“Yox” deyə bilmək həyatımızın idarəsinin bizim əlimizdə olması demək

  • Home
  • Xəbərlər
  • “Yox” deyə bilmək həyatımızın idarəsinin bizim əlimizdə olması demək

WhatsApp Image 2021-12-07 at 00.41.03 (1)“Hə” və “yox” ifadələrinin beynin hansı hissələrini aktivləşdirdiyini araşdıran elm adamları, empatik bir tonla söylənən bu iki sözün (“hə” və “yox”) beynin müxtəlif hissələrini stimullaşdırdığını müəyyən ediblər. Belə ki, “yox” demək, iradə gücünü hərəkətə keçirən koqnitiv geridönüş mexanizmini işə salaraq sağ frontal lobu aktivləşdirir. Bunun əksinə olaraq “hə” cavabı isə cəsarət və mükafat mexanizmini işə salan sol frontal lobu aktivləşdirir. “Hə” beynin mükafat mərkəzini, “yox” cəza mərkəzini fəallaşdırır. “Yox” sözü, aqressiyanı idarə etməyi, duyğuların tənzimlənməyi və davranış dəyişikliyinə məcbur edir, “hə” demək isə mövcud sakitliyi qoruyur. Buna görə daha rahat “hə” deyirik.
“Yox” demək nədən bu qədər çətindir? Bunun bir psixoloji açıqlaması da vardır. Çünki bunun altında başqa duyğular, düşüncələr, səbəblər yatır. Məsələn:
Rədd edilmə qorxusu,
Eqoist kimi görsənmək narahatlığı,
Münasibətlər pozular qorxusu,
Hər kəslə yaxşı olmaq istəyi,
Bizə də “yox” deyilməsin,
“Yox” deməyi öyrənmədiyimiz üçün və s.
Hər kəsə daha çox önəm verib, onlara “hə” dediyimiz zaman özümüzə “yox” deyirik. Yəni özümüzü ikinci plana atırıq, həyatın tarazlığını pozuruq və bir müddətdən sonra insan özünü enerjisi tükənmiş və yorğun hiss edir.
İlk öncə, “yox” deməyin hər zaman, yalnız neqativ məna daşımadığını vurğulamaq önəmlidir. Bu davranışı pis davranış kimi qəbul etmək əvəzinə, “hə” kimi zaman-zaman lazım ola biləcəyini də unutmaq olmaz.
Ünsiyyət əsnasında avtomatik bir cavab vermədən əvvəl dayanıb nəfəs alaraq, həqiqətən nə istədiyimizi bilmək üçün özümüzə düşünmək imkanı verə bilərik.
“Yox”un daşıdığı mənanı başqa ifadələrlə, amma eyni anlamda ifadə edə bilərik. Bunun üçün çünki, amma, ancaq, lakin sözləri bizə çox yardımçı ola bilər. Məsələn, “Yaxşı bir təklif, amma indi etmək istərdim.” və ya “Səni başa düşürəm. Əslində, normalda mən də….. edərdim, lakin indi… maraqlanmağım daha vacibdir.”

Davamı Psixoloji Xidmət və Reabilitasiya mərkəzi Facebook səhifəsində

Share to Odnoklassniki