İnsanlar gəzərkən niyə dairəvi fiqurlar çəkərlər?

abstract_hd_wallpaper_33_wallpapersuggest_com-1280x800

Bir çox tragediya filmində rastlaşdığımız səhnə belədir: Qəhrəmanlar saatlarla qorxulu bir meşədə yolunu azmış vəziyyətdə gedir və anidən görürlər ki, yenidən başladıqları yerə gəliblər!

İnsanların dairəvi fiqurlar çəkərək yol getdikləri əslində reallıqdır. Həmçinin, bir çox maraqlı tədqiqat vasitəsilə də dəstəklənən bir faktdır.

Max Planck İnstitutundan Jan Soumanın və komandasının 2009-cu ildə apardıqları tədqiqata əsasən insanlar yol gedərkən dairəvi fiqurlar çəkir, Səhraya və ya Almaniyada meşəyə buraxılan və yerləri naviqator vasitəsilə təqib olunan iştirakçıların gecələr saatlarla dairəvi fiqurlar çəkərək hərkət etmələri dəqiqləşdirilmişdir. Lakin bu tədqiqatda, həmin davranışın səbəbləri axtarılsa da bütün səbəblər ortaya çıxmamışdır. Souman və komandası, bu mövzuda keçmişdən gələn nəzəriyyələrə əsaslanmayıblar. Məsələn: insanların bir ayağının digərinə görə daha güclü və ya uzun olduğu fikrinə bağlı nəzəriyyənin keçərli olmadğı nəticəsinə gəliblər. Çünki, bu nəzəriyyənin doğru olduğu qəbul olunsa, iştirakçıların həmişə eyni istiqamətə doğru yönəlmələri lazım gələr, lakin iştirakçıların dairəvi fiqurlarla hərəkət etməsi fərqli istiqamətlərə gedərək bu dairələri çəkdiklərini təsbit ediblər.

Lakin yeni aparılan bir araşdırmaya dah cəsur bir yanaşma gətirilib. Fransada aparılan bu tədqiqatda, elm adamları bu dəfə artıq bu davranışın sirli səbəbibinin mənbəyinə enməyə niyyət edib.

Tədqiqatçı Emma Bestavenin başçılıq etdiyi bu maraqlı komanda, Bordeaux qəsəbəsində 90 metrdən 150 metr məsafəsində olan qapalı, boş sahəni kirayə götürüb və tədqiqata qatılan şəxslərin gözlərini bağlayaraq bu boş salonda hərəkət etməsini təmin edib. Burada məqsəd, iştirakçıların hərəkət edərkən kənar səslər və ya yerdəki hər hansı çökək və alçaq sahələr kimi ünsürlərdən təsirlənmərinin qarşını almaq olub. Bu komandanın istifadə etdiyi digər neoloji üsullar da təbii ki mövcuddur. Məsələn: iştirakçılar hərəkət edərkən onların ayaqlarındakı əzələ fəaliyyətlərini ölçmək üçün EMG (elektromioqrafiya) istifadə ediblər, onların güc platformaları üzərinə çıxaraq, ayaq üstə dayanarkən balanslarını ayaqlarına necə payladıqlarını əvvəlcədən ölçmüş və tədqiqata qatılanların subyektiv “dik durma” qavrayışlarını prosesdən öncə qeyd ediblər.

Düz xətt üzərində gəzmələri istənilən 6 təcrübə nəticəsində, gözü bağlı 15 iştirakçı, əvvəlki təcrübələrdə də göründüyü kimi, davamlı iki istiqamətdən birinə yönəliblər, yəni düz hərəkət edə bilməyiblər. Hərəkətdə olanların yarısı sola, 39%-i isə sağ tərəfə doğru yönəlmə edərkən, qalan kiçik kütlə düz hərəkət etməyi bacarıb.

Bu 15 şəxsdən 6-ı təcrübələrin hamısında eyni istiqamətə yönəlib, digərləri isə hər dəfə müxtəlif tərəflərə istiqamətlənib. Yoxlama sayı artdıqca iştirakçıların daha düz hərəkət edə bildiklərinə dair bir tapıntıya rastlanılmayıb, lakin daha sürətli hərəkətin daha düz yerimə ilə bağlı olduğu müşahidə edilib.

Tədqiqatda, insanların bilmədən yönəldiklərin tərəfin əllərinin, gözlərinin və ya ayaqlarının daha çox və ya davamlı istifadəsi ilə əlaqəsinin olmadığı aşkara çıxarılmışdır. Qeyd olunan əzələ fəaliyyətlərinə bağlı məhsullardan da nəticə əldə olunmamışdır.

Bütün bunlara baxmayaraq, tədqiqatçılar nəticədə müəyyən tapıntılar əldə ediblər. Hərəkət etmədən öncə güc platforması üzərində dayanarkən hər bir iştirakçının ölçülən “təzyiq mərkəzi”nin (yəni, o şəxsin ayaq üstə olarkən duruşunu müəyyənləşdirən vasitənin) üzərində hərəkət etməyə çalışdığı düz xəttədən nə qədər yönəldiyi ilə müəyyən ölçüdə korellyasiya göstərdiyi müəyyən olunmuşdur. Bu “təzyiq mərkəzi” eyni zamanda iş başlanğıcında ölçülən iştirakçıların subyektiv “dik durma” qavrayışları ilə birbaşa əlaqəlidir.

Bu tapıntılar birlikdə dəyərləndirildikdə, tədqiqat komandası dairələr çəkərək hərəkət etmə fəaliyyətimizin müəyyən bir formada vestibulyar sistemdəki bəzi nizamsızlıqlarla əlaqəli olduğu nəticəsinə varıblar. Daxili qulaqda yerləşən bu sistem, ümumi olaraq insanın balansını qorumasında təsirli və bu sistemdəki kiçik pozuntular beynimizdəki “tam düz getmə” fikrini yönləndirir ola bilər ki, bu da həəkət edərkən dairə çəkməyimizə səbəb olur.

 Nərmin Quliyeva

Xəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi

 

Share to Odnoklassniki