İntiharın yoluxuculuğu

kartandtinki1_suicidal-wallpapers_07

Müasir dovrümüzdə biz intihar xəbərlərinin get-gedə artdığının şahidi oluruq.  Xüsusilə televiziya xəbərlərində bir intihar xəbəri eşidilən kimi, bir-birinin ardınca davamlı olaraq bu xəbəri eşidirik. Diqqət yetirsək intiharın müəyyən bir yaş qrupunda yoluxucu xəstəlik kimi yayılması insanı heyrətləndirir. Axı intihar virusu yoxdur və hər kəsin özünə aid problemləri və yaşam tərzləri vardır. Necə olur bir intihar başqa bir intihara səbəb olur.

2013 –cü ildə Kanadada Colman tərəfindən aparılan tədqiqatlara əsasən intihar yüz illərdir keçici olma xüsusiyyətinə malikdir. Apardıqları tədqiqatlarda 12-18 yaş arası 8000 şagird və tələbə araşdırılır. Şagirdlərdən və tələbələrdən intihar haqqındakı düşüncələri  soruşulur. Tədqiqatçılar 2 il boyunca şagirdləri izləyir. 18 yaşa gəldikdə 4 uşaqdan birində intihara təşəbbüs edən bir məktəb yoldaşının olduğu görülür. Yoldaşlarından biri intihar etmiş 12-13 yaşlarındakı şagirdlər, intihara şahit olmamış uşaqlarla qarşılaşdırıldıqda 15%-nin özlərini ciddi şəkildə öldürməyi düşündüklərini, 7%-nin isə buna təşəbbüs göstərdiyini görürlər. İntihara ən çox yeniyetməliyin başlanğıcında olan uşaqlarda rast gəlinir.

     Bəs yoluxucu intiharlardan qorunmaq üçün nə etmək lazımdır?

*İlk olaraq bu anlamda boyük bir məhsuliyyət media işçilərinin üzərinə düşür. İntihar xəbərini çatdırarkən bu xəbərin üstündə çox dayanmaq, dönə-dönə bu xəbəri vurğulamaq və bir sıxıntıdan çıxış yolu kimi göstərilməsi çox yanlışdır. Çünki bu xəbər bir çox insana mənfi təsir göstərə bilər.

*İkinci əsas öhdəlik müəllimlər və valideynlərin üzərinə düşür. Əgər yeniyetməlik dövründə belə bir vəziyyətlə qarşılaşmış, öz dostlarından, sinif yoldaşlarından belə bir addım görmüş uşaqlar varsa, mütləq müəllimlər və valideynlər tərəfindən dinlənilməli, bu haqda düşüncələri  öyrənilməlidir. Əgər, bu xəbərin ardından uşaqda  özünə qapanma, məktəbin sosial işlərindən uzaqlaşma və yaxud depressiya əlamətləri gorülürsə, mütləq diqqətə alınmalı lazım gələrsə psixoloqa yönləndirilməlidir.

Bunu da qeyd edək ki, siz özünüz də bu cür xəbərlər eşitdikdə və ya bu cür hadisə ilə rastlaşdıqda bu hadisə ciddi şəkildə ağlınızdan çıxmırsa və bu düşüncələr sizi narahat edirsə, siz özünüz də depresiyyada ola bilərsiniz. Ümumiyyətlə insanı intihara  yönəldən başqa amillər də var. Siqaret çəkmək və spirtli içkilər qəbul etmək intihara olan meylliliyi artıran faktorlardı. Əgər ətrafınızda intihar barədə tez-tez danışan, bu haqda söhbətlər edən insanlar varsa, diqqətli olun. Çünki araşdırmalar göstərir ki, intihar edən insan intihardan əvvəl bu hərəkəti edə biləcəyi barədə tez-tez danışır, söhbətlər edir və bir növü ətrafdakıları bu barədə xəbərdar edir. Siz onları düzgün yönləndirərək bu qaytara və həyatlarını xilas edə bilərsiniz.

Elvira Kərimova

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

Share to Odnoklassniki