“PSİXOLOJİ XİDMƏT VƏ PSİXOTERAPEVTİK FƏALİYYƏTƏ GİRİŞİN ƏSASLARI” təlimi

  • Home
  • Xəbərlər
  • “PSİXOLOJİ XİDMƏT VƏ PSİXOTERAPEVTİK FƏALİYYƏTƏ GİRİŞİN ƏSASLARI” təlimi
55908416_426833784750794_4927653924736860160_o

Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzi, təlim-tədris mahiyyəti daşıyan, ierarxik texnologiyaya əsaslanan İnkişafetdirici və İstiqamətləndirici Təlim Layihəsini təqdim edir.
Biz sizi Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloq-psixoterapevti, Bakı Dövlət Universitetinin psixologiya müəllimi Şükran Dədəyevin təqdimatında 3 hissədən və 15 xüsusi istiqamətdən ibarət, tam fərqli konsepsiyalı “PSİXOLOJİ XİDMƏT VƏ PSİXOTERAPEVTİK FƏALİYYƏTƏ GİRİŞİN ƏSASLARI” Təliminə dəvət edirik.
Təlimdə bu sahədə çalışmaq istəyən və artıq işləyən bütün mütəxəssislərə Psixoloji Xidmət və Psixoterapevtik fəaliyyət üçün lazım olan professional bilik bacarıqları, beynəlxalq səviyyəli iş mexanizmlərini əhatə edən daha effektiv fəaliyyət istiqamətləri, mütəxəssislərin, xüsusilə də işə başlamaq istəyənlərin tələbat duyduqları, arzuladıqları, amma fərdi şəkildə heç yerdə əldə edə bilmədikləri universal biliklər ÖYRƏDİLƏCƏK!

TƏLİMİN KEÇİRİLƏCƏYİ MƏKAN:
Psixologiya Elmi-Tədqiqat İnstitutu

TƏLİMİN KEÇİRİLƏCƏYİ TARİX:
21.04.2019, saat: 11:00-15:00

TƏLİMDƏ İŞTİRAK ÖDƏNİŞLİDİR!
ÖDƏNİŞ: 25 Azn, tələbələr üçün ( tələbə biletini təqdim etmək mütləqdir) xüsusi güzəştlə: 20 Azn.

ÖNCƏDƏN QEYDİYYAT MÜTLƏQDİR!
Direct yazın, qeydiyyat linkini göndərək.

BİZİMLƏ ƏLAQƏ: 070 268 27 08 ( mob/what’s app).

Share to Odnoklassniki