Son yazılar
Ən çox baxılanlar

Son yazılar

ajax-loader

Distimi ( Xroniki depressiya )

depression397n

Distimi depressiyanın yüngül amma xroniki olan formasıdır. Bu tip insanlar davamlı olaraq yorğunluqdan şikayət edir, yuxuları isə nizamsızdır. İştahlarında gözlə görünəcək dərəcədə bir dəyişiklik olmasada, nə yediklərindən nə də etdiklərindən tam olaraq zövq ala bilmirlər. Distimi bilavasitə şəxslərin ikitərəfli əlaqələrinə, şəxsi münasibətlərinə də mənfi təsir edir. Bu tip şəxslər ətrafında çox sayda insan istəmirlər. Bəzən… Ətraflı

Alsheymer xəstəliyi

Elderly-couple-sad

Alsheymer xəstəliyi - demensiyanın geniş yayılmış müalicəsi mümkün olmayan neyrodegenerativ xəstəlikdir. Xəstəlik ilk dəfə 1906- cı ildə alman psixiatoru Alois Alsheymer tərəfindən qeydə alındığı üçün onun adı ilə adlandırılmışdır. Bu xəstəliyə daha çox 65-70 yaşdan yuxarı insanlar arasında təsadüf olunsa da, xəstəliyə 65 yaşa qədər insanlarda da rast gəlinir. Dünyada 4 milyona yaxın insan demensiyadan əziyyət çəkir.… Ətraflı

Alkoqolizmin müalicəsi

alcohol-addiction-treatment

Alkoqolizmlə əlaqədar bütün müalicə proqramlarının müəyyən prinsipləri var. Alkoqolizmin müalicə proqramında aşağıdakı mərhələlər olur: Spirtdən təmizləmək və məhrumluq əlamətləri Müalicə spirtdən təmizləmə proqramıyla başlaya bilər. Xəstə spirtdən təmizləmə xidmətlərində müalicəyə alınır və məhrumluq əlamətləri baxımından diqqətlə izlənir. Bu adətən 4-7 günlük bir müddətdir və bu müddət içində sakitləşdiricilərin istifadə edilməsi də çox vaxt lazımlı olur.… Ətraflı

Fuad İbrahimbəyovun Azərbaycanda psixologiya elminin inkişağında rolu

160;232

Fuad İbrahimbəyli Azərbaycanda psixologiya elminin bir elm kimi qərarlaşmasında və inkişafında görkəmli rol oynamışdır. O, özünün elmi – pedaqoji fəaliyyətində psixologiya elminin inkişaf tələblərini nəzərə almağa çalışmışdır. Fuad bəy bu gün ali məktəblərimizdə çalışan, psixologiya kafedrasına rəhbərlik edən kadrların bütöv bir nəslinin bilavasitə müəllimi olmuşdur. O, yüksək ixtisaslı psixoloq kadrlar yetişdirilməsinə əsl atalıq qayğısı göstərmiş,… Ətraflı

Yeniyetməlikdə depressiya

shutterstock_113875279

Uşaqlıq mərhələsindən gənclik mərhələsinə olan keçidi yeniyetməlik dövrü olaraq adlandıra bilərik. Bu dövrdə uşaqda fiziki, psixoloji, duyğu ve davranış olaraq diqqətə çarpan dəyişikliklər müşahidə edilir. Bu dəyişikliklər əvvəlcə yeniyetməni yorur. Yeni bədəninə, sürətlə dəyişən hisslərinə, mənasız davranışlarına uyğunluq göstərmək və bunları kontrol edə bilməmək yeniyetməni çaşdırır. Bu səbəbdən də bu mərhələdə yeniyetməyə qarşı anlayışlı olmalı və… Ətraflı

“İndi hamını bu düşündürür: görəsən mənim övladımla da…”

IMG_4746

“Uşaq bağçasında baş verən hadisədə azyaşlının hissləri ilə oynanılması çox neqativ haldır”. Bunu Axar.az-a Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov bu yaxınlarda uşaq bağçasında nənəsinin ölümü ilə qorxudularaq hissləri ilə oynanılan azyaşlı uşaqla bağlı hadisəyə münasibət bildirərkən deyib. Psixoloqun sözlərinə görə, bu neqativliyi bir çox aspektdən qiymətləndirmək olar: “Birinci, bu hadisənin baş verməsi uşaq bağçalarına… Ətraflı

“Klinik psixologiya” kursu

10850464_771917119549214_1970968213_n

21 dekabr 2014-cü il tarixdə saat 14:00-da Psixologiya və Konsultasiya Mərkəzində (PCC), klinik psixoloq Orxan Fərəclinin təqdimatında “KLİNİK PSİXOLOGİYA” kursu keçiriləcəkdir. KLİNİKİ PSİXOLOGİYA (KP)  • KP-nin məqsəd və vəzifələri, predmeti, əsas istiqamətləri. • Baş beynin anatomik quruluşu. • Psixi fəaliyyətin fizioloji əsasları. • Ümumi psixopatologiya. Qavrama, təfəkkür, yaddaş anlayışları və onların pozuntuları. • Emosiya, iradi meylin, düşüncənin pozuntuları • KP somatik xəstəliklərdə. KP… Ətraflı

Doğumsonrası psixoz

15152

Doğum sonrası psixoz – psixi pozuntu  olub, nadir rast  gəlinən xəstəliklərdəndir. Əgər anada ciddi problemlər olarsa, uşaqdan ayrılmalı, psixiatrik stasionara yerləşdirilməlidir. Uşağın dünyaya gəlişi hər bir ailə üçün sevincdir. Ancaq bəzi hallarda bu proses qadının həyatında xoşagəlməz  dəyişikliklərə səbəb olur. Doğuşdan bir müddət sonra qadın özünü qəribə aparır. Adətən bu dəyişiklik özünə qapılmaq, qorxu hissi… Ətraflı

Uşaqlarınızı qoruyun!!!!!

protectChild

Mən 4-cü kurs tələbəsi Aydan Sabirli, məni narahat edən məsələyə diqqət çəkmək istədim. Uşaqlarımızı nə qədər qoruyuruq? Müşahidələrimdən gəldiyim nəticələrə əsasən gördüyüm mənzərə məni qətiyyətlə narahat etdi və bunu paylaşmaq istədim. Psixoloji problemlərə nəyin ki, yetkin və yeniyetmədə həmçinin uşaqlarınızda da rast gəlinir. 2014-ün yayı Türkiyədə narkotik maddə istifadə edən yeniyetmələrlə və gənclərlə təcrübəm əsnasında… Ətraflı

Aleksandr Makovelskinin Azərbaycan psixologiya tarixində rolu

250;331

Aleksandr Makovelski – Azərbaycanda Elmi Psixologiya inkişafında əvəzsiz xidməti olan alim , 22 iyul 1884-cü ildə Qrodno şəhərində anadan olmuşdur. 16 dekabr 1969-cü ildə Bakı şəhərində vəfat etmişdir. İxtisasca tarixçi-filosof idi. 04 Dekabr 1946-ci ildən SSRİ Elmlər Akademiyasının tarix və fəlsəfə bölməsinin müxbir üzvü (tarix-fəlsəfə üzrə) olmuşdur. 1949-cü ildən Azərbaycan SSR Elmlər Akademiyasının akademiki olmuşdur. Fundamental… Ətraflı

ajax-loader