Depressiya-insanın psixoloji əhval-ruhiyyəsini,ruh halını pozan,beyində gedən biokimyəvi maddələrin parçalanması,qanda serotonin maddəsinin zəifləməsi zamanı yaranan psixoloji bir haldır.Depressiya hər yaşda hər fərddə görülə bilər.Bu zaman insan içinə qapanır,sanki başqa qaranlıq aləmdə yaşadığını zənn edir.Hər kəsdən uzaqlaşır,əvvəllər zövq aldıqları şeylərdən indi zövq almır.Depressiyada olan şəxslər asosyallaşır və sıxıcı həyat tərzi keçirir.Bu zaman,həyəcan,halsızlıq,tormozlanma,işdahsızlıq,yuxu pozulması və.s kimi hallar baş verir.Bu hallar iki həftədən az olmayaraq təkrarlanarsa həmin şəxs mütləq psixoloqa görünməlidir.Dünyada 110 milyon insan bu pozuntudan əziyyət çəkir.Depressiyanın əsas səbəbləri travmalar,stress,ölüm hadisələri və qorxudan qaynaqlanır.Depressiyanın müxtəlif növləri var-endogen depressiya,fəsil depressiyası,məişət depressiyası və.s.Əvvəla hamı bilməlidirki,depressiya ilə mübarizə aparmaq mümkündür və vacibdir.Əgər şəxsə depressiya diaqnozu qoyulubsa,həmin şəxsi ruhlandırmaq,əlindən tutmaq lazımdır,hətta onun özü heç bir maraq göstərməsə də.Depressiya müvəqqəti haldır və insan bu hala düşdükdə,ona psixoloji yardım etmək lazımdır.Lakin depressiya təkrarlanan xəstəlikdir.Birinci epizoddan sonra təkrarlanma riski 50%,ikinci epizoddan sonra 75%,üçüncü epizoddan sonra isə 90% təşkil edir.
Depressiya üçün heç bir tədbir görülməzsə bunun sonu suisidə gəlib çıxır.Suisid isə ən sonuncu variantdır.Halhazırda dünyada hər üç saniyədən bir intihar baş verir.İntihar edənlərin 63% kişilər,37% isə qadınlardır.Hərçənd qadın intihardan kişidən daha çox söz açır.Qadınlar bu haqda hay-küy yaratsalar da,ölümə meyilli deyillər.Kişilər bu mövzunu daha qapalı,gizli saxlasalar da,onlar intihara daha çox meyillidilər.Oxuduğum sonuncu kitab Hamsun Knut “Aclıq” romanındakı baş qəhrəman sosial səbəblərdən (işsizlik,maddi vəziyyət)depressiyaya düşərək iki-üç dəfə intihara cəhd etmişdir.Ətrafımızda belə insanlar çoxdu və buda bizim psixikamıza mənfi təsir göstərir.
Gülgün Hüseynova
Xəzər Universitetinin, Humanitar-Sosial Elmlər fakültəsinin, Psixologiya ixtisasının II kurs tələbəsi