Uşaqlarda normal və patoloji vəziyyətdə nitq funksiyasının inkişaf xüsusiyyətləri

psikomotor

Normada həyatın ilk üç ilində uşaqlar nitq vərdişi əldə edir və onlara olunan müraciəti anlayır.İlk birinci ildə nitq qığıldamadan,ayrı-ayrı heca tələffüzünə və sadə sözlərin ifadə olunmasına doğru inkişaf edir.İkinci ildə tədricən söz ehtiyatı toplanır,18 aya yaxın müddətdə uşaqlar ilk dəfə mənaca bir-birilə əlaqəli iki sözdən ibarət kombinasiyalar qururlar.Bu dövr bir çox linqvistlərin fikrinə görə insan nitqinin baza xarakteristikasını təşkil edir.Üçüncü ildə uşağın söz ehtiyatı ondan yüz sözə qədər artır,sintaksis isə söz birləşməsindən mürəkkəb cümlə qurulmasına doğru inkişaf edir.Dörd yaşında uşaq artıq dilin əsas qaydalarını mənimsəmiş olur.Ekspressiv nitqin inkişafı impressiv nitqdən geri qalır.Fərqli sözlərin tələffüzü nitq səslərinin dəqiq fərqləndirilməsini tələb edir və motor sistemin tam işi eşitmənin nəzarəti altında formalaşır.Nitqin bütün foneminin tam inkişafı illərlə formalaşır və bütün uşaqlar məktəb yaşına qədər buna nail olmurlar.Ayrı-ayrı kar səslərin tələffüzündəki qeyri-dəqiqliklər beynin tam formalaşmaması əlaməti hesab olunur,nəinki nitq pozğunluğu.Baxmayaraq ki,bir çox hallarda bu müxtəlif fonemlərin qəbul edilməsinin defekti ola bilər.

Qeyd olunduğu kimi afaziya nitqin ele pozğunluğu adlanır ki,normal formalaşmış nitq fonunda baş verir.Belə ki yeddi-doqquz yaşlarından sonra uşaqlar artıq yazılı nitqi mənimsəyirlər.Əgər normal intellektli və eşitməsi olan uşaqda böyük beyin yarımkürəsinin nitq hissəsinin travma və ya xəstəlik nəticəsində zədələnməsi ilk üç yaşda baş verərsə,alaliya-nitqin inkişaf etməməsi və ya olmaması baş verir.Alaliya da afaziya kimi motor və sensor olmaqla iki yerə bölünür.Məlumdur ki,fonematik səs uşaqda şifahi nitqi başa düşmənin öyrənmə mərhələsində həyatın ilk günündən başlayaraq,nitq fəaliyyəti kimi formalaşır.Nitqin fonematik sırasının mənimsənilməsi nitq fəaliyyətinin digər forması ilə-şifahi nitq,yazı,oxuma ilə yanaşı gedir.Eşitmənin pozulması bütün nitq sisteminin inkişafının pozulmasına aparır.Alaliya nitq funksiyasının kompleks pozğunluğunun kliniki əlaməti ola bilər.Belə ki,nitqin ümumi inkişaf etməməsi adlanır.Çox vaxt beyin qabığının yüksəl plastikliyi əsasən də uşaq yaşları üçün xarakterikdir,hətta ayrı-ayrı nitq mərkəzlərinin müxtəlif zədələnməsində qonşu sahələr və ya digər yarımkürə zədələnmiş hissənin funksiyasını öz üzərinə götürür.Belə ki,uşaqlarda beynin ocaqlı zədələnməsində nadir hallarda motor və ya sensor afaziya olur.Hətta bu baş verirsə də,qısa müddətdə bərpa olunur.Beynin belə yüksək bərpaedici xüsusiyyəti yeniyetməlik dövrünə qədər davam edir.

Nərmin Quliyeva

Xəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi

Share to Odnoklassniki

Tags: