Tələbə təcrübə proqramı – Bakı Qızlar Universiteti

  • Home
  • Xəbərlər
  • Tələbə təcrübə proqramı – Bakı Qızlar Universiteti
56520128_428521644582008_7237518500808359936_n

Bu gün, 08.04.2019-cu il tarixində Bakı Qızlar Universitetinin Sosial Pedaqoji fakültəsinin Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə təhsil alan IV kurs tələbələri ilə institutumuzda görüş keçirildi. Tələbələr təcrübə proqramı əsasında qarşıdakı 08.04.2019 – 24.05.2019 tarixlərində Psixologiya Elmi-Tədqiqat İnstitutunda təcrübə keçəcəklər.
Baş tutan görüşdə institutun rəhbəri Elnur Rüstəmov tələbələr qarşısında çıxış edərək Psixologiya Elmi -Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən şöbələr və mərkəzlər haqqında məlumat verdi, institutun əsas fəaliyyət istiqamətləri ilə tələbələri tanış etdi. Elnur Rüstəmov çıxışın sonunda təcrübə proqramına əsasən hər iki tərəfin qarşısında duran vəzifə və öhdəliklərdən danışaraq tələbələrə uğurlar arzuladı.
Onu da qeyd edək ki, tələbələrimiz bu müddət ərzində Psixologiya Elmi-Tədqiqat İnstitutunda peşə bilik və bacarıqları üzrə nəzəri və praktik hissəni əhatə edən təcrübə proqramı keçəcəklər. 

56457806_428521727915333_556707729557684224_n 56517124_428521761248663_6541793825319288832_n 56580538_428521697915336_1319014607272017920_n 56775591_428521667915339_988911645763829760_n 56927167_428521774581995_8238192210865029120_n

Share to Odnoklassniki