‘Xəbərlər’

PSİXOLOJİ MƏSLƏHƏTƏ GİRİŞ kursu – Modul 1

57503241_440526590048180_6380508225577418752_n

27.04.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda PSİXOLOJİ MƏSLƏHƏTƏ GİRİŞ kursunun ilk modulu baş tutdu. İnstitutun rəhbəri Elnur Rüstəmov və Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru Nərmin Quliyevanın təqdimatında 4 saat davam edən təlimdə psixoloji məsləhət prosesinin mahiyyəti, praktik psixoloqun peşəkar fəaliyyətinə qoyulan tələblər, psixoloq otağının tərtibatı və s. mövzulardan bəhs olundu, iştirakçıları maraqlandıran suallar cavablandırıldı.… Ətraflı

“Şəxsiyyətin formalaşmasında məktəb-ailə birliyi mühüm amil kimi”- mövzusunda konfrans

58578412_436770633757109_7389001559251615744_n

23.04.2019-cu il tarixində 232 nömrəli tam orta məktəbdə “Şəxsiyyətin formalaşmasında məktəb-ailə birliyi mühüm amil kimi”- mövzusunda konfrans keçirilmişdir.232 nömrəli tam orta məktəbin direktoru Məhluqə Əzizova, AMEA Fəlsəfə İnstitutunun Sosiologiya şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Rəfiqə Əzimova, Milli qəhrəman Məzahir Rüstəmovun anası Rəfiqə Rüstəmovanın iştirak etdiyi konfransda məktəb direktoru Məhluqə Əzizovanın rəsmi dəvət məktubu əsasında Psixologiya… Ətraflı

PSİXOLOJİ XİDMƏT VƏ PSİXOTERAPEVTİK FƏALİYYƏTƏ GİRİŞİN ƏSASLARI” təlimi

57378654_436224450478394_7946363682911420416_n

Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloq-psixoterapevti, Bakı Dövlət Universitetinin müəllimi Şükran Dədəyevin təqdimatında “PSİXOLOJİ XİDMƏT VƏ PSİXOTERAPEVTİK FƏALİYYƏTƏ GİRİŞİN ƏSASLARI” Təlimilə ötən həftəmizi yekunlaşdırdıq. 21.04.2019-cu il tarixində institutumuzda baş tutan praktik təlimdə iştirakçılara psixoloji xidmət və psixoterapevtik fəaliyyət üçün lazım olan proffesional bilik bacarıqları, beynəlxalq səviyyəli iş mexanizmlərini əhatə… Ətraflı

Odlar Yurdu Universiteti – görüş

57726560_435002750600564_8415014996534099968_n

Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri Elnur Rüstəmov Odlar Yurdu Universitetinin qonağı olub. Görüşdə ixtisasartırma və yenidən hazırlanma, təhsil müəssisələrində psixoloqların hazırlığı, psixoloji xidmətə yeni baxış, sağlam təhsildə psixogigiyena, mövcud psixoloji problemlər və s. mövzularında müzakirələr aparıldı.Qeyd olundu ki, təhsil müəssisəsində fəaliyyət göstərən psixoloq təlimdə geri qalan və intizamsız yeniyetmə və gənclərlə diaqnostik-korreksiya işi aparılmasında, onların təlim-tərbiyə prosesinin… Ətraflı

Tələbə təcrübə proqramı – Respublika Narkoloji Mərkəzi

58374855_434318760668963_4734625617574625280_n

18.04.2019-cu il tarixində Respublika Narkoloji Mərkəzində Bakı Dövlət Universitetinin “Sosial Elmlər və Psixologiya” fakültəsinin Psixologiya ixtisası üzrə təhsil alan və Psixologiya Elmi-Tədqiqat İnstitutunda praktik təcrübə keçən IV kurs tələbələri ilə görüş keçirildi.Təcrübə proqramına əsasən, həmin tələbələr 01.05.2019-cu il tarixinədək praktik təcrübəyə Respublika Narkoloji Mərkəzində davam edəcəklər. Dünən baş tutan ilkin görüşdə Azərbaycan Respublikasının baş narkoloqu, Respublika… Ətraflı

Tələbə təcrübə proqramı – Psixoloji Məsləhət”

57446475_433387414095431_1590055274469654528_n

17.04.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri Elnur Rüstəmov institutumuzda praktik təcrübə keçən, Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsinin Psixologiya ixtisası üzrə təhsil alan və Bakı Qızlar Universitetinin Sosial Pedaqoji fakültəsinin Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə təhsil alan lV kurs tələbələrinə “Psixoloji Məsləhət” mövzusunda təlim tədris etmişdir. Elnur Rüstəmov təlimdə psixoloji məsləhət prosesinin… Ətraflı

“OBSESSİV-KOMPULSİV POZUNTUNUN YARANMA SƏBƏBLƏRİ VƏ ARADAN QALDIRILMASI YOLLARI” təlimi

57101665_432239287543577_86094796996739072_o

Bakı Dövlət Universiteti Psixologiya Kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru, “Hipnoz” Psixologiya və Psixoloji Məsləhət Mərkəzinin rəhbəri, konsultant, hipnoterapevt Kamilə Kazımovanın təqdimatında “OBSESSİV-KOMPULSİV POZUNTUNUN YARANMA SƏBƏBLƏRİ VƏ ARADAN QALDIRILMASI YOLLARI” təliminə dəvət edirik. Yalnız nəzəriyyə deyil, həmçinin praktik çalışmalarla zəngin təlim qeyd olunan mövzuları əhatə edəcək: ✅Obsessiv-kompulsiv pozuntunun mahiyyəti, klinik-psixoloji təsviri, tarixi. ✅Obsessiv-kompulsiv pozuntuya müxtəlif… Ətraflı

Məktəblinin dostu” layihəsi

57073721_431162097651296_8468193301613248512_n

Məktəblinin dostu” layihəsinin tətbiq olunduğu məktəblərin psixoloqlarına sertifikatlar verildi. “Məktəblinin dostu” layihəsi çərçivəsində layihənin tətbiq olunduğu məktəblərin psixoloqları üçün keçirilən təlimlər başa çatıb. Təlimlər Psixologiya Elmi-Tədqiqat İnstitutu, Narınc Psixologiya Mərkəzi və “Məktəblinin dostu” layihəsi çərçivəsində fəaliyyət göstərən Psixoloji Mərkəzin psixoloqları tərəfindən keçirilib. Təlimlərin keçirilməsində məqsəd layihənin tətbiq olunduğu məktəblərdə fəaliyyət göstərən məktəb psixoloqlarının təcrübə keçməsi,… Ətraflı

Əmək yarmarkası

57109837_430417857725720_8776229889385693184_n

11.04.2019-cu il tarixində Bakı Dövlət Universitetində əmək yarmarkası keçirilib. Tələbə və məzunlara əmək bazarına uyğunlaşmaq, öz ixtisasları üzrə uğurlu karyera qurmalarına kömək etmək, mövcud vakansiyalar barədə məlumatlandırmaq, həmçinin onların işlə təmin olunmasına dəstək məqsədi ilə reallaşdırılan, 20-dək müəssisənin təmsil olunduğu tədbirdə Psixologiya Elmi-Tədqiqat İnstitutunu institutun nəzdində fəaliyyət göstərən Marketinq şöbəsinin müdiri Şahin Şərifov və şöbənin… Ətraflı