‘Kateqoriyalar’

Uşağın sinir-psixi inkişafında impritink və tərbiyənin rolu

anne

İmpritink-ani təəssürat mexanizmidir.Belə ki,ilk təəssürat insanın sonrakı bütün həyat və fəaliyyətinə təsir göstərən və onun reaksiyasını,xarakterini təyin edən vasitədir.Uzun müddət uşağı sinir-psixi inkişafında onun rolu lazımi qədər öyrənilməyib.Belə ki müşahidələr göstərir ki,o,sinir-psixi formalaşmada hətta sonrakı davranışda az əhəmiyyət kəsb etmir. Həyatın ilk ilində uşağın anaya məhəbbətinin yaranmasına daha çox nə səbəb olur?Müəyyən edilib ki,yenidoöulmuşlarda və… Ətraflı

Yuxu haqqında nə bilirik?

cocuk-uyku

Yuxu orqanizmin normal yaşaması üçün lazım olan mühüm fizioloji hadisədir. Gün ərzində yarnan yorğunluğun qarşısını gecələr 7-8 saat yatmaqla almaq olar.Yuxu və yuxugörmə fəal prosesdir. Sağlam insanlarda yuxunun optimal müddəti müxtəlifdir və yaş ötdükcə dəyişir. Uzunmüddətli yuxuya uşaqlarda tələbat daha artıqdır,vaxt keçdikcə tələbat azalır və ahıl yaşında daha az olur. Orta yaşlı insanlarda yuxuya tələbat… Ətraflı

Stressi doğru idarə etmək üçün

stres1

Müasir cəmiyyətin xəstəliyi olaraq ifadə edilən stress,əslində gündəlik həyatın bir hissəsidir.Demək olar ki,hər kəs,fərqinə varmasa da,çox böyük bir stress yükünə malikdir.Gündəlik həyatınızda dəyişikliyə səbəb olan hər hansı bir şey,bədən sağlamlığınızda meydana gələ biləcək bir dəyişmə həyatınızda stressə yol aça bilər.Yenə gündəlik həyatınızdakı dəyişikliklər,anlaşılmazlıqlar, qarşıdurmalar da stress yaşamanıza səbəb ola bilər.Stress yaradan bir vəziyyətlə qarşılaşdığınızda nə… Ətraflı

Uşaqlarda və yeniyetmələrdə şizofreniyanın xüsusiyyətləri

sizofreni

Şizofreniya xəstəliyinin uşaq yaşlarında da rast gəlindiyini heç kəs inkar etmir.Xəstəliyin uşaqlarda yaşla əlaqədar xüsusiyyətlərini düzgün təhlil etmək üçün psixiatriyada qəbul olunmuş yaş dövrlərini nəzərə almaq lazımdır: 1.Uşaqlıq dövrü (9 yaşadək) 2.Yeniyetməönü dövr (10-12 yaş) 3.Yeniyetmə dövrü (13-15 yaş) 4.Gənclik dövrü (16-18 yaş) Əhali arasında xəstəliyin rast gəlinən bütün formalarının təqribən 1/4-i 18 yaşadək,5-7%-i isə… Ətraflı

Narkolepsiya

narcolepsy

Narkolepsiya (narcao-keyləşirəm,lepsis-tutma) qısamüddətli yuxu tutmalarının vaxtaşırı təkrar etməsi ilə xarakterizə olunan xəstəliyə deyilir. Eyni vaxtda başqa formalı tutmalar da müşahidə olunur:hər hansı emissiyanın təsiri altında başlanan qəfləti əzələ zəifliyi ya süstlüyü (katalepsiya) əmələ gəlir. Xəstəlik adətən gənc yaşlarda başlayır.Narkolepsiya tutması iş vaxtı,yol gedərkən,danışan zaman,yeriyərkən və hətta velosiped ilə gedərkən belə baş verə bilər.Tutma bir neçə… Ətraflı

Pik xəstəliyi

pick_disorder

Xəstəliyi ilk dəfə 1892-ci ildə Praqa psixiatrı A.Pik təsvir etmiş və bunu qocalıq ağıl zəifliyinin atipik bir variantı olduğunu göstərmişdir.Hazırda Pik xəstəliyinin beynin atrofiyası nəticəsində meydana çıxan müstəqil xəstəlik olması kliniki və morfoloji tədqiqatlarla təsdiq olunmuşdur.Xəstəlik 50-55 yaşlarda,ən çox qadınlar arasında təsadüf edilir. Pik xəstəliyinin başlıca əlaməti tədricən şiddətlənən yaddaş və ağıl zəifliyidir.Tez-tez təsadüf edən… Ətraflı

Kəllə-beyin travmalarının uzaq dövrlərində təsadüf edən psixozlar

Psikoz-274x300

Travmadan sonrakı dövrlərdə patoloji prosesin inkişafı üçün əlverişli şərait yaranarsa (psixogen,somatogen və s. amillərin olması) travmatik asteniya,nevrozabənzər,psixotabənzər hallar və parkinsonizm tədricən ağırlaşaraq müxtəlif psixozlar səviyyəsinə çata bilər.Belə ağırlaşmaların inkişafı 10-12 ildən sonra,affektiv,hallüsinator sayıqlama əlamətləri ilə büruzə verir.Affektiv psixozlar maniakal və depressiv tumaların bir-birini əvəz etməsi ilə cərəyan edir.Qadınlar arasında daha tez-tez rast gəlinir.Maniakal sindromun meydana… Ətraflı

Altsheymer xəstəliyi

altsheymer

Xəstəliyi ilk dəfə 1906-cı ildə alman psixiatrı və morfoloqu A.Altsheymer təsvir etmişdir.Bu xəstəliyə 60-cı illərədək qocalıq ağıl zəifliyinin atipik bir forması kimi baxılırdı.Hazırda onun kliniki və patoloji-anatomik cəhətcə müstəqil xəstəlik olması özünə daha çox tərəfdarlar tapmaqdadır. Xəstəlik əksər hallarda 55-56 yaşlarda başlayır.Lakin tək-tək hallarda daha erkən (47-50 yaşlarında) və daha gec (57-60 yaşlarında) başlaya bilər.Qadınlar… Ətraflı

Uşaqlarda normal və patoloji vəziyyətdə nitq funksiyasının inkişaf xüsusiyyətləri

psikomotor

Normada həyatın ilk üç ilində uşaqlar nitq vərdişi əldə edir və onlara olunan müraciəti anlayır.İlk birinci ildə nitq qığıldamadan,ayrı-ayrı heca tələffüzünə və sadə sözlərin ifadə olunmasına doğru inkişaf edir.İkinci ildə tədricən söz ehtiyatı toplanır,18 aya yaxın müddətdə uşaqlar ilk dəfə mənaca bir-birilə əlaqəli iki sözdən ibarət kombinasiyalar qururlar.Bu dövr bir çox linqvistlərin fikrinə görə insan… Ətraflı

Psixomotor və nitqqabağı inkişafın gecikmə sindromu

cocuk_konusma

Uşağın inkişafını təyin etmək üçün dörd əsas fəaliyyət sahəsini müayinə etmək lazımdır:böyük motor,əllərin xırda hərəkətləri,ətraf mühitlə əlaqə və nitq inkişafı.Uşağın statik-motor fəaliyyəti pozulduqda,o,vaxtından gec başını dik saxlayır,gec çevrilməyə,oturmağa,durmağa başlayır.Psixi zəiflik olduqda,uşaqda baxışını tənzimləmək,oyuncaqlara baxmaq,onları ələ almaq,ətraf mühitə oriyentasiya olur.Nitqqabağı və nitq pozulmasında uşağın səsi zəif,yaxud heç olmur,nitq dövrləri və nitqin inkişaf dövrləri və nitqin inkişaf… Ətraflı