Ürəklər daş olub, daşlar gül açır…

  • Home
  • Kateqoriyasız
  • Ürəklər daş olub, daşlar gül açır…
love_prison-wide

İşıq şüası əslində şüalar dəstəsindən ibarət olduğu kimi, hər bir hiss də ayrı-ayrı hisslərin cəmindən ibarət olmaqla,birlikdə bizim qəlbimizdə müəyyən istəyin yaranmasına və bədənin hərəkətə gəlməsinə səbəb olur. Heç də hamı bu hisslər dəstini ayıra biləcək prizmaya malik olmadığından insan çox vaxt onu canlandıran və hərəkətə gətirən hissi bu hislər toplumu içərisində ayırd edə bilmir. Əslinde hər bir insan öz duyğularından xəbərdardır. Çünki insanın öz mənəvi aləminə özündən gözəl bələdçi ola bilməz. Kim isə səndə dərin duyğuların, ülvi hisslərin yaranmasına səbəb olubsa, bu hələ onun sənə qarşı olan duyğuları barədə heç nə demir. Belə bir sadəlövh inam var ki, tamamlama qarşılıqlı olmalı olduğundan məhəbbətin və sevginin də hər iki tərəfi vardır. Və mütləq əks əlaqə yaranmalıdır. Ingilislərdə bir deyim var ki, “MƏHƏBBƏT  MƏHƏBBƏTƏ CAVABDIR.” Onlara görə qarşılığı olmayan məhəbbəti məhəbbət hesab etmək olmaz. Amma reallıqda çox vaxt belə olmur. Kim isə sənin duyğuna qarşı nəinki adekvat reaksiya göstərmir, hətta ona tamam biganə qalır. Insan övladının öz hərəkətlərinin motivini müəyyənləşdirə bilməməsinin səbəbi də elə budur. Insanın dünyaya münasibəti 3 istiqamətdə nəzərdən keçirilir: onu dərk etmək, dəyərləndirmək və əməli surətdə dəyişdirmək. Əgər biz hisslərimizin sırasında ən alisi olan məhəbbətin yerini müəyyənləşdirmək istəsək, ilk növbədə onu 3 istiqamətdən idraki, aksialoji və praktik aspektlerden hansına aid olduğunu aydınlaşdırmalıyıq. Insan övladı yaradılışdan cüt olub. Sevmək sevilmək dərk edilmək isə insanın ali duyğusu kimi insana həvalə edildi. Həyatda oynadığımız rollarda çalışaq ki, ssenarini belə özümüz yazaq. Çünki həyatımızın rejissoru başqaları olanda biz o rolları oynamağa məcbur oluruq. Məcburiyyət isə bir gün tükəndirir insan övladını. Cəmiyyət insana öz ürəyinin hökmü ilə yaşamaq imkanı verməlidir. Bir çox klassiklərin H.Cavidin C.Cabbarlının ötən əsrin əvvəllərində qoyduğu bu tələb hələ Qərbdə indi-indi “insanın hüquq və azadlıqları”,  “gender” problemleri kimi gündəmə çıxarılır və bizə müasir Qərb dəyərləri kimi təqdim olunur. Bu gün biz gözəlliyin, ülvi hisslərin məhəbbətin tərbiyəvi fuksiyasından danışarkən eyni zamanda əqillə hissin optimal nisbətini də nə dərəcədə zəruri olduğunu nəzərdən qaçırmamalıyıq. Insanın bütün həyatı, əməli fəaliyyəti onun şəxsi arzu və istəklərinə uyğun geəlməlidir. Istək və əməl hormoniya təşkil etməlidir.

Könül Cəfərova

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu, Bakı Dövlət Universitetinin müəlliməsi, doktorant

 

Share to Odnoklassniki