Depressiv pasiyentlə aparılan müsahibə

images

Psixoloq:-Salam,Xoş gəlmisiniz!

Pasiyent:-Salam

Psixoloq:-Özünüzü təqdim edə bilərsiniz?Ümumi olaraq məlumat verin xahiş edirəm

Pasiyent:-Əliyeva Ellada 25 yaşım var,ailəliyəm və bir qızım var,yazıçıyam amma evdar xanımam indi.

Psixoloq:-Necə gözəl sənətiniz var.Hər insanda bu qabiliyyət olmur.

Ellada:-Siz onu başa düşürsünüz amma hər kəs anlamır(kövrəlir)

Psixoloq:-Necə oldu ki,qərara gəldiniz psixoloqa müraciət edim?

Ellada:-Hamı üstümə çox düşür,məni anlamaq istəmirlər,elə hey günahlandırırlar.Rəfiqəmə bir dəfə danışdım o məsləhət gördü sizi.Mənə sizin kömək edəcəyinizi dedi və ailəmlə məshəhətləşib gəldim.Problemim çoxdu.

Psixoloq:-Problemlerim çoxdu dediniz,problem dedikdə nəyi nəzərdə tutursunuz?Narahatçılığınız nədədi?

Ellada:-Problem bir deyil iki deyil…Bezmişəm artıq.Nəqədər olar eee,özümü yaxşı hiss etmirəm.Özümə baxıram deyirəm heyf məndən.Atamgil mənə belə baxmayıb,bu vəziyyətə düşməmişdim mən atam evində.Nifrət edirəm hərşeyə,hamıya(bir noqtəyə baxır danışır).

Psixoloq:-Ellada xanım mən sizə kömək etmək üçün burdayam,mənə ilk öncə güvənin burda danışdıqlarımız burda qalacaq buna əmin olun.və tələsmədən açıq bir şəkildə danışın.Siz hərşeyi mənə deyin ki,köməyim olsun.Gəlin uşaqlığınızdan danışın mənə.

Ellada:-Ehhh uşaqlığım gözəl,maraqlı,sevinc dolu keçib.Hər bir uşağın arzuladığı hərşey olub.

Psixoloq:-Necə idi ailənizdə münasibət,neçənci uşaq olmusunuz?

Ellada:-Əlbəttə ela.Ailə o idi,iki qardaş,iki bacı olmuşuq.Evin ən kiçiyi mən idim(gülümsəyir danışarkən).Atam məni çox istəyirdi.Elə Ellada deyirdi başqa bir söz yox(basını aşağı salıb susdu)

Psixoloq:-Aha davam edin.

Ellada:-Evimizdə gülüş əksik olmurdu.Danışırdıq gülürdük.Həmişə həftə sonu atam evdə olduğuna görə harasa bizi aparırdı,rayonlara,gəzməli-görməli yerlərə.Atam da anam da müəllim işləyiblər.Atam sonra direktor oldu.

Psixoloq:-Bacı və qardaşlarınızdan heç danışmadız?Onlarla necə idi münasibətiniz?

Ellada:-Qardaşlarım həmişə məni cırnadırdılar.Çox istəyirlər.Bacım ikinci övlad olub,mama əvəzi olub mənə.Amma məni atama qısqanırdı.Mamamı çox istəmişəm həddən artıq.Bacım ərə getdi oldum evin tək qızı.Bacımın toyu gözümün qabağından getmir,Bütün idi ailəmiz.Atam da sağ idi.Xoşbəxt idik.İlk toyumuz idi,bir il dörd aydan sonra atam qəfil dünyasını dəyişdi.Onun yoxluğuna hələ də inana bilmirəm(göz yaşları dayanmadan axırdı).Məni qoyub getdi.Qardaşlarım evi dolandırırdı amma atamı əvəz edə bilməzdilər.Dörd il keçdi,ailə qurma vaxtım gəldi yaxınlaşdı.Rəfiqəm mənə öz ailə dostlarının məni istədiyini dedi(yenə donub qaldı bir nöqtədə baxışları)

Psixoloq:-Sonra…?

Ellada:-Heç da tanışlıq oldu,atama bənzəyirdi eee gülüşü,baxışı.Sonra ailə qurduq və hər şey başladı.

Psixoloq:-Neçə yaşınız var idi ailə quranda?

Ellada:-Mənim 23.yoldaşımın  32.

Psixoloq:-İzah edə bilərsiz necə dəyişildi hərşey?Dəyişiklik nədə və necə oldu?

Ellada:-Mən uşaqlıqdan hekayə,roman yazırdım,evdə də oxuyurdum mamagilə həmişə deyirdilər ki,çox romantik,təsiredici yazmısan.Ruhum dincəlirdi.Atam gedəndən sonra yazmayacam dedim amma dözmədim,davam elədim onun üçün yazacam dedim.Ailə quranda da həyatyoldaşım dedi səni YAZIÇILAR BİRLİYİNƏ,İTTİFAQINA aparacam,kitab çıxartdıracam.Bu qabiliyyət ki,sən də var.Elə olurdu görüşürdük yazdığımı verirdim axşama oxuyub qurtarırdi sonra birlikdə müzakirə edirdik.Başa düşürsüz məni dəyərləndirirdi…

Psixoloq:-Əlbəttə sizi başa düşürəm,indi dəyərli hiss etdirmir sizi?

Ellada:-Yox.Ailə qurduqdan sonra dəyişməyə başladı,az diqqət görürdüm.İlk iki-üç ay maraqlı idi.Hərşey yeni idi.Biraz onda da özümü narahat hiss edirdim.Nəysə,sonra mən deyəndə ki,yeni romana başlayıram mənə dedi yeni roman nədi??Güldü ki,sən artıq bekar vaxtının işlərini at qırağa.Artıq evli qadınsan,məsuliyyətlərin var,yemək,ev iŞləri hamısı sənin öhdəndədi.Ata evində yazdın bəsindi.Səni almamışam ki,yazıçı olasan başıma(hönkürtü ilə ağlayır)

Psixoloq:-İndi ağlamağınız  o sözləri ondan eşitdiyinizə görədi?Ağlayın,sakitləşəndə cavablandırarsınız.

Ellada:- (özünü toplayaraq davam edir)O sözləri eşidəndə qolum qanadım sındı.Atama oxşatmışdım YOX Qətiyyən oxşamır.Atam olsaydı heç vaxt belə deməzdi.O mənlə fəxr edirdi.Mən nə qədər pis oldum Bəhruzdan bu sözləri eşidəndə.

Psixoloq:-Belə anladım ki, Bəhruz yoldaşınızdı.

Ellada:- (başı ilə təsdiqlədi).O işə gedirdi,tez yemək bişirirdim,evləri yığışdırırdım.başlayırdım o evə gələnə qədər romanımı yazmağa.O gələnə yaxın TV altlığının siyirtmənində gizlətməyə.Aylar artdıqca məndən soyuqlaşırdı,o soyuqlaşdıqca mən romanımdakı baş qəhrəmana yaxınlaşırdım.

Düzü mən ailə həyatını belə fikirləşmirdim.

Psixoloq:-Necə  bir ailə modeli düşünürdünüz?

Ellada:-Kinolarda olan kimi,mənim fikrimi önəmsəyən biri ilə ailə qurmuşam,bir il yarım hər yeri gəzəcəkdik.Sonra üzr istəyirəm uşaq düşünüb-planlaşdıracaqdıq.Mən də işləyəcəkdim,axşam evə birlikdə gələcəkdik.EHHH boş ümidlər(dərindən köks ötürür)

Psixoloq:-Ellada xanım özünüz də fərqinə varırsınız ki,ideal ailə modeli yalnız kinolarda göstərilirr və şişirdilir.İdeal insan yoxdur.Gözləntiniz nə qədər yüksək olarsa bir o qədər siz xəyal qırıqlığı yaşaya bilərsiz.Real həyatı qəbul etmək,olduğu vəziyyəti normal qarşılamaq lazım gəlir bu həyatda.

Ellada:-Axı mən belə istəmirdim.Hələ biz..,hələ o,bilirsiz necədi(tərəddüd edir)açıq deyim ki,o əvvəl intim həyatımızda mənlə yaxşı rəftar edirdi,amma sonra mənə dedi uşaq istəyirəm.Mən razı olmadım.Gəzmək,əylənmək,gəncliyimi yaşamaq istəyirdim.İnadlaşdıqca o daha da sərtləşirdi mənlə.(boğularaq hıçqırtı ilə ağlayırdı uzatdığım sudan bir-iki qurtum içib  biraz sakitləşdi)O məni zorakılıqla hamilə qoydu.

O evdə olmurdu romanı davam etdirmək istəyirdim.elə bilin içimdə barmaq boyda xanımlar var.Ağıl xanım məni məcbur edirdi dur yaz,amma ilk hamiləliyim olduğu üçün pis keçirdirdim,yerimdən qalxa bilmirdim.Halım yox idi,sonra Ağıl xanım məndən inciyirdi ki,roman qaldı.Sənin nəyinə lazım idi axı uşaq???Qocalmamısan ki.Mən də onunla danışaraq başa salırdım ki,axı mən istəməklə olmayıb.Romanı yazmadıqca artıq kefim də pozulurdu.Elə bil baş qəhramanı unudacam deyə qorxurdum.

Beləcə hamiləliyin ilk üç ayı keçdi.Cinsi bilindi.Hamı həyəcanlı idi amma mənim vecimə deyildi. Dedilər Qızın olacaq.Uşaq yemək yeməyimi istəyirdi amma yemirdim onu cəzalandırmaq istəyirdim.Sonra şişməyə başladım.Bir gün güzgüyə baxanda o gözəl,baxımlı xanımın yerinə gözlərinin altı şişmiş,qaralmış,halsız birini gördüm.Həyatyoldaşım heç mənə baxmırdı,gözəl bir kəlmə demirdi.

İçim-içimi yeyirdi,romanı yaza bilmədiyimə görə.Gecə yuxuda gördüm ki,kitabım cıxıb,ATV,XEZER Tv-yə müsahibə verirəm.Məni gözəl yazıçı kimi təqdim edirlər.Səhər oyananda romanın davamını yazacağıma qərar verdim.Durdum elə təzə başlamışdım yazmağa,yoldaşım çağırdı gəl səhər yeməyini hazırla.Mən eşitməmişdim,yazanda dünyadan uzaqlaşıram öz aləmimə.elə oldu ki,yoldaşım gəlib məni yazan yerdə tutdu.Biləndə ki,romandı əlimdən alıb cırıq-cırıq elədi.

Psixoloq:-Ellada xanım(onu bu movzudan uzaqlaşdırmaq istədi)

Ellada:-Yox danışım.Sən qudurmusan deyəsən,məni də saymırsan bu boş-boş yazılara başın qarışıb.Sənin yazdıqlarını kim oxuyar ay bədbəxt?Mən həmin an kimlə evlənmişəm dedim özümə.Üstümə qışqırıb getdi.Bunu hamıya danışdı.

Psixoloq:-Ailəsi ilə münasibətiniz necə idi?

Ellada:-Doğuşa az qalmışdı,gərgin ağrılı vaxtlar idi,həyatdan zövq ala bilmirdim,elə hey qəmgin mahnılara qulaq asırdım,yerimdən çıxmırdım.özümə baxmırdım.Niyə baxmalıydım eee yoldaşım heç məni saymır.yaxın olmur mənlə,məni heç evdən çölə çıxartmırdı ki,evdə dincəl.Atam olsaydı arxamda o belə edə bilməzdi.Gedib anasına məndən şikayət etmişdi ki,öz-özüylə danışır.Hə danışırdım.Axı dedim içimdə barmaq boyda xanımlar var.Ağıl xanım,Can Dərviş xanım,Anac Süddaş xanım,Nəfs xanım,Cazibədar xanım.Anası da deyirdi: dəli doğub qurtarsaydı aparıb Məştağaya qoyardıq.Bu nə uşaq tərbiyyə edəcək ki?Ondan sonra anasından acığım gəlir.Doğuşa getdim bir qızım oldu.adını Duyğum qoymaq istədim amma yoldaşım öz nənəsinin adını Gülsara qoydu.Uşaq oldu vəziyyət daha da pisləşdi.İçimdə Anac xanım deyir “Ay nə şirin qızdı,get qayğısına qal,altını təmizlə,süd ver”,Ağıl xanım deyinirdi”Uşaq qaçmır ki,get romanı təzdən yaz.Bu ideyalar bir də gəlməyəcək get yaz da kimi gözləyirsən?”,Cazibədar xanım deyirdi”get güzgüyə baxee nə gündəsən,div boyda olmusan.Bu uşaq sənə heç düşmədi,südü kəs,idmana yazıl,bax ərin başqasına bağlananda deyəcəm sənə”,Can Dərviş xanım”Allah o körpəni siz xoşbəxt olasınız deyə göndərib” deyirdi.

Psixoloq:-Ellada xanım,siz bu səsləri hansı saatlarda,hansı vəziyyətdə daha çox eşidirsiniz?

Ellada:-Uşaq ağlayan kimi içimdəki səslər də artırdı,hərdən qışqırıram,bəsdirin,susun mən qışqırdıqca artır.

Psixoloq:-İndi uşağınız necə aylıqdı?

Ellada:-Artıq 7 aylıq.

Psixoloq:-Siz o səsi eşitdiyiniz an ətrafdakılar da eşidir?

Ellada:-Əvvəl elə bilirdim eşidirlər.amma qaynanam deyir heçnə səs yoxdu.

Psixoloq:-Hələ də o səs tez-tez gəlir,

Ellada:-4 ay mütəmadi olaraq gəlirdi 3 aydı problem artdıqca hiss edirəm ki,heç halım qalmayıb.içimdəkilər sakit və yorğundular.

Psixoloq:-Yuxu rejiminiz necədi?

Ellada:-Çox yatmaq istəyirəm.Uşağı da ona görə istəmirəm da.Gecə oynayır.həmin vaxt gic oluram istəyirəm yorğanla boğum öldürüm.Analar görürəm biri də öz bacım,uşağın yatmağından zövq alırlar.axı nə zövq var?yatır da.Mənə də həyatı zəhər edib gecə ağlayır.mən çox vaxt eşitmirəm,yatıram Bəhruz oyadır ki,dur.Yoxsa heç durmağa halım olmur.O uşaq gələndən belə oldu.Hərşey onun günahıdır.yoxsa belə olmazdı.

Psixoloq:-Qızınızı qucağınıza alıb,oynatmaq,onu iyləmək(sözünü kəsir)

Ellada:-Yox Yox Yox.Bilirsiz ərim mənə xəyanət edir.2 Ay əvvəl tutmuşam.(söhbəti yayındırmağa çalışır)

Psixoloq:-Necə bu qənaətə gəldiniz?

Ellada:- Telefonuna zəng gəldi,hamama girib danışdı,Həyatım deyirdi.

Psixoloq:-Siz yoldaşınıza dediniz eşitdiklərinizi?

Ellada:-Bəli dedim,dedi yəqin o içindəkilərdi.Dəliliyin tutub yenə.Şər atma mənə.Uşaq həmin vaxt ağlayırdı zırhazır.Mən yazıq bezməyim neyləyim?Telefonuna baxanda şəkillərini,whatsappdan danışıqlarını gördüm,göstərdim dedi səni mütləq xəstəxanaya apaqmaq lazımdır.

Psixoloq:-Ola bilərmi siz yanılmış olasınız?

Ellada:-Qətiyyən.Qulaq asın.Yenə içimdəki Cazibədar xanım deyir “Əcəb olur sənə,sən bu baxımsızlıqla olanda hələ çox şey olacaq”,Ağıl xanım dillənir”Romanı yazsaydın,fikrindəkiləri kağıza töksəydin heç belə olmazdı”,Dərviş gülür”Cəhənnəm odunda yanacaq o”,Anacan xanım qışqırır ki”uşaq acdı,sən niyə burda oturmusan?”

Psixoloq:-Sakitləşin,sakitləşin.

Ellada:-O uşaq dünyaya gəldi sonra  gəldi bunlar başımıza.

Psixoloq:-Bu müddət ərzində dərman,sakitləşdirici istifadə etmisiniz?

Ellada:-Artıq deyiblər???

Psixoloq:-Nəyi deyirsiniz?

Ellada:-Dərman atıb özümə qəsd etdiyimi.

Psixoloq:-Bunu siz deyəcəksiniz,axı dedik səmimi,düzgün bir danışıq olacaq.

Ellada:-Rəfiqəm gəlmişdi uşaq gördüsünə.məni görüb tanımadı.nə günə qalmısan,qocalmısan dedi,özümü alçalmış hiss elədim.Kökəm amma iştahım da yoxdu.Cazibədar xanım”diyeta saxla,estetik əməliyyat elətdir ariqla da!!!”,Dərviş xanım “Estetik əməliyyat günahdır”.

Hamiləlik vaxtı atdığım sakitləşdirici dərmandan bir ovuc atdım.Yazıq anam bizdə qalırdı,uşağa baxmağa kömək edirdi.O məni pis vəzyyətdə görüb həkimə aparıb mədəmi yuduzdurmuşdu.

Psixoloq:-Hər insan çətinlik görür,hər 10 qadından ikisi postnatal(doğuş sonrası)depressiya yaşayır.Amma bu o demək deyil ki,siz özünüzə  qəsd edəsiniz.canı Allah verir o da alır.

Ellada:- (Ağlayır)İstəmirəm yaşamaq.Heç ərimi də istəmirəm. Istəmirəm.O romanı cırdığı gün məni yox etdi.Ondan olan uşağı da istəmirəm.Heç xoşbəxt olmaq da istəmir.Qarışmasın heçkəs mənə,sakit uzanım yerimdə yatım.

Psixoloq:-Ellada xanim,siz ağır depressiya keçirdirsiniz.sizdə görünən hal mənə depressiyanı tamamilə xatırladır.Biz sizinlə bu psixloji problemi aradan qaldıracayıq(Qapı açılır,bir xanım,konsultasiyanın bitdiyini deyir)Mən inanıram ki,Ellada xanım siz bacaracaqsız.

Ellada:-Mən o romani “Xoşbəxt həyatımdan Atama Məktub” adı altında yazırdım.Sagolun…

Aydan Ibrahimova

Xəzər Universitetinin, Humanitar-Sosial Elmlər fakültəsinin, Psixologiya ixtisasının III kurs tələbəsi

Share to Odnoklassniki