Sən depressiyadasan?

medium_quest

Günümüzün ən aktual problemlərindən biri depressiya halıdır.Hər kəsin dilindən eşitdiyimiz depressiya artıq  bizim üçün qlobal və tanış problemə çevrilib.Bəzən biz depressiya ilə xroniki əlamətləri,psixoloji və somatik halları səhv salırıq.Bir  insanda yuxu rejimi müxtəlif səbəblərə görə pozula bilər amma çox zaman biz bu halda bilmədən ”AAAA sən depressiyadasan” deyib keçirik.Yanılmış oluruq.Bir əlamətə əsaslanıb qısa müddətli bir problemə Depressiya deyirik.

Bəs depressiya nədir?

Mənası “Ruhi çöküntü,Məyusluq halı “dır.Ətrafımızda,həyatımızda baş verən hadisələrə verilən bir reaksiyadır.Emosianal bağlılıqda olan problem,itki,özgüvənin itməsi,xəstəliklər,hətta xoş hadisələr də insanı  depressiya vəziyyətinə sala bilər.Ümumilikdə depressiya dedikdə ağlımıza  mənfi emosiyalar,bəd,pis hadisələr gəlir amma unutmaq olmaz ki,xoş hadisələr ,dəyişikliklər bizdə depressiya  halını yarada bilər.Məs:Xanımın ailə qurması,orta hesabla 23 il ana-ata,bacı-qardaş ortamından ər-arvad münasibətinə keçməsi,ana-ata sevgi və nəvazişindən biraz uzaqlaşmaq,yeni şərait,yeni məkan,yeni adət-ənənə,yeni qohumlar,öhdəsinə düşən məsuliyyət və s.kimi şeylər də insanı depressiyaya gətirib çıxarda bilər.Əlbəttə ailə qurmaq,övlad dünyaya gətirmək gözəl hadisələrdir amma qaçılmaz faktdır ki,bu da depressiya yaşamağa səbəbdir.Şəhərdən kəndə,kənddən şəhərə köçmək,iş yerini dəyişdirmək insanları depressiya vəziyyətinə salır.

Depressiya-həyəcan,yüksək halsızlıq,özgüvənin enməsi,gərəksizlik hissi,iştahanın azalması,yuxusuzluq,psixomotor tormozlanma və ya həyəcan,somatik göstəricilərlə,əhval-ruhiyyənin kəskin dəyişməsi ilə səciyyələnən psixi pozuntudur.Depressiya diaqnozu XBT-10(xəstəliklərin beynəlxalq təsnifatı 10-cu buraxılış)diaqnostik kriterilərinə əsasən müəyyənləşdirir.

Əlamətlər iki həftədən az olmamaq şərti ilə müşahidə olunmalıdır.Simptomlar psixoaktiv maddələrin qəbulu və ya psixi xəstəliklərlə əlaqəli olmamalıdır.

Depressiya daha çox psixi pozuntunun Bio-Psixo-Sosial modelinə uyğun gəlir.

1.Bioloji-bioloji faktor mühum rol oynayır.İrsi xarakter daşıyan depressiyaya meyllilik,bəzi somatik xəstəlikər,alkoqol və narkotik maddələrin qəbulu,bəzi dərman maddələri bioloji faktora təsir edir.Bəzi xəstəliklər zamanı depressiya müşahidə olunur.

Ürək nahiyəsində olan ağrılar zamanı xəstələrdə daimi gərginlik,həyəcan,depressiya müşahidə olunur.Xəstələr həmişə ürəklərinin dayanacaqından,infarkt keçirəcəklərindən qorxurlar. Və depressiya yaşayırlar.

Onkoloji problemləri ilk dəfə aşkar olunan pasiyentlərdə ən çox müşahidə olunan vəziyyət həyəcan və depressiyadır.

Xəstələrdə ilk dövrlərdə suisidal fikir və cəhdlərin olmasını yadda saxlamaq lazımdır.

Ağciyər vərəmi-Ümumi astenik vəziyyət,depressiya və əhval ruhiyyənin kəskin enməsi  qeyd olunur.

QİÇS-Bu xəstələrdə həddən artıq güclü emoional pozuntular,həyəcan və depressiv pozuntu əlamətləri ozünü göstərir.

ÜSTnin(2002) rəsmi statistikasına əsasən ölkəmizdə depressiya, ürəkdamarxəstəliklərindən (13%) və aşağı tənəffüs yollarınıninfeksiyasından (11%) sonra əlilliyə görə təshih edilmiş ömür illəri(DALY) göstəricisi üzrə üçüncü yerdə durur.

2.Psixoloji-hər problemin kökü uşaqlıqda axtarılmalıdır.Uşaqlıqda yaşanan psixotravmalara ,ailə və şəxsiyyətlərarası problemlərə,itki,ağır xəstəliklə bağlı həyəcan hissinə və tənhalığa daha mühüm əhəmiyyət verir.Xəstəliklər zamanı yaşanan depressiya həm bioloji.həm də psixoloji amilin təsirindən yaranır.

Frustrasiya zamanı insanın narazılıq və ya təmin olunmamaq səviyyəsi onun dözüm səviyyəsindən üstün olur.Yəni insan bir məqsədə çata bilməyəndə  həyat eşqinin puç olduğunu düşünür,kəskin ruh düşkünlüyü baş verir,dərin psixi sarsıntılar yaşayır,o vəziyyətdən çıxa bilmir.Bu zaman özünə qapılaraq dərin depressiya yaşayır. Bu da insanın xarakterinə.davranışına böyük təsir göstərir.

3.Sosioloji-bu faktorun özünəməxsus təsiri var.Ən xırda detal və ya qlobal hadisə insan psixkasına təsir edir.Müharibə daxil olmaqla ,arzuolunmaz sosial dəyişiklik,qəza,böhran,yoxsulluq.işsizlik,intihar halları,cinəyətkarlıq və sosial müdafiəsizlik aiddir.Cəmiyyətdəki insanlar zəncirvari bir-birinə bağlıdır.Buna misal olaraq:

Macarıstanın paytaxtı Budapeşt XX əsrin 30-cu illərində intihar epidemiyasıyla qarşı-qarşıya qalmışdı. Şəhərdə intiharların sayı dəhşətli dərəcədə artmışdı. Bəziləri intiharlara səbəb kimi həmin dövrdə məşhur olan “Gloomy Sunday” – “Kədərli bazar günü” mahnısını göstərirdi. İşin daha qəribə tərəfi isə intiharların qarşısını almaq üçün şəhərdə “Təbəssüm klubu”nun yaradılması idi.

1937-ci ildə “The Sunday Times Perth” qəzeti Budapeştdə baş verən intihar hadisələrinə dair bunları yazmışdı: “Dünyada turizm mərkəzi kimi tanınan Budapeşt, bir neçə ildir “İntiharlar şəhəri” kimi tanınır. İntiharların artmasına “Kədərli bazar günü” adlı mahnının səbəb olduğu təxmin edilir. İntihar edənlərin əksəriyyəti boğulma üsulunu seçirlər. Buna görə Dunay çayı boyu intihar cəhdlərinin qarşısını almaq üçün keşikçilər gəzir”.

Gülümsəməyi öyrədən klub

İntiharlara qarşı çıxış yolu olaraq “Təbəssüm klubu” adlı qurumların yaradılması, əslində, vəziyyətin kritik həddə çatdığını göstərir. “The Sunday Times Perth” qəzeti Budapeştdə “daha yaxşı gülümsəməyi öyrədən” klub qurulduğunu yazırdı. Klubun üzvləri professor Jeno və hipnoz üzərində işlər görən Binço insanlara müxtəlif və qəribə üsullarla gülümsəməyi öyrədirdi. Gülümsəməyin müxtəlif növləri var idi: Ruzvelt gülümsəməsi, Mona Liza gülümsəməsi, Klark Qeybl, Dik Pauel, Loretta Yanq gülümsəməsi və s. Klub sima olaraq əsasən, məşhur şəxslər seçirdi. Qəzet yazırdı ki, klubun məqsədi, Budapeşti “təbəssümlər şəhəri” kimi tanıtmaqdır.

“Təbəssüm Klubu”nun qəribə üsulları var idi. Klub üzvləri maska taxıb küçə-küçə gəzir, insanları gülümsəməyə dəvət edirdi. Şəkillər vasitəsilə insanlara necə güləcəklərini göstərirdilər. Bu, insanların intihar dalğası qarşısında necə acizolduqlarının əyani sübutu idi.

 Mahnı qadağan edilmişdi

“Macar intihar mahnısı” kimi də tanınan “Kədərli bazar günü” mahnısı  1933-cü ildə macar bəstəkar Reje Şereş tərəfindən bəstələnib. Sözləri macar şair Laslo Yavora məxsus idi. Şereş mahnını keçmiş sevgilisinə ithaf etmişdi. Ancaq Birinci Dünya müharibəsinin ağrı-acılarını hələ də üzərində daşıyan avropalılar mahnını çox tez mənimsəyirlər. Depressiv mahnı, onsuz da depressiyada olan insanları intihara sürükləyir. Həqiqətən, mahnının sözləri də, musiqisi də çox depressivdir. Reje Şereş özü də 69 yaşında özünü pəncərədən ataraq intihara cəhd edir. Lakin sağ qalır və xəstəxanaya yerləşdirilir. Daha sonra o, xəstəxanada özünü asaraq intihar edir.

“Kədərli bazar günü” mahnısını bir çox musiqiçilər ifa edir. Ancaq 1941-ci ildə Billi Holidey tərəfindən ifa edildikdən sonra bu mahnı  daha da məşhurlaşır. Bir çox radiolarda mahnının səsləndirilməsi qadağan edilir. Səbəb kimi mahnının intihara sövq etməsi göstərilir.

Oxşar hadisə Türkiyədə də baş verib. 1999-cu ildə türk müğənni Murad Kekilli “Bu akşam ölürüm” mahnısını oxuduqdan sonra ölkədə intihar hadisələrinin artdığına dair iddialar var. Musiqiçi həmin söz-söhbətlərdən sonra bir müddət inzivaya çəkilib.

Bir mahnının təsirindən insanların intihara əl atması açıq bir şəkildə özünü təsdiqlayir.Nəinki mahnı hətta bədii əsər də intihar istiqamətində insanları sürüyə bilər.

“Verter effekti”

Bu fenomenə psixologiyada “Verter effekti” deyilir. Alman yazıçı İohan fon Göte 1774-cü ildə məktublar formasında yazdığı “Gənc Verterin iztirabları” adlı romanı çap olunur. Əsər gənc Verterin Şarlotta adlı qadına qarşı platonik məhəbbətindən bəhs edir. Əsərin sonunda Verter intihar edir. “Gənc Verterin iztirabları” həmin dövrün ən çox oxunan əsərinə çevrilir. 1787-ci ildə ikinci dəfə nəşr edilir. Romanın təsiri ilə Almaniyada və Avropada intiharların sayı kəskin çoxalır. Buna görə bir çox ölkədə kitabın satışı və nəşri qadağan edilir. Əsərin verdiyi bu effektə sonralar “Verter effekti” adı verilib.

Depressiya ən geniş yayılmış aktual psixi pozuntudur ki,daha da artmaqla inkişaf edir.Kişilərdə təsadüfi olunması 2,5 %-10 %,qadınlarda 5 %-20 %.Bu da göstərir ki,qadınlar kişilərə nisbətən daha emosional,həssasdırlar.Bəzən insanlar depressiyadayam deyib,özlərinio əhval-ruhiyyəyə kökləyirlər.Müəyyən məqsədə çatmaq üçün.Şəxsiyyət tiplərinə görə dəyisir.

Biz bəzən uşaqlarda olan əhval düşkünlüyünü,iştahsızlığı,həvəssiz olmağı çox da nəzərə almırıq,düşünmürük uşaqlar da depressiya yaşaya bilərlər.Uşağın nə dərdi,nə problemi ola bilər ki?Amma yanılırıq.Bəli uşaqlarda 2 %,yeniyetmələrdə 4 %-8 % təşkil edir.

Uşaq və yeniyetmələr ilə işləyən həkimlər bu yaş dövründə depressiyanın əlamətlərini müəyyənləşdirməyi bacarmalıdırlar. Bu əlamətlərə aiddir:

tez-tez baş verən, davamlı kədər hissi və ağlağanlıq;

 adətən bu yaş dövrü üçün xas olan təhsilə və ya məktəbdən kənar fəaliyyətə marağın azalması;

 sosial təcrid və ya ünsiyyət çatışmazlığı;

 yüksək əsəbilik, qəzəb və düşmənçilik hissi;

 tez-tez baş verən somatik şikayətlər;

 özünə zərər vermə aktları və intihar haqqında söhbətlər.

Uşaqlarda və yeniyetmələrdə depressiyanın inkişafı adətən bu yaş dövrü üçün səciyyəvi olan psixososial faktorlarla – valideynlər arasında münaqişə (o cümlədən boşanma), müəllim və həmyaşıdlarla yaşanan problemlər (o cümlədən məktəbdə olan rişxənd halları), fiziki, seksual və ya emosional zorakılıq, yaxın adamın vəfatı, digər məktəbə keçirilmə, somatik psixi pozuntular ilə əlaqədar olur. Həkimlər uşaq və yeniyetmələrdə olan depressiyanı müşayiət edən bütün halları dəqiqliklə təhlil etməlidirlər.

Qadınlar ana olmaq arzusu ilə yaşayırlr bəzən amma ən çox reallaşmasını istədikləri arzu onları depressiya halına gətirib çıxardır. Hamiləlik və doğuş

 1. Depressiv pozuntular hamiləlik və doğuş zamanı geniş yayılan pozuntulardandır. 50%-ə qədər qadın bu dövrdə subklinik depressiya yaşayır. Klinik ifadəli depressiv epizodlar 30% qadınlarda qeydə alınır. 1000 doğuşun 2-də psixotik epizodlar müşahidə olunur . Həkimlər hamiləlik və doğuşdan sonrakı dövrdə qadınlarda depressiyanın inkişafı ehtimalına hazır olmalıdırlar. Aşkarlanmamış və müalicə olunmamış depressiya yalnız anaya deyil, onun körpəsinə, həmçinin vaxtından əvvəl baş verən doğuşa, körpənin kifayət qədər olmayan çəkisinə və körpəyə qulluq problemlərinə mənfi təsir göstərə bilər .

2. Hamiləlik və doğuş təkrari depressiya epizodlarına səbəb ola bilər. Depressiyaya görə dəstəkləyici terapiya alan, hamiləliyi planlaşdıran və ya artıq hamilə olan qadınlara müalicəni dayandırmağı tövsiyə etmək lazım deyil. Belə ki, depressiyanın təkrarən kəskinləşməsi təhlükəsi 70%-dir.

   Depressiyanın əsas əlamətləri:

Pasiyent üçün qeyri-normal hesab edilən səviyyəyədək uzun müddət əhvalın enməsi

 Adətən pasiyent üçün xoş olan məşğuliyyətə aydın formada marağın və alınan zövqün azalması

 Demək olar ki, hər gün müşahidə edilən yorulma və güc tükənməsi. 

Depressiyanın əlavə əlamətləri:

Özünəinamın və özünüqiymətləndirmə hissinin enməsi

 Səbəbsiz özünütənqid və ya qeyri-adekvat günahkarlıq hissi

 Təkrarlanan ölüm və ya özünəqəsd fikirləri və ya intihar davranışı

 Düşünmə və fikir cəmləmə qabiliyyətinin azalması

Tormozlanma və ya həyəcanla müşayiət olunan psixomotor fəallığın pozulması (subyektiv və ya obyektiv)

 İstənilən növ yuxu pozuntusu (yuxusuzluq və ya yuxuculluqsüstlük)

 Çəki dəyişkənliyi ilə müşayiət olunan iştahanın dəyişməsi (artması və ya azalması)

Əlbəttə biz depressiyadan əziyyət cəkən insanlara eyni cür yanaşa bilmərik.Cünki,ağırlıq dərəcəsinə görə dəyişir.

Yüngül depressiya epizodu (F32.0) – əsas əlamətlərdən ən azı 2-si və əlavə əlamətlər müşahidə olunur (ümumi sayda 4-dən az olmayaraq)

Orta dərəcəli depressiya epizodu (F32.1) – əsas əlamətlərdən ən azı 2-si və əlavə əlamətlər müşahidə olunur (ümumi sayda 6-dan az olmayaraq)

Psixotik əlamətlərsiz ağır depressiya epizodu (F32.2) – əsas əlamətlərin hər üçü və əlavə əlamətlər müşahidə olunur (ümumi sayda 8-dən az olmayaraq)

Psixotik əlamətlərlə ağır depressiya epizodu (F32.3) sayıqlama, qarabasma və ya depressiv stupor zamanı diaqnozlaşdırılmalıdır. Bu halda özünügünahlandırma sayıqlamaları, ipoxondrik, nihilistik və persikutor məzmunlu münasibət daha xarakterik mövzulardandır.

l  Depressiya müalicəsi olan və yenidən təkrarlana bilən bir xəstəlikdir.Yüngül-Müşahidə, psiximaarifləndirmə,məsləhətləşmə

l  Orta ifadəli-Psiximaarifləndirmə,məsləhət vermə,farmakoterapiyavə/və yapsixoterapiya

l  İfadə olunmuşFarmakoterapiya,psixoterapiyavə/və ya mütəxəssisin cəlb edilməsi və ya ixtisaslaşdırılmış müəssisəyə göndəriş

l  Ağır-İxtisaslaşdırılmış müəssisəyə göndəriş

l  Depressiya zamanı ilkin seçilən preparatlara serotoninin intraneyronal udulmasının seçici inhibitoru (SİUSİ) və serotoninin və noradrenalinin intraneyronal udulmasının seçici inhibitoru (SNİUSİ) aiddir

l  İkinci seçim preparatlarına trisiklik antidepressantlar (TSA),qarışıq təsirli antidepressantlar (QTA) və monoaminoksidazanın dönən inhibitorları (MAO Dİ) aiddir

l  İnterpersonal psixoterapiya

l  Koqnitiv-Davranış Terapiyası

l  Psixi maarifləndirmə və məlumatlandırma 

Ümumiyyətlə depressiya yaşayan insan çox nadir hallarda özü o vəzyyətdən çıxa bilər.Əksər hallarda yaxın insanların köməyi,psixoloq və psiaxtra müraciət etməklə bu problemi həll edə bilərlər.

Mənim fikrimə görə nə qədər insan varsa bir o qədər də depressiyaya düşmə səbəbi ola bilər.Əsas odu həyatımızın idarə olunması öz əlimizdə olsun.Hər bir cətin situasiyada sadecə problemə daxildən yox,biraz uzaqlaşaraq baxmaq lazımdır.Onda asanlıqla çıxış yolunu görəcəyik.Həyatımızı depressiyaya qurban verməyək.Belə halla qarşılaşdıqda mütəxəssislərə müraciət edək.Əks halda maraqlı,sevinc dolu yaşaya biləcəyimiz ayları,illəri qurban vermiş olarıq.

Aydan İbrahimova

 Xəzər Universitetinin, Humanitar-Sosial Elmlər fakültəsinin, Psixologiya ixtisasının III kurs tələbəsi

 

 

Share to Odnoklassniki