Payızın gəlişi ilə bir çoxları heç bir səbəb olmadan gərginlik, kədər, apatiya, əzginlik hiss edir. Bu cur əhval-ruhiyyə dəyişikliyi mövsümi depressiyanın bir növü olan “Payız depressiyası”na çəvrilə bilər.
- Home
- Xəbərlər
- Payızın gəlişi ilə bir çoxları heç bir səbəb olmadan gərginlik, kədər, apatiya, əzginlik hiss edir. Bu cur əhval-ruhiyyə dəyişikliyi mövsümi depressiyanın bir növü olan “Payız depressiyası”na çəvrilə bilər.
Ümümdünya səhiyyəsi Təşkilatının məlumatına görə hər 5 nəfərdən biri payız depresdiyadan əziyyət çəkir.
Simptomları:
darıxma hissi
həddindən artıq yuxululuq, yorğunluq
günahkarlıq hissi
yuksək emosionallıq
qorxu iştahın artması, çəkinin qalxması və s.
Mövsümi depressiya və ya payız depessiyası diaqnozu ardıcıl iki dəfə meydana gəlməli və hər il eyni vaxtda rastlanmalı, ilin qalan hissəsi isə simptomların azalması ilə xaraktərizə olunur.
❓Niyə yaranır?
Bizim əhval-ruhiyyəyə təsir edən neyrotrandmitter serotoninin metabolizmasının pozulması ilə əlaqədardır. Elmi araşdırmalar göstərir ki, payız və qışda beyindəki serotonin miqdarı yazdan xeyli aşağıdır. Melatonin hormonuda rol oynayır, hansı ki, ifrazı işıq miqdarından asıllıdır və sutka ritmlərinin tənzimləyicisidir. Payız və qışda günlər çox qısa olduğuna görədə bir çox insan depressiya əlamətlərini yaşamağa başlayır.
Payız depressiyadan necə qorunmaq olar?
✅ İşıq. Payızda günlərin qısalmasıyla bağlı
kifayət qədər işıq olmadığı üçün günəşin son isti şualarından zövq almaq üçün hər fürsətdən istifadə edilməlidir. Ən azı həftəsonları və nahar vaxtı gəzintiyə çıxmaq vacibdir. Axşam və səhərlər suni işıqlardırmadan istifadə etmək, zəif işıqda işləməkdən çəkinmək.
✅Qida. Qida rasionumuzda daha çox mövsümi meyvə və tərəvəzlərə üstünlük vərmək. Məsələn: banan, sitrus məyvə, zulalla zəngin qidalar qəbul etmək.
✅Fiziki məşqələlər: yüngül qaçış, yuruş, üzgüçülük.
✅Yuxu və istirahətimizə diqqət etmək.
✅Zərərli vərdişlər və neqativdən uzaq durmaq. Alkoqol və kofein istifadəsini azaltmaq.
✅Hobbilərimizə xüsusi vaxt ayırmaq.
Davamı Psixoloji Xidmət və Reabilitasiya mərkəzi Facebook səhifəsində