İnsan həyatı – xoşbəxtliyin arxasıyca qaçmaq deyil, onun üçün səbəb axtarmaqdadır.

Awesome-Book-Wallpaper-Desktop

Həyatın mənası nədir? Nə qədər fərd varsa, o qədərdə fikir var.

Bu suala cavabı özünü dərk edəndən axtarırsan. Yeniyetmə – gənc- yetkin- yaşlı… bütün ömrünü axtarırsan və sonda cavabını…

əslində uşağın sualları “ana, mən kiməm”, “niyə o göylərdədi?” və ya yeniyetmənin özünə sualı “bu həyat niyə mənə verilib?” hamısı insanlıqda yaranan andan ekzistensional problemllərin olmasından xəbər verir.

Hər bir insan özü üçün məna axtarır: ailə, din, karyera, incəsənət, elm, azadlıq, məsuliyyət, sadəcə yaşam.

Kim isə tez kim isə gec tapır- söhbət əlbətdəki əsl mənadan gedir- o mənadan ki, insan 5 gündən sonra bezmir. Səhvlər olur, qorxular, yıxılmalar, üzüntülər.

Mənanı tapan, özünü tapır. Əslində mənalandırmaq hər birimizin həyati məqsədidir.

Bəzən, həyata məqsəd qatmaq fərqli bir fikrin yaranmasından gələr : Sellincerin “Çovdarlıqdan uçurumdan qoruyan”əsərində bir arzunun baş qalxızması buna  misaldır: “gözümün qabağında belə bir səhnə gəlib durur: bütün körpə uşaqlar axşamçağı yığışıb intəhasız bir çovdar çölündə qaçdı-tutdu oynayırlar. Milyon-milyon körpə uşaq, ətrafda bircə nəfər də – yəni böyükləri deyirəm – yoxdur, tək mənəm. Mən də uca, sərt qayanın lap qırağında dayanmışam. Və mənim işim, bu qayanın kənarındakı uçuruma yaxınlaşan uşaqları tutmaqdır. Axı onlar qaçdı-tutdu oynayanda gözləri ayaqlarının altını görmür, hara qaçdıqlarını veclərinə də almırlar. Ona görə də uçuruma yaxınlaşanları o dəqiqə qaçıb tuturam ki, ora yıxılmasınlar. Bütün günü işim ancaq bu olur: çovdar düzündə uşaqları uçurumdan qorumaq! Bilirəm, bu da bir cür sarsaqlıqdır, ancaq ürəyimə yatan yeganə bir peşə varsa, o da budur. Nə bilim, bəlkə, bu da bir cür axmaqlıqdır.”

Qorxmayın yenilikdən, qorxmayın özünüzdən- reallaşdırın arzularınızı, və bir gün özünüzü tapacaqsınız! Cavabı tapacaqsıınız! – təbiətin son gülünə qədər. Çox nağıllar oldu. Hamısı gözəl, hamısı burada- ürəkdə yarandı. Ürəyinin dərinliyində, haradaki kiçik bir damcı böyük bir qayanı əritdi. Sakit bir vaxtda sənin fantaziyan və istəyinin əsasında.

İnsanın həyatı- xoşbəxtliyin arxasıyca qaçmaq deyil, onun üçün səbəb axtarmaqdadır.- V.Frankl.

Məgər təbiət özü o gözəl eycazkar simləri ilə bizə məna vermir? Musiqi ruhunu oyadacaq, ruhun isə həyatının musiqisini yaradacaq. Dincəlin, özünüzə vaxt ayırın, sevinin, bəhrələnin. Yalnız belə həyatın gözəlliyindən xəbərdar olacaqsınız.

Əsl məna- elə mənanı axtarmaqdadır. Məna uzaq deyil, çox yaxında- ürəyinizin içindədir. Oraya baxmaq isə sənin öz əlindədir.

Aydan Xasməmmədzadə

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

Share to Odnoklassniki