Vizual, audial, kinestik və diskrit – kimdir onlar?

visual-auditory-kinesthetic-resized-600
  • Insanlar ətraf aləmdə baş verən hadisələri fəqli cür qavrayır, analiz edirlər. Baş verənlərə bir qrup insanlar daha çox dinamikliyə, formaya, məkana görə, başqa qrup insanlar səslərə, digərləri isə ətrlərə, hisslərə əsasən yanaşırlar. Bunlara əsasəsən insanları aşağıdakı qruplara bölürlər:
  • Vizual
  • Audial
  • Kinestik
  • Diskrit.

Vizual tip insanlar daha çox təsvirlərə, obrazlara, formalara diqqət verir. Dünyanı görmə analizatorlarının vasitəsilə daha rahat dərk edirlər. Onlar öz nitqlərində daha çox görmə ilə hiss edələn fel, sifət, zərfliklər işlədəcəklər. ( gördüm ki, ilk baxışdan, al-əlvan və s.) Vizualların adətən baxışları yuxarıya yönəlmiş olmur. Səs-küy onlara mane olmur. Vizuallar gördükləri hər bir şeyi yadda saxlamağa qadirdirlər, onlar kadrlarla yadda saxlayırlar. Vizuallar hər hansı məlumatı birbaşa mənbədən qeyd etməyi xoşlayırlar. Onlar bir yerdə durub insanları müşahidə etməyi üstün tutacaqlar. Onların diqqətini yayındırmaq daha çətin olur. Vizuallar yad məkana tez uyğunlaşırlar.Onlara verilən çətin tapşırıqları tez həll edirlər. düşünərkən mütləq nəyi isə cızacaq, əl altında qələm olarsa mütlər ondan kağız üzərində yazmaq üçün istifadə edəcəklər. Vizuallar danışarkən və ya eşidərkən deyilən sözləri obrazlaşdırırlar.

Audial tip insanlar ətraf aləmdə baş verənləri eşitmə analizatorı vasitəsilə daha rahat dərk edirlər. Nitqində daha çox eşitmə hissi ilə bağlı fel, sifət, zərfliklər işlədirlər. (dedi, məlahətlə, cikkildəşərək və s.). Onlar nitqlərində: – ”Bu inandırıcı səslənir.”, “Mənilə bu tərzdə danışma.” və s. Baxışları daha çox orta xəttə yönələcək. Hər hansı qıcıq səs onun diqqətini asanlıqla yayındıra bilər. Səslərin monotonluğu bu tip insanları tez yorur.Səsli hipnoza asanlıqla məruz qala bilərlər. Onlar müzakirə etdikləri məlumatları daha rahat yadda saxlayırlar. Eşidərək münasibət bildirir, qeyd etməyə -məlumatı yazıya almağı tələsmirlər. Yüksək səslə danışmağı xoşlayırlar. Eşitdiklərini asanlıqla təkrar edə bilərlər. daha çox səsli düşünəcəklər.Bu zaman onları səsləmək, danlamaq pis təsir edə bilər. Audialların diqqəti təkcə deyilən sözlərə deyil, həmçinin danışıq tərzinə də mərkəzləşmiş olur. Onlar üçün nə deməyin vacib deyil, necə deməyin vacibdir.

Kinestik tip insanlar toxunma və iybilmə analizatorları vasitəsilə dünyanı daha rahat dərk edə bilirlər. Nitqindəki sözlər də bu hisslərə uyğun olur, məsələn: hiss etdim, yumşaq, isti, ətirli və s. Danışıq vaxtı eeee.., hmmm.., mmm… kimi səsli fasilələrdən çox istifadə edirlər, həmçinin, həmsöhbətlərinə, əl altında olan əşyalara toxunmağı sevirlər ki, bu da dinləyiciləri çox vaxt bezdirir. Kinestiklərin baxışları adətən aşağıya yönəlmiş olur. Onların yaddaşlarında daha çox ümumi təəssüratlar həkk olunur. Diqqətlərini bir obyektdə saxlamaq isə kinestetiklər üçün çox çətin olur. Kinestetiklər üçün qavrama prosesi daha çətin olur. Düşünərkən onlar daim hərəkətdə olacaq, əlləri ya qulaqlarında, ya burunlarında, ya da saçlarında olacaq.

Diskrit tip insanlar məntiqi qavrama və dərketmə prosesinə üstünlük verən bu tip insanlar həyata daha çox rasional yanaşırlar. Faktlara üstünlük verirlər. Analizatorlardan beyinə gələn siqnalları mövcud təcrübələrə əsaslandırır və buna əsasən davranış tərzini seçirlər. Nitqlərində düşünürəm, fərz, nə qədər faydalı və s. kəlmələrdən daha çox istifadə edirlər. Eləcə də “Fikrini anladım.”, “Əla ideyadır.” , “Məntiqlidir.” və s. kimi cümlələrdən istifadə edirlər. Onlar düşünərkən uzun müddət səssiz oturacaq və bir müddət hansısa nöqtəyə baxacaqlar. Əgər qarşıdakı obyekt onda maraq oyatmırsa, o onu nə görəcək, nə eşidəcək, nə də hiss edəcək. Əks halda bu obyekt hər tərəfli şəkildə öyrəniləcək, yadda saxlanılacaq.

Beləliklə, deyə bilərik ki, vizuallar dünyanı görür, audiallar eşidir, kinestiklər hiss edir, diskritlər isə dəyişir.

Elnarə Baxışlı

Share to Odnoklassniki

Tags: