəkməməli olduqlarını bilirlər, lakin siqaret çəkməyə davam edirlər. Burada insan gələcəkdəki sağlamlığını deyil, bugünün verdiyi həzzi daha üstün tutur. Sanki gələcək heç olmayacaq və bugünkü kimi qalacaq və heç bir narahatlıq keçirməyəcəklərini düşünürlər və dəyişmirlər! Dəyişməni əngəlləyən daxili və xarici maneələr var. Ilkin olaraq biz bu maneələri tanımalıyıq. Daxilimizdə necə problem olduğunu qəbul etməliyik! Xarici problemlerdə isə daha çox ətrafdakıların bu dəyişməni necə qəbul etmələri çətinlik yaradar. Ailədə hər zaman hər şeyi qəbul edib “hə” deyən insan artıq “yox” deməyə başlayırsa, bu artıq ailədə müəyyən problemlərin yaranmasına gətirib çıxara bilər. Əgər dəyişmək istəyirsinizsə:
*Özünüzü daha yaxşı tanıyın!
*Ətrafdakıları və özünüzü günahlandırmadan dəyişməyə başlayın!
*Başqalarını və özünüzü bağışlamağı bacarın!
*Özgüvəninizi artırın!
*Nə istədiyinizi dəqiq bilin!
*Ətrafınızdakı insanları anlamağa çalışın!
*Özünüzdə nəyi dəyişib nəyi dəyişməyəcəyinizi dəqiqləşdirin!
*Professional bir dəstək lazımdırsa bundan çəkinməyin!
Aytən Əlizadə
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu