Rəngsizlik Halı və Ümidsizlik Aktı haqqında…

fd5a606c6a0097343cccabaebb79fdd8

   Depressiya  Sizi həyatdan zövq almaqdan məhrum edən psixi haldır. Depressiya zamanı insan ailəsindən, dostlarından uzaqlaşır. Dünya ona qaranlıq və rəngsiz görünür, sevdiyi işdən hətta cinsi əlaqədənzövq ala bilmir. İnsan təfəkkürü dəyişir, o, özündə və başqalarında yalnız mənfi keyfiyyətləri görür. Özünüqiymətləndirmə aşağı düşür.

Depressiya insanın mənfi əhval – ruhiyyədə olması deməkdir. Bu vəziyyət həyatın mənasını itirməklə müşahidə olunur. Depressiyanın yaranma səbəbləri kimi genetika, ətraf mühit, yaşanmış hadisə, fiziki durum faktorlarını göstərə bilərik.

Mən depressiyanı Rəngsizlik Halı adlandırardım. Çünki yuxarıda qeyd olundğu kimi insan dünyanı rəngsiz qaranlıq görür, üzü gülmür, dünyanın gözəlliklərindən həzz ala bilmir, biganə qalır.

   Depressiyanın əlamətləri  fiziki və emosional düşkünlük hissi, yuxusuzluq və ya uzunmüddətli yuxu, ünsiyyətdən qaçma, həyatın mənasızlığını düşünmək, qəmli, əsəbi, yorğunluq, iş qabiliyyətinin aşağı düşməsi, acizlik, iştahanın pozulması və ya iştahın artması, ölüm və intihar haqqında fikirlər…İntihar ? Ölüm ?…

Müdaxilə etmədikdə depressiya intihara gətirib çıxara bilir. Depressiya – intihara daha çox səbəb olan psixi xəstəlikdir. Xaricdə aparılan tədqiqatlara görə depressiyanın varlığı halında intiharın olma ehtimalı heç bir ruhi xəstəlikləri olmayanlara nisbətən 30 qat yüksək olmuşdur. Depressiyada olan kişilərin qadınlara nisbətən daha çox intihara meyilli olduqları müşahidə olunmuşdur. Tanınmış rock qrupu olan Nirvana`nın solisti Kurt Cobain 8 Aprel 1994 – ci ildə özünü bir tüfənglə vuraraq öldürdü. Həyat yoldaşı Courtney Love və qızı Frances`i intiharının təsiri altında buraxdı . İntihar edənlərin 80% – i depressiv olurlar.

   Suisid mənası özünü öldürmək deməkdir. Suisidi sağlam şəxsin məqsədli, kənar təsirdən təcrid olunmuş formada insanın özü tərəfindən özünü həyatdan məhrum etməsi kimi nəzərdən keçirirlər. Özünə qəsd edən insan ümid edir ki, o özünə qəsd etməklə darıxdığı sevimli qohumları ilə birləşə bilər. Belə adamlar sağ ikən gözlədikləri sevgi və şəvqəti öldükdən sonra əldə edəcəklərinə ümid edirlər və ölüm onlar üçün cazibəli görünür. Özlərinin suisidal fantaziyalarında belə adamlar öz dəfnlərinə tamaşa edir, sevgini etiraf etməklə yaxınları və qohumlarının peşmançılığından həzz alır.

Hətta Fransız psixiatrı Kouran belə hesab edir ki, suisidal davranışla ehtiraslı məhəbbət arasında birbaşa asılılıq var..

Görəsən həyatda elə bir çətinlik, hadisələr varmı ki insan bu çətinliklərin öhdəsindən gəlmək, ağrılara, iztirablara tab gətirməkdənsə, həyatla vidalaşmağı üstün tutsun? Axı niyə insan üçün şirin olan həyatına özü son qoysun ? Yəni o qədərmi həyat önəmsizləşir? Səbəb? Səbəb kimi sosial, bioloji, pis hadisə, psixoloji və fizioloji durumu göstərə bilərik. Elmə məlum olan faktdır ki, suisidal davranışa meyillilik bir ailənin nəsil üzvlərini izləyə bilir. Bəzi tədqiqatçıların fikrincə, intihar etmiş şəxslə yaxın qohumluğu olanlar arasında suisidal risk 4 dəfə artıqdır. Ailədəki suisidlərin təqlidi davranışla və ya irsən keçən xüsusi bioloji mexanizmlərlə bağlı olub-olmaması alimlər üçün mühüm əhəmiyyət kəsb edir. Buna misal kimi məhşur yazıçı Ernest Heminquey  2 iyul  1961 – ci ildə intihar etdi. Bu gündən otuz beş il sonar nəvəsi Margaux da öz həyatına son qoydu. Heminquey ailəsi 4 nəsildə 5 suisid hadisəsinə şahid oldu. Ernestin  atası Clarence, Ernest və bacıları Ursula və Leicester və nəvəsi Marguax.

Danimarkada aparılmış tədqiqatlarda himayəyə götürmüş ailədə böyümüş və intihar etmiş 57 nəfər öyrənilərkən məlum olmuşdur ki, onların 12-nin bioloji qohumları intihar əməlini yerinə yetirmişdir. Digər tədqiqatlar göstərir ki, monoziqot əkizlər diziqot əkizlərə nisbətən daha çox intihar edir.

İntihar hadisələrinə müxtəlif tipli xəstəliklər də təkan verə bilər. Misal olaraq  MSS xəstəlikləri: epilepsiya, kəllə – beyin travması, ürək-damar xəstəliyi, AİDS, endokrin, serroz, mədə yarası, şizofreniya və alkoqolizm suisidə gətirib çıxara bilər.

Özünəqəsd – həm də psixoloji hadisədir. Belə ki normal insanın psixi durumuna ağır təsir göstərən səbəblər kimi ailə – məişət problemləri, konfliktlər, təhqir, kobudluq, uğursuzluqlar, ağır itkilər və hətta təngəgətirici qayğılar insanın intihara təşşəbüsünü artırır. Hal – hazırda Azərbaycanda intihar yaşının gəncləşməsi diqqət çəkmişdir. Səbəb kimi valideyn – məktəb – uşaq  ünsiyyətinin zəif olması, Azərbaycan ailəsinin qapalılığı, maddi təminatı ödəmək üçün valideynlərin çox işləməsi, övladları ilə az ünsiyyətdə olması, uşaq və yeniyetmə övladlarının keçirdiyi böhran, problemlərə laqeyd olması çox böyük təsir göstərir. Belə ki, intihar edənlərin içərisində uşaqlar da nəzər çarpır. 10-11 yaşlı uşaq hələ ölümlə həyatı bir-birindən tam ayıra bilmir. Onlar ölümü tam mənası ilə dərk etmədiyindən bəzən bunu sadəcə ətrafındakıların diqqətini cəlb etmək üçün edirlər. Buna görə də 10-11 yaşlı uşaqların intiharı bir çox hallarda birmənalı şəkildə ölümə cəhd kimi qiymətləndirilmir. 13 yaşına qədər olan uşaqlar özünəqəsdə əsasən yaxınlarını narahat etmək üçün əl atırlar. Onun üçün kimin narahat olub – olmayacağını bilmək olduqca maraqlıdır. Buna görə də mütəxəssislər uşaqlara qarşı davranışlarda xüsusilə ehtiyatlı olmağa çağırır. Bu yaşa qədər olan uşaqlar arasında intiharın digər səbəbləri sırasında ailələrin dağılması, fiziki və seksual zorakılıq, komplekslər mühüm yer tutur. 14 yaşda intihara cəhdin səbəbləri dəyişir. Bu yaş qrupunda artıq ilk cavabsız sevgi belə ölümə yol aça bilər. 16 – 20 yaş qrupunda olanlar arasında intihar o zaman seçilir ki, həyat mənasını itirmiş olsun.Məsələn yeniyetməlik dövrü çox təhlükəli dövrdür. Bu dövrdə valideynlər övladlarına həssas, anlayışlı olmalıdır. Məsələn, hardasa 10 ay bundan qabaq Xaçmazda baş verən 2 məktəblinin sevgi faciəsi yəqin yadınızdadır. Ailələrinin bu sevgiyə kəskin reaksiyası onların birlikdə intihar etməsinə sürüklədi… Eyni zamanda buna oxşar cavabsız sevgi səbəbinə görə intihar hadisələri tək Azərbaycanda deyil, bir çox inkişaf etmiş dövlətlərdə geniş vüsət almışdır.

Fikrimcə də Tv – də, internetdə yayımlanan mahnılar hansı ki sözlərinə fikir versək ölümün gözəlliklərinin, dünyanın maddiliyinin təbliği azyaşlı uşaqların, yeniyetmələrin düşünclərinə yeridilir sanki. Misal olaraq Türkiyədə məhşurlaşan və eyni zamanda bir çox insanların intiharına təkan verənMurat Kekilli – Bu Akşam”parçası hərkəsin yaddaşlarındadır.Hələ bir zaman Türkiyədə bu mahı qadağan olundu. Eləcə də sosial şəbəkələrdə təbliğ edilən səhifələrdə verilən melanxolik, intihar səpkili şeirlər, yazılar zəif iradəyə malik insanlara təsirsiz qalmır.

Qarşılaşdıqları çətinliklərə dözə bilməyən və həyatının belə davam edəcəyindən qorxanlar üçün ölüm ən asan yol kimi görünür. İntihar hallarının 60% – i yaz – yay aylarında baş verir. Din və intihar arasında asılılıq da var. Əksər İslam ölkələrində intihar sayı, xristianlığa və ya induizmə tapınan ölkələrdə intihar səviyyəsindən çox azdır.

Və bir də İntihar Qeydləri var… Belə ki, intihar fikri olan şəxslər söhbət əsnasında bəzən ölüm haqqında, həyatın mənasızlığı, özünü günahlandırma səpkili fikirlər bildirirlər. Bu zaman bu fikri boş hesab etmək olmaz, təcili olaraq ona öz mənəvi yardımını göstərilməlidir. Bu bu fikirlər təkcə söhbət əsnasında deyil, həm pis halda  məktub şəklində diqqətçəkən yerlərə məkanlara qoyulur. Sanki bu insanlar bir növ yaxınlarından kömək, imdad istəyirlər. Amma bəzən bunu aşkar edəndə gec olur, çünki çox vaxt belə şəxslər intiharı həyata keçirirlər. Ona görə də ətrafdakı insanların, yaxınların danışıqlarına diqqət yetirmək lazımdır. Mənim fikrimcə bu cür qeydlər təkcə nə söhbət zamanı, nə də intihar məktubunda öz əksini tapmır. Məsələn, yadımdadı ki, bu yaxın keçmişdə “Qovuş ona” mahnısıyla məhşurlaşan Sura intihar etdi. Səbəb? Bütün ölkə Hüquq mühafizə orqanları bu hadisənin səbəbini araşdırmağa başladı. Axi niyə deyə fikirlər, arqumentlər verildi…Səbəbini özündən başqa heçkim bilmədi.İntiharı ilə gündəmi zəbt edən gənc müğənni Sura Əsgərli özü ilə bir çox sirləri apardı. Özünü yaşadığı evdəcə asan gənc qızın intihar səbəbləri ailəsi və bütün hamı üçün sirr olaraq qalır. Amma bir məsələ mənim diqqətimi həmişə çəkdi. Onun Qovuş Ona mahnısı… Bu mahnıda o özünü sanki ovundururdu, Allaha sığınırdı, sanki təskinlik axtarırdı. Mənə görə, o əslində canına qıymaq istəməzdi, ən azı inanclı insan olduğu üçün. Məncə bu mahnı ilə sanki ətrafındakı insanlardan, yaxınlarından kömək, imdad diləyirdi. Təəssüf ki, Sura O’ na belə faciəvi şəkildə qovuşmağı seçdi.

Mənim düşüncəmə görə, hər bir halda intihar Yalnızlıq NəticəsiÜmidsizlik Aktıdır. İnsan özünü o dərəcədə yalnız hiss edir ki, ona heçkimin kömək edə bilməyəcəyini düşünür, səhvini kimsəyə deyə bilmir. Səhv başa düşülmə, özünü günahkarlandırma, tənhalıq bu kimi neqativ halətlər bizi, yaxınlarımızı intihara sürükləyir. Ona görə də yaxınlarımızın qeydinə qalmaq, hər zaman ünsiyyətdə olmaq, əzizlərimizlə çox zaman keçirmək lazımdır. Valideynlər olaraq övladlarımızla dost olmaq, problemləri biryerdə həll etməyə yönələrək uşaqların, yeniyetmə övladların ailədən uzaqlaşmasına, qapalı olmasına yol verməmək lazımdır. Bu barədə çətinlik çəkiriksə, mütəxəssis psixoloqa müraciət edərək situasiyadan daha düzgün şəkildə çıxaq. Sağlam qidalanma və sağlam həyat tərzi depressiya, intihardan bizi uzaq tutacaq.

Çalışın, sevdiklərinizin qeydinə qalın və həyatındakı dəyişiklikləri hiss etmək üçün onları tanımağa çalışın. Cəmiyyətin əsas stukturunu ailə təşkil edir. Ona görə də ailənizin qeydinə qalın. Çünki, Sağlam ailə Sağlam cəmiyyət deməkdir. Xoşbəxt olun !  Və o gözəl anı yaxalayın ! J

Həmzəyeva Anagül

Bakı Dövlət Universitetinin, Psixologiya ixtisası üzrə  III kurs tələbəsi 

Share to Odnoklassniki