Blog Archives

NLP Praktik Sertifikat Təlimi

56883496_428981367869369_93282811313651712_n

07.04.2019-cu il tarixdə Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Nəzəri və Eksperimental Psixologiya şöbəsinin müdiri, ADPU-nun Ümumi Psixologiya kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru, NLP Təlimçisi Məhərrəm Əliyevin təqdimatında NLP Praktik Sertifikat Təlimi uğurla başa çatdı.Təlimi bitirən hər bir iştirakçıya BEYNƏLXALQ SERTİFİKAT təqdim olundu. 

Tələbə təcrübə proqramı – Bakı Qızlar Universiteti

56520128_428521644582008_7237518500808359936_n

Bu gün, 08.04.2019-cu il tarixində Bakı Qızlar Universitetinin Sosial Pedaqoji fakültəsinin Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə təhsil alan IV kurs tələbələri ilə institutumuzda görüş keçirildi. Tələbələr təcrübə proqramı əsasında qarşıdakı 08.04.2019 – 24.05.2019 tarixlərində Psixologiya Elmi-Tədqiqat İnstitutunda təcrübə keçəcəklər.Baş tutan görüşdə institutun rəhbəri Elnur Rüstəmov tələbələr qarşısında çıxış edərək Psixologiya Elmi -Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən… Ətraflı

SAĞLAMLIQ PSİXOLOGİYASI KONFRANSI

56726507_427937201307119_6414288139065491456_n

07.04.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Ümumdünya Sağlamlıq Gününə həsr olunmuş SAĞLAMLIQ PSİXOLOGİYASI KONFRANSI keçirildi.Qeyd edək ki, 1948-ci ildə birinci Ümumdünya Səhiyyə Assambleyası Ümumdünya Səhiyyə Təşkilatının yaradılmasını qeyd etmək üçün Ümumdünya Sağlamlıq Gününün təsis edilməsi təşəbbüsü ilə çıxış etdi. 1950-ci ildən başlayaraq hər il 7 Aprel tarixində Ümumdünya Sağlamlıq Günü qeyd edilir. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən… Ətraflı

“Abituriyentlərin imtahana psixoloji hazırlığı”

56795645_426865381414301_4564729424448061440_n

05.04.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri Elnur Rüstəmovun təqdimatında “Abituriyentlərin imtahana psixoloji hazırlığı” adlı ÖDƏNİŞSİZ təlim keçirildi. Abituriyentlər, müəllimlər, valideynlər və psixoloqların iştirakı ilə keçən təlimdə Elnur Rüstəmovqəbul imtahanına psixoloji hazırlıq, imtahan stressinin idarə olunması, özünə inam, hədəfə yönəlmə, müvvəffəqiyyətə köklənmə, motivasiya və s. mövzular üzrə məruzə etdi, həmçinin təlim iştirakçılarının suallarını cavablandırdı. 

“PSİXOLOJİ XİDMƏT VƏ PSİXOTERAPEVTİK FƏALİYYƏTƏ GİRİŞİN ƏSASLARI” təlimi

55908416_426833784750794_4927653924736860160_o

Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzi, təlim-tədris mahiyyəti daşıyan, ierarxik texnologiyaya əsaslanan İnkişafetdirici və İstiqamətləndirici Təlim Layihəsini təqdim edir. Biz sizi Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloq-psixoterapevti, Bakı Dövlət Universitetinin psixologiya müəllimi Şükran Dədəyevin təqdimatında 3 hissədən və 15 xüsusi istiqamətdən ibarət, tam fərqli konsepsiyalı “PSİXOLOJİ XİDMƏT VƏ PSİXOTERAPEVTİK FƏALİYYƏTƏ… Ətraflı

Qazaxıstanın Turan-Astana Universitetinin Pedaqogika və Psixologiya fakültəsinin tələbələriylə görüş

56589753_426594391441400_3179998007911251968_n

04.04.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Qazaxıstanın Turan-Astana Universitetinin Pedaqogika və Psixologiya fakültəsində magistr pilləsi üzrə təhsil alan tələbələrilə görüş keçirildi. Qeyd edək ki, Azərbaycanda səfərdə olan tələbələr Qlobal Karyera İnstitutunun dəstəyilə Azərbaycanın bir sıra institutlarını gəzmiş, bu gün isə Psixologiya Elmi-Tədqiqat İnstitutunun qonağı olmuşlar. Baş tutan görüşdə Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri Elnur Rüstəmov, institutun nəzdində… Ətraflı

Könüllü Fəaliyyət Proqramı – ilk görüş

55719244_424815144952658_1755856005826084864_n

30.03.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun təşkil etdiyi Könüllü Fəaliyyət Proqramına müsahibə əsasında qəbul olanlarla ilk görüşümüz baş tutdu. Görüşdə Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri Elnur Rüstəmov, institutun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru Nərmin Quliyeva, Marketinq şöbəsinin müdiri Şahin Şərifov və həmin şöbənin digər əməkdaşları iştirak etmişlər. Elnur Rüstəmov çıxış edərək institutun nəzdində fəaliyyət… Ətraflı

HƏYƏCANIN İDARƏ OLUNMA TEXNİKALARI” təlimi

55826999_424713171629522_8459018091827822592_n

31.03.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu, “Gənc Tədqiqatçılar” komandasının rəhbəri Fuad Əsədovun təqdimatında “HƏYƏCANIN İDARƏ OLUNMA TEXNİKALARI” adlı praktik təlim baş tutdu. Həyəcan pozuntusunun yaranma səbəbləri, digər problemlərə keçid etməsi və həyəcanın aradan qaldırılma texnikalarından bəhs edən təlim, iştirakçıların da aktiv iştirakı ilə, praktik çalışmalar, sual-cavab,… Ətraflı