Insanlar bəzən zaman-zaman özlərini xoşbəxt və ya tam əksi bədbəxt hiss edirlər. Səbəblər təbii ki, müxtəlifdir. İşdən ayrılmaq, öz sevdiyini itirmək və ya işlərində uğurlu ola bilməmək hüzn yaradan hadisələrdir. Hüzn və kədər normal həyatın bir hissəsidir. Ancaq bu kədərli vəziyyətin uzanması , səbəbsiz ortaya çıxması ruh sağlamlığı problemidir və depressiya kimi təyin olunur.
Depressiya duyğu, düşüncə və davranışa təsir edir. Müalicə edilmədiyi təqdirdə depressiya aylar, illər bəzən də ömür boyu davam edə bilər. Əslində , həyatımızın axışında hüzün, xoşbəxtlik, çətinlik, stress kimi duyğuları yaşamağımız və bu duyğuların, həyatımızda meydana gələn inkişaflara görə bir müddət davam etməsi təbiidir. Məsələn, işinizlə və ya ətrafınızda münasibətlərlə əlaqədar hər hansı çətinlik yaranarsa, problem yaşanarsa, yuxusuzluğun yaranması, stress səviyyənizin artması normal olaraq qəbul edilir. Depressiya vəziyyətində fərqli olan faktor , həyatınızda müsbət hadisələrin olmasına qarşı “boşluq hissi”, “böhran” və “hüznün” davam etməsidir. Əvvəlki dövrlərdə sizi sevindirən, xoşbəxt edən anlar varsa, depressiyadasınızsa onların da sizə heç bir təsiri olmayacaq.
Insanın normal halında depressiya əlamətləri kimi qəbul edilən kədər, bədbəxtlik, təklik hissləri zaman-zaman yaşandığı üçün bu halı gündəlik həyatın bir hissəsi kimi yox, depressiya halı kimi ayırd etmək hər zaman asan olmur. Artıq bu cür hallar yaşandıqda ilk çarə mütəxəssisə müraciət etməkdir. Depressiya- iş və təhsil sahəsində olan inkişaf istiqamətlərinə çox mənfi təsir yaradır:
• Bəzilərində səbəb olmadan birdən-birə ortaya çıxar,
• Bəzilərində stressli şəkildə yaşadığı hər hansı bir həyat hadisəsindən sonra başlayır,
• Bəzən tək hücum olaraq həyat boyu davam edə bilər,
• Bəzən davamlı baş verən hücumlar halındadır,
• Bəzən simptomların şiddətli olması ilə xəstələr iş görə bilməzlər.
• Bəziləri isə iş görə bilsələr də , amma davamlı özlərini bədbəxt hiss edərlər
Aşağıda adları qeyd olunan “depressiya əlamətləri” ümumiyyətlə mütəxəssislərin “depressiyanın ilkin əlamətləri ” olaraq göstərdiyi vəziyyətlərdir.
- Konsentrasiya Problemləri: İş yerində, məktəbdə və ya yemək yeyərkən belə fikrini cəmləşdirə bilməmək , bir kitabın və ya filmin sonunu danışan zaman çətinlik çəkmək.
- Kiçik detalları xatırlamaqda çətinlik çəkilirsə: Yaşanan bir hadisənin əhəmiyyətli detallarını unutma, hətta bəzən hadisələrin özünü unutma.
- Qərar verməkdə çətinlik çəkilərsə: Daha əvvəldən asanlıqla verilən qərarları depressiya səbəbiylə verə bilməmək, səhv qərar verəcəyindən qorxmaq halları.
- Halsızlıq və Enerji azlığı: Səbəbsiz halsızlıq, hobbi və ya zövq alınan digər fəaliyyətləri etməkdə çətinlik çəkmək, maraqsızlıq.
- Günahkarlıq, Dəyərsizlik və / və ya bacarıqsızlıq Hissləri: Səbəbsiz olaraq ya da sizin kontrolünüzde olmayan hadisələr səbəbiylə yaşanan günahkarlıq hissi, gündəlik fəaliyyətlər əsnasında belə bacarıqsızlıq hissi.
- Normaldan çox və ya az yatmaq: Yuxunuz olsa belə heç cürə yata bilməmək, və ya tam əksinə işiniz o qədər çox olmasa belə gündə 9-10 saat yatmaq.
- Mənfi Düşüncələrin qarşısını ala bilməmək: Hər şey yolunda olsa belə gələcəklə əlaqədar həddindən artıq narahat olmaq, özünüzlə ya da sevdiklərinizlə əlaqədar qarşısını ala biləmədiyiniz mənfi düşüncələr.
- Iştah azlığı və ya həddindən artıq iştahlı olmaq: Bəzi kəslər mənfi düşüncələr səbəbi ilə iştahını itirərkən, bəziləri bu bədbəxtlik halını aşmaq üçün daha çox yemək yeyə bilər.
- Narahatlıq Hissi, Aqressiv olma hali: Ortada bir səbəb yox ikən narahatçılıq hiss etmək, hadisələr qarşısında həddindən artıq əsəbi və aqressiv reaksiyalar vermək.
- Həddindən artıq spirtli içkilər qəbul etmək: Depressiyada olan kəslərdə spirtli içkilər qəbul etmə halları həddindən artıq çoxalıq, qumar oynama və təhlükəli idman növləri ilə məşğul ola bilmək kimi düşüncələr fikrində formalaşır.
Depressiyanın insandan-insana enerji azlığı, narahatlıq, halsızlıq, həddindən artıq yuxusuzluq kimi əlamətləri ilə fərqlənən bir sıra növləri vardır:
- Kliniki depressiya- digər depressiya növlərindən fərqli olaraq insanın gündəlik həyat fəaliyyətinə maneəçilik törədir. Bəzilərində isə həyatında bir dəfə baş verməklə bərabər müxtəlif zamanlarda təkrar oluna bilər. Bu növə xas olan əlamətlər gün ərzində müəyyən saatlarda başlayaraq, 2 həftəyə qədər davam edir.
- Xroniki Depressiya: Bu depressiya növü 2 il, bəlkə də uzun sürən depressiya halıdır. Bəzi əlamətləri kliniki depressiyaya bənzəsə də, ancaq əlamətləri kliniki depressiya qədər şiddətli deyil.Xroniki depresiya yaşayan insanlar ətrafdakılar tərəfindən «ürkək, melanxolik, hüznlü” əlamətləri ilə kimi tanıyırlar.
- Atipik Depressiya: Atipik depressiyanın gizli əlamətləri bu cür olur: həddindən artıq yemək yemək, həddindən artıq halsızlıq, rədd edilməyə qarşı həddindən artıq həssas olmaq.
- Manik depressiya ya da bipolar pozuqluq.Bu depressiya növü kliniki depressiya periodları arasında yaşanan kompleks ruh halı pozğunluğudur.Əsasən 2 hissəyə ayrılır:
1.İnsan ən az 1 dəfə manik depressiya yaşamışdır və bu əsas kliniki depressiyadan daha
rahat görünür.
2.İnsan ən az 1 dəfə kliniki depressiya yaşadığı müddətdə bir dəfə də hipomani (orta
dərəcəli mani) yaşamışdır.
- Mövsümi Depressiya: Mövsümi depressiya ilin müəyyən bir dövründə, ümumiyyətlə bahar aylarının bitməsi və qış aylarının başlaması ilə ortaya çıxar.Daha nadir olaraq görülən bir digər mövsümi depressiya isə “yaz depressiyası” dır və yaz aylarının sonuyla yayın başlanğıcında görülür. Mövsümi depressiyalar mövsüm keçişiylə birlikdə müəyyən müddətdən sonra aradan qalxar.
- Psikotik Depressiya: Bu vəziyyətdə insanın «gerçəklik” lərlə əlaqəsi tamam kəsilər.Bu depressiyada olan şəxslərdə sayıqlamalar daha çox özünü biruzə verir.
- Doğuşdan sonrakı depressiya: Körpə doğulduqdan sonra, ananın hüznlü olması vəziyyəti olduqca məşhurdur və bu hal anaların təxminən 75%-ində rast gəlinir. Ancaq 10 yeni anadan birində daha ciddi bir vəziyyət olan “doğuşdan sonrakı depressiya” halına rast gəlinə bilər. Bu depressiya növü doğumdan 1 ay sonra kliniki depresiyyaya məxsus əlamətlərlə meydana çıxar.
Depressiyanın “Xəbər verən» əlamətləri hansılardır?
Müalicə edilməyən depressiya gələcəkdə daha irəliləyərək insanı intihar düşüncələrinə sürükləyə bilər. Təbii olaraq özü depressiya xəstəsi olaraq müalicəyə getməz, bunun üçün ətrafda olan yaxınlar aşağıdakı əlamətləri görürsə, mümkün olduqca ən qısa müddətdə bu sahənin mütəxəssisinə müraciət etməlidirlər:
- Çox kədərli bir ruh halından xoşbəxt bir ruh halına qəfildən keçmək,
- Davamlı ölüm haqqında söhbət etmək və ya düşünmə.
- Dərin kədər, maraq itkisi, yuxusuzluq və yemək problemləri.
- İnsanın “ölüm istəyi” olması və buna bağlı olaraq təhlükəli davranışlarının artması.
- Əvvəldən dəyər verdiklərinə qarşı marağının itməsi.
- Dəyərsizlik, ümidsizlik, mənasızlıq haqqında etdiyi söhbətlərinin artması.
- “Xilas olmaq istəyirəm”, “Burada olmasam daha yaxşı olardı” cümlələrini tez-tez istifadə etməsi.
- İntihar haqqında çıxış etməsi.
Nəticə etibarilə, özümüzdə əlamətlərinin fərqinə varmaq hər zaman asan olmaya bilər. Ancaq həyatımızda müsbət hadisələr çox olsa belə həyatdan zövq almaq mümkün olmursa, insanlarla görüşməyi problem halına gətirirsinizsə,zövq aldığınız fəaliyyətlərinizə qarşı marağınız itibsə, siz depressiyada ola bilərsiniz. Ayrıca yaxın ətrafınızdan bu istiqamətdə gələn təkliflər varsa bunlara qulaq verərək bir mütəxəssisə müayinə olmaq ən doğrusu olacaqdır.
Suisid və simptomları….
Uzun müddət müalicə edilməyən depressiya irəllədikcə insanı “intihar” haqqında düşüncələrə sürükləyə bilər.Təbii ki, hər depressiyada olan insan intihar haqqında düşünmür və depressiyada olsa belə insan sonra normal həyatına davam edə bilər. Psixotriya dilində, Suisid adı verilən intihar, yəni,insanın öz canına qıyması və digər dəyişik yollarla özünü öldürməsidir. Bütün ölümlərin 0.4-0.9% -ni təşkil edən intihar davranışı, insan və ətrafına təsir göstərməklə yanaşı, sonrakı nəsillər və cəmiyyətə də ciddi təsir göstərən ictimai bir problemdir. Bütün dünyada hər gün təxminən 1000 insan intihara məruz qalır.Kişilərin qadınlardan daha çox intihara məruz qalmaları artıq sübut olunmuşdur.Nəticə etibarilə kişilərdə 2-7 qat çox intihar hallarına rast gəlinir.
Kişilər daha ağır metodlardan istifadə edərkən ( asmaq, özünü silahla öldürmək) qadınlar daha çox dərma və boğulma kimi metodlardan istifadə edirlər.Acı olan məqam isə insanın bu addımı atmamışdan qabaq , özü üçün olacaq təhlükənin fərqində olmasıdır.
Aparılan araşdırmalar görə intiharı gerçəkləşdirənlərin 25-75%-i sahib olduqları vücud xəstəliklərindən dolayı həyata keçirirlər. Xərçəng xəstəliyinə tutulan kişilərin 50% diaqnoz qoyulduğu müddətdən 1 il ərzində intihara əl atırlar. Qadınların 70% isə intihara əl atır:
- İntiharı həyata keçirmək üçün səbəb olan mərkəzi sinir sistemi xəstəlikləri : Epilepsiya, MS (multipl skleroz), Baş yaralanması, ürək-damar xəstəlikləri və AIDS. Bu xəstəliyə tutulan insanlar daha çox intihara əl atırlar.
- İntiharı həyata keçirmək üçün səbəb olan endokrin sistem xəstəlikləri: Cushing xəstəliyi, anoreksiya nervosa, Klinefelter sindromu.
- İntiharı həyata keçirmək üçün səbəb olan mədə-bağırsaq xəstəlikləri : Xora və serroz. Hər iki xəstəliyin səbəbi daha çox alkoqolizm olur.
- İntiharı həyata keçirmək üçün səbəb olan urogenital infeksiyalar/ xəstəlikləri: Prostat böyüməsi, hemodiyaliz tətbiqi.
Pisxiotrik narahatçılıqları olan insanların, olmayanlara görə intihar riski 3-12 qat daha çoxdur. Aparılan araşdırmaların nəticələrinə görə intiharı həyata keçirən insanların 70% -i öncədən , depressiya və ya alkoqolizm xəstəliklərinə tutulurlar. 30 yaşa qədər intihara cəd edənlər əvvəldən narkomaniya və ya antisosial şəxsiyyət pozğunluqları yaşayan ,30 yaşdan böyük olanlarda isə depressiya və beyin pozğunluqları yaşayan şəxslərdir.
İntihar riskini artıran faktorlar :
Yaz və yay mövsümlərinin başlanğıc aylarında daha çox intihar hallarına rast gəlinir.
Universitet təhsili alanlarda , daha aşağı təhsil səviyyəsi olanlarda intihar edənlərin sırasında rast gəlinir. Musiqiçilər, həkimlər və diş həkimləri, Hüquqşünaslar, sığorta təşkilatında çalışanlar arasında isə intihara cəhd sayısı daha çoxdur.
Kişinin həyat yoldaşından ayrılmış olması bu riski daha da artırır. Bundan başqa subaylarda evlilərə görə 2, boşanmış, ayrılmış ya da həyat yoldaşını itirən şəxslərdə evlilərə görə 4 qat daha çox səviyyədə intihar hallarına rast gəlinir. Şəhər mühitində yaşamaq da bu riski artıran faktorlardandır. Yaş qrubu da önəmli amillərdəndir. Belə ki, kişilərdə 45 yaş, qadınlarda isə 55 yaş sonrası intihar halları artmaqdadır.
İntiharın əvvəldən başa düşülməsinə istiqamətli göstərişlər:
1. Həyatının erkən dövrlərində evdən və məktəbdən qaçma halları
2. Ata tərəfindən erkən evdən qoulması
3. Uğursuz evliliklər .
4. Alkoqolizm və narkotik istifadəsi.
6. Əmək gücü və müvəffəqiyyət arasındakı ziddiyyətlə rastlaşmaq.
7. Uzun davamlı ölümcül xəstəliklər.
8. İş, evlilik və yaxın dostlarla əlaqədar itkilər ya da problemlər.
9. İntihara qərarlı olma, təcavüzkar həyat sürmə ,
10. Böyük çətinliklər , maddi sıxıntılar.
Davranşlarla əlaqədar göstəricilər:
1. Ruhi pozuğunluq əlamətlərinin olması.
2. Ölüm riski olan dərmanları kiçik dozada istifadə olunması,
3. Son 6 həftə içində romantik əlaqələrdən kəsilmə.
4. Cinsi əlaqə ilə məşğul olmamaq.
6. Sevdiyi əşyaları yoldaşa- dosta paylanması.
Danışıqlarla əlaqədar göstəricilər:
8. Ölüm istəyini ifadə edən birbaşa və təkrarlanan danışıqlar.
9. Bədbəxt, mənfi, qərarsız, pessimist düşüncə məzmunlu danışıqlar.
Yüksək Suisid riskini Göstərən amillər:
• Kliniki depressiya xəstələyinə tutulan, xüsusilə də xəstənin ümidsizlik duyğuları daha qabarıq şəkildədirsə.
• Qiymətli şəxsi əşyalarını və kolleksiyalarını paylayırsa …
• Özünə Suisid istiqamətində əmr verən, qeybdən səs eşitmələr …
• Şizofren xəstədə ikinci səviyyədə inkişaf edən depressiya …
• Mütəşəkkil planlı Suisid fikri və xilas olma vəziyyəti,
• İstifadə və ya düşünülən metodun ölümcüllüğünün yüksək olması …
• Kliniki olaraq depressiya şəklində suisid mahiyyətli danışıqlar.
• Sevilen, ölmüş bir adam ilə təkrar birləşmə arzusu (xüsusilə yetişkənlik dövründə rastlanır)
• Yaxın keçmişdə və ya ani bir itki ilə birlikdə alkoqoldan istifadə
İntiharın qarşısını almaq üçün diqqət edilməsi vacib olan faktorlar :
Ümumiyyətlə, özünü öldürməyi planlaşdıran insanların davranışlarında diqqəti çəkən fərqli əlamətlər olur. Əgər tanıdığınız biri açıq ya da qapalı danışıq şəkilində özünü öldürməkdən bəhs edirsə (‘Həyat yaşamağa dəyməz’, “Artıq dözə bilmirəm ‘,’ Hər şey bitdi!,Özümü öldürəcəyəm ‘kimi.), özü ya da bir yaxını onu sarsıdan bir qəza yaşayıbsa,(itki, qəza və s.)
yemək və yuxu nizamı pozulubsa,
- yoldaşlarından və ictimai mühitdən uzaqlaşırsa,
- gündəlik fəaliyyətlərinə: məktəb və işinə olan əlaqəsi azalıbsa,
- xarici görünüşünə heç diqqət etmirsə,
- vəsiyyət yazmaq haqqında düşünürsə,
- əhəmiyyətli əşyalarını ətrafındakılara verirsə,
- daha əvvəllər intihara cəhd etmişdirsə,
- gərəksiz risklər alırsa (Avtomobili çox sürətli sürmək kimi),
- Asılılığı (spirt, maddə kimi) varsa, bu halları ciddi şəkildə diqqətə almaq lazımdır.
Əgər ki, ətrafımızda bu cür insanlar olarsa, onlara necə yardım edə bilərik?
- Onunla danışın və onu dinləyin,
- Yanında daha çox olmağa çalışın ,
- Mütəxəssisdən mütləq kömək alın.
Ata biləcəyiniz ən gözəl addımlardan biri onunla danışmaqdır.
Məsələn: “Son zamanlarda sənin çətin bir dövr yaşadığını görürəm. Sənin yanındayam, bu müddətdə birlikdə olacayıq! Səni yalnız buraxmayacam. Mənə hisslərindən və düşüncələrindən danış, zəhmət olmasa……”
Siz yalnız onu dinləməyə və anlamağa çalışın. Qoyun istədiyi qədər danışsın. Bu anlarda siz sehrli sözlər söyləmək məcburiyyətində deyilsiniz. Vacib məqam yalnız sizin onunla maraqlandığınızı görə bilməsidir.Sizinlə danışdığı üçün xoşbəxt olduğunuzu göstərin. Öyüd-nəsihət verməkdən çəkinin. İntiharın doğru və ya səhv olduğu haqqında dərs keçməyin. Bu yalnız onda günahkarlıq və ümidsizlik duyğularını artıracaq.İntihar etməyi düşünüb düşünmədiyini, intihar planını, zamanını, şəklini və istifadə vasitələrə qədər çatıb danışarsa, şokda olduğunuzu göstərməyin, ola bildiyinizcə sakit danışın.
Əgər ki cavabında artıq konkret zaman haqqında və necə edəcəyi haqqında məlumat verirsə, bu təcili vəziyyətdir. Mütləq ciddiyə alın! Onu bir saniyə belə tək buraxmayaraq, mütləq mütəxəssislə məsləhətləşin.
Xəyalə Məmmədova, Ph.D
Biblioqrafiya:
Araya R, Flynn T, Rojas G, Fritsch R, Simon G. Cost-effectiveness of a primary care treatment program for depression in low-income women in Santiago, Chile. Am J Psychiatry. 2006;163:1379–87.
American Psychiatric Association (2000) Diagnostic and Statistical Manual of Mental Disorders. 4.Journal, (DSM-IV). Text Revision. Washington DC, American Psychiatric Association
Bolton P, Bass J, Neugebauer R, et al. Group interpersonal psychotherapy for depression in rural Uganda randomized controlled trial. 2003;289(23):3117-3124.
Robins E. (1981). The Final Months: A Study of the Lives of 134 Persons Who Committed Suicide. New York, NY: Oxford University Press.
Luo F, Florence CS, Quispe-Agnoli M, Ouyang L & Crosby AE. (2011). Impact of business cycles on US suicide rates, 1928–2007. American Journal of Public Health, 101(6), 1139–46.
Yıldız M, Göker NK (2000) Major Depresif bozuklukta bedenselleþtirmenin depresyon ve bunaltý ile iliþkisi. Psikiyatri, Psikoloji, Psikofarmakoloji Dergisi, 8:281-285.
Uluşahin A (2003) Depresyona genel yaklaþým. Türkiye Týp Dergisi, 10:79-88.