Psixomotor və nitqqabağı inkişafın gecikmə sindromu

cocuk_konusma

Uşağın inkişafını təyin etmək üçün dörd əsas fəaliyyət sahəsini müayinə etmək lazımdır:böyük motor,əllərin xırda hərəkətləri,ətraf mühitlə əlaqə və nitq inkişafı.Uşağın statik-motor fəaliyyəti pozulduqda,o,vaxtından gec başını dik saxlayır,gec çevrilməyə,oturmağa,durmağa başlayır.Psixi zəiflik olduqda,uşaqda baxışını tənzimləmək,oyuncaqlara baxmaq,onları ələ almaq,ətraf mühitə oriyentasiya olur.Nitqqabağı və nitq pozulmasında uşağın səsi zəif,yaxud heç olmur,nitq dövrləri və nitqin inkişaf dövrləri və nitqin inkişaf sürəti pozulur.

Bərpa dövründə yeni doğulmuş və ilk aylarda olan uşaqların müalicəsində əsas yer bədən tərbiyəsinə və massaja verilir.Aparılan kompleks müalicənin nəticəsində damar tonusu normallaşır,orqanizmin ümumi reaktivliyi artır.Sinir sisteminin zədələnməsinin on,on ikinci günlərindən başlayaraq bütün uşaqlara,xüsusilə hərəki pozulmalarda massaj və bədən tərbiyəsi təyin edilir.

Mərkəzi sinir sisteminin hipoksik (əsasən hipoksik travmatik) zədələnmələrinin nəticəsində nitq pozulmaları olur.Bununla əlaqədar nitq qüsurlarının profilaktikası məqsədilə vaxtında loqopedin müalicəsi lazımdır.

Nərmin Quliyeva

Xəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi

Share to Odnoklassniki

Tags: