Dəyərli izləyicilərimiz, mərkəzimizin mütəxəssisi, psixoloq Lalə Əhmədova Qafqaz tv – yə “Smartfon telefonların insan orqanizminə zərərli təsirləri” mövzusunda müsahibə verib.
O, müsahibəsində bildirib ki, smartfondan gələn radiasiya xərçəng xəstəliyi ilə təhdid edə bilər, buna görə də cihazı uzun müddət başınızın yanında saxlamayın. Onun sözlərinə görə, telefonun orqanizmə təsiri mobil rabitənin baza stansiyasından olan məsafəyə mütənasib olaraq artır – yəni smartfonla daha az vaxt keçirmək lazımdır.