‘Orxan Fərəcli – Klinik psixoloq’

Distimi ( Xroniki depressiya )

depression397n

Distimi depressiyanın yüngül amma xroniki olan formasıdır. Bu tip insanlar davamlı olaraq yorğunluqdan şikayət edir, yuxuları isə nizamsızdır. İştahlarında gözlə görünəcək dərəcədə bir dəyişiklik olmasada, nə yediklərindən nə də etdiklərindən tam olaraq zövq ala bilmirlər. Distimi bilavasitə şəxslərin ikitərəfli əlaqələrinə, şəxsi münasibətlərinə də mənfi təsir edir. Bu tip şəxslər ətrafında çox sayda insan istəmirlər. Bəzən… Ətraflı

Epilepsiya tutması keçirən şəxsə yardım

epilepsi

Əhali arasında daha çox ”Dil qatlanması”, “Qıcolma” kimi tanınan epilepsiya əksər hallarda cəngolma tutmaları və düşüncənin itməsi ilə müşahidə olunan xəstəlikdir. Tutma zamanı şəxsin hərəkətləri qeyri – iradi olduğundan ətrafındakı əşyalara toxunma riski artır. Xəstəni hərəkət etdirmədən ətrafdakı əşyaları götürmək və araya yumşaq paltarlar qoyaraq yaralanmasının qarşısını almaq lazımdır. Tutma zamanı tez-tez təkrarlanan səhvlərdən biri… Ətraflı

Antidepressantlar asılılıq yaradırmı?

antideprresan

Əhali arasında antidepressantlar haqqında bəzi səhv fikirlər yayılıb. Bu səbəbdən də antidepressant dərmanlar haqqında bir sıra nüansları qeyd edirik: – Antidepressant dərmanlar insanda süni bir xöşbəxtlik yaratmır. Tam tərsinə beyində pozulmuş müvazinatı yenidən bərpa edir. Bu dərmanlar sağlam insanlara təsir etmir. – Antidepressant dərmanların təsiri gec başlayır (2-4 həftə), hərdən dərman qəbul etməklə depressiya sağalmaz.… Ətraflı

Kişilərdə erkən boşalma

men_health_problems

Aktiv cinsi həyat yaşayan kişilərin böyük əksəriyyətinin tez-tez rastlaşdığı erkən boşalma günümüzün reallığında heç bir dərman istifadə etmədən, yalnız psixoterapevtik metodlar vasitəsi ilə 90-95 faiz tam aradan qalxan problemdir. Erkən boşalma nədir? Cinsi əlaqənin qadının, eləcə də kişinin həzz almasına imkan verməyəcək dərəcədə tez bitməsi erkən boşalma adlanır. Müasir tibbdə erkən boşalmaya xəstəlikdən daha çox… Ətraflı

Panik atak

panic attack

Panik atak qorxu (ölüm qorxusu) və narahatlıq hisslərinin tutma şəklində qəflətən başlayıb, 10 dəqiqə ərzində ən pik səviyyəyə çatan psixoloji narahatlıqdır. Xəstə 10 dəqiqə müddətində öləcəyini, infarkt keçirəcəyini və ya özünə nəzarəti itirərək yıxılacağını düşünür. Bu tip krizlər adətən insanların çox olduğu yerlərdə, qapalı otaqda, tıxaclarda olur və yarım saatdan sonra azalmağa doğru gedir. Buna… Ətraflı

Sosial Fobiya

Social-Phobia-and-Anxiety

İnsan sosial bir varlıq olduğu üçün digər insanlarla ünsiyyət qurmaq onun əsas ehtiyaclarından biridir. Lakin bəzi insanlar ünsiyyət zamanı özlərini rahat hiss etmir və narahat olurlar. Xəstəliklərin Beynəlxalq Təsnifatında (XBT) sosial fobiya olaraq adlandırılan bu xəsətlik utanmaqdan, alçalmaq qorxusundan, başqaları tərəfindən pis qəbul olunmaqdan və eləcə də bu kimi qorxduğu vəziyyətlərdən qaçma ilə özünü göstərən… Ətraflı

Yuxusuzluğa klinik yanaşma

Sleeping

Yuxusuzluq ayrıca bir xəstəlik olduğu kimi bəzən depressiya, həyəcan pozuntusu, panik atak kimi xəstəliklərlə yanaşı ikincili olaraq rast gəlinir. Yuxu pozuntuları özünü bir çox formalarda göstərir. Daha tez-tez rast gəldiyimiz yuxuya getmədə çətinliklər və yuxunun keyfiyyətinin aşağı olmasıdır. Bunlardan başqa yuxuda qorxu sindromu, qorxulu yuxular, narahat ayaq sindromu, yuxu apnoyesi (tənəffüsün ani dayanması – daha… Ətraflı

Heç bir şey olmadığı halda özünüzü xəstə hiss edirsiniz?

ipoxondriya

“Xəstəlik xəstəliyi” olaraq adlandırılan ipoxondriya xəstəliyi günümüzdə çox tez-tez rast gəlinən psixi pozuntular siyahısına daxildir. Bu problemdən əziyyət çəkən insanlar orqanizmlərindəki ən kiçik dəyişikliyi belə ciddi bir xəstəlik əlaməti kimi qəbul edir və müvafiq olaraq həkimə müraciət edirlər. Məsələn, adi baş ağrısı, tərləmə, öskürmə, qəbizlik kimi əlamətlər xərçəng, miokard infarktı əlamətləri kimi qəbul edilir və… Ətraflı

Obsessiv – Kompulsiv pozuntu

Obsessive-Compulsive-Disorder

Bir çoxunun ağlına vaxtaşırı olaraq doğmalarının və yaxınlarının başına pis hadisə, bədbəxtlik gələcəyi, onların yaxud özünün hansısa dəhşətli xəstəliyə tutulacağı, qapını bağlamışam ya bağlamamışam, eləcə də əlləri dəfələrlə yumalıyam kimi təkrarlanan fikirlər gəlir. İnsanların əksəriyyətində rastlanan və psixiatriyada obssesiv fikirlər olaraq adlandırılan bu əlamətlər həmin insanın günlük yaşamına və sosiallığına təsir etmədikcə xəstəlik sayıla bilməz.… Ətraflı

Doğuş sonrası depresiya

Mother In Nursery Suffering From Post Natal Depression

Doğuş qadınların həyatında həqiqətən bir dönüş nöqtəsidir.Ancaq bu hadisənin əvvəli və sonrasında yaşanan bir çox fiziki dəyişikliylə parelel bir sıra psixiatrik problemlər də yaşanır. Burda doğumla birlikdə ananın hormonlarında meydana gələn dəyişiklik də səbəb kimi göstərilir. Körpənin məsuliyyəti, yaxşı ana ola biləcəyəmmi kimi qorxular, fiziki yorğunluq, uşaqla əlaqədar vaxtında yatmamaq,ananin xarici görünüşünün dəyişməsi əsas səbəblərdi.… Ətraflı