1.Halo təsiri - Məşhur psixoloqun 1920-ci ildə öz məqaləsində istifadə etdiyi termindir. Bu təsirə görə insanların, başqalarının xarici görünüşünə əsasən onun haqqında müsbət-mənfi, çalışqan-tənbəl fərqliliyi qoyulur. Məsələn, bir nəfər gözəl, sarışın bir xanım görür. Bu zaman halo təsiri prosesə qatılır. Bu şəxsi kifayət qədər tanımasanız belə, onu daha mərhəmətli və zəkalı olaraq görməyə başlayırsınız.
Bir qrup insanın, bzi şeirləri qiymətləndirilməsi istənilir. Və şeirlərlə yanaşı şeir sahiblərinin şəkilləri olur. Qrupun demək olar ki, hamısı gözəl insanların olduğu kağızları daha yüksək qiymətləndirir. Maraqlı olan isə bütük şeirlər etni şəxs tərəfindən yazılmış olmasıdır. Yəni rəsmlər sadəcə yanıltmaq üçündür.
2.Dunning-Kruger təsiri – Bu sindrom 1999-cu ildə Dunning və Kruger adlı iki psixoloq tərəfindən kəşf olunur. Bir insanın hər hansı sahədə bacarıqsız olduğu halda o insan, digərlərinə görə özünü daha üstün görür. “Cahil cəsarəti” fikri bu vəziyyəti çox yaxşı xülasə edir. Bir insan bir mövzuda bacarıqsızdırsa:
- Bacarıqsız olduğu mövzuda özünü, başqa insanlara nisbətdə daha üstün förür
- Digər insanların real olan bacarıq və potensiallarını görə bilmir
- Öz bacarıqsızlığının fərqinə varmır
- Yalnız bu şəxs olduğu sahədə təhsil alarsa daha əvvəlki bacarıqsızlığını qəbul edir
Aparılan təcrübələrin nəticəsində isə həqiqətən bacarıqlı olan şəxslər, öz bacarıqlarını daha təsirsiz dəyərləndirir. Bu prosesi uzun müddət əvvəl yaşamış iki ustad daha yaxşı ifadə edir:
“Cəhalət, ümumilikdə məlumat sahibi olmaqdan çox özgüvənə səbəb olur”. Charkes Darwin
“Dünyanın problemi, ağıllılar həmişə şübhə içərisində, axmaqların isə özlərindən əmin olmalarıdır”. Bertrand Russell
İki elm adamı “yetkin olmayan insanlar; seçimləri ilə birlikdə vardıqları yanlış nəticələri anlayacaq dərəcədə deyildir” fikrini müdafiə ediblər.
3.Ad-hərf təsiri - Bu test gizli özgüvəni və eqoizmi ölçmək üçün tərtib edilib. İnsanların bəzi kəlmələri seçməsi istənildikdə çoxunun öz adlarındakı hərflər olan kəlmələri seçdiyi müşahidə olunub. Eyni hadisə insanların hərf seçməsi istənildikdə də görünüb. Maraqlı olan hissə isə bu təcrübədə kiçik bir qrup “iş, yoldaş, şəhər” seçimlərində belə adm hərf təsirini diqqətə almışdır.
4.Ringelmann təsiri - Aparılan araşdırmaya əsasən bir qrupda insan sayı artdıqca fərdi məhsuldarlıq aşağı düşür. 1913-cü ildə bir fransız mühəndis tərəfindən kəşf olunur. Çoxluq olan bir sinifdə bir tələbənin qışqırdığını düşünün. Bir də 5-6 tələbə olan sinifdə… Müəllim hansında səs çıxaran insanı daha rahat müəyyən edə bilər? Təbii ki az insanın olduğu sinifdə… Yəni say artdıqca insan özünü daha rahat hiss edər, məsuliyyətdən qaça bilər. Bunu fərdi hazırlıqdakı tələbələrin uğur göstəricisnin yüksək olmasından anlaya bilərik.
5.Yanvar təsiri - Birjada ən müsbət geri dönüşlərin Yanvar ayında olduğunu bilirdiniz? Ölkə xaricində olunan köçürmələr yanvar ayında kəskin şəkildə artır.
Nərmin Quliyeva
Xəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi