Şiddət hadisələrini ailə içərisində necə danışmalıyıq?
Son zamanlarda ardı ardına gələn konfliktlər, şiddət hadisələri deyərkən hamımız ölkənin mənfi atmosferindən istər istəməz təsirlənirik. Sosial media, qəzetlər, televiziya proqramları təsirlənmə səviyyəmizi isə çox artırır. Manipulyasiya, ümidsizlik, inamsızlıq duyğularına olduqca açıq bir dövrdə olduğumuzu söyləyə bilərik. Yaşanılan acı verici hadisələr bir kənara, bəlkə də valideynlər üçün ən məcburedici olan qisim, bu müddətdə həm özlərinin həm də uşaqlarının bədən və ruh sağlamlığını qoruya bilməkdir. 7-dən 70-ə hər kəs bu neqativliklərdən payını alarkən əlbəttə olan bitəni danışa , paylaşa bilmək çox əhəmiyyətlidir.
Yaxşı ailə içərisində şiddət hadisələri necə danışılmalı və xüsusilə uşaqların bu vəziyyətdən ən az təsirlənmələri üçün ne etməliyik?
Əvvəlcə valideynlər olaraq soyuqqanlılığı əldən buraxmamalıyıq. Uşaqlar olan bitəndən daha çox ana atalarının verdiyi duyğusal reaksiyalardan təsirlənməkdədir. Mövcud vəziyyəti qəbul etməklə işə başlaya bilərik. . Onlarla danışarkən dürüst olmalıyıq.. Uşağın bizə verdiyi sual nə qədərsə, o qədər cavab verməliyik. Gərəyindən çox məlumat verib hər hansı bir narahatçılığa səbəb yaratmamalıyıg. .Sosial media, televiziya kimi vasitələrin idarəli istifadə edilməsinə köməkçi olaraq gərəksiz və diqqətsiz məlumatlardan uşaqlarımızı qorumalıyıq. Və bəlkə də ən əhəmiyyətlisi gündəlik həyatımıza davam etməliyik. Narahatçılığımızı, təşvişimizi mütləq ailə içərisində danışıb, bir-birimizlə paylaşmalı, özümüzü ifadə etməyə çalışmalıyıq. Ailəni güclü edən bu paylaşımlardır. Ailə içərisində danışaraq özünü ifadə etməkdə çətinlik çəkən fərdlər varsa ya da hələ yaşı gərəyi danışmaq mövzusunda kafi olmayan uşaqlarımız varsa şəkil, oyun vasitəsilə özlərini ifadə etməyə imkan verməliyik. Qorxu nəticəsində yaranan bəzi davranışları meydana gələ bilər. Məsələn, uşağınızı məktəbə göndərməmək, evdən çıxmamag, yoldaşınızı işə göndərmək istəməmək, və sıxlıq mühitlərdən uzaq dayanmaq kimi … Bu davranışlar qısa müddət normal qəbul edilsə də uzun müddətli olması, bu qorxu mövzusunda mütləq psixoloji dəstək alınmasını lazımlılığını bildirir.
Sevinc Əlizadə
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu