Alkoqolizmlə əlaqədar bütün müalicə proqramlarının müəyyən prinsipləri var. Alkoqolizmin müalicə proqramında aşağıdakı mərhələlər olur:
Spirtdən təmizləmək və məhrumluq əlamətləri
Müalicə spirtdən təmizləmə proqramıyla başlaya bilər. Xəstə spirtdən təmizləmə xidmətlərində müalicəyə alınır və məhrumluq əlamətləri baxımından diqqətlə izlənir. Bu adətən 4-7 günlük bir müddətdir və bu müddət içində sakitləşdiricilərin istifadə edilməsi də çox vaxt lazımlı olur. Əgər məhrumluq əlamətləri ortaya çıxarsa həkimin müşayiətinə ehtiyac duyula bilər. Həmçinin bəzi alkoqoliklər üçün bu dövrdə depressiya müalicəsi də lazım ola bilər, şiddətli məhrumluq əlamətləri olan alkoqoliklər gərgin, əsəbi ola bilər və hətta şüur itkiləri belə görülə bilər.
Delirium Tremens və məhrumluq əlamətlərinin qabağının alınması üçün həkim nəzarəti altında dərman istifadəsi mütləqdir.
Tibbi müalicə
Əgər alkoqolizmdən qaynaqlanan tibbi problemləriniz varsa, bunlar müalicə edilməlidir. Ən çox rastlananılan yüksək qan təzyiqi, qanda şəkərin artımı, qaraciyər və ürək xəstəlikləridir. Bunlarla yanaşı, xəstəliklə əlaqədar qidalanma problemləri də müayinə olunaraq uyğun bir pəhrizlə terapiya davam edilməlidir.
Reabilitasiya proqramları
Spirtdən təmzilənmə dövrü üçün optimal reabilitasiya proqramının seçilməsi əhəmiyyət daşıyan faktorlardan biridir. 3-4 həftə boyunca xəstəliyin xüsusiyyətləri, bədənə verdiyi zərərlər, içkinin səbəb olduğu müxtəlif problemlər və yaxşılaşarkən nələr hiss olunduğu müzakirə olunmalıdır. Bu müddətdə psixoloji dəstək və lazım olsa tibbi müalicə də alına bilər, reabilitasiya proqramları gündəlik danışıq və film izləmə, qrup terapiyası, psixoloji konsultasiya müalicəsindən ibarət olur.
Alkoqolun tamamilə kəsilməsi
Bunu unutmamaq lazımdır ki, əgər içməyə davam edilərsə xəstəlik ya çox az və ya ümumiyyətlə nəzarət edilməyəcək. Bu səbəblə də, alkoqoliklər üçün müalicə proqramları, spirtin tamamilə kəsilməsini ön şərt olaraq qəbul etdikdən sonra başlanır.
Xəstəliyin qəbul edilməsi
Xəstə olduğu həqiqətini qəbul etməlidir (xüsusilə spirt vərdişinin olduğu və bunun nəzarət edilə bilinmədiyi qəbul edilməlidir). Bir çox alkoqolik utanc və günahkarlıq duyğusundan qurtulmaq üçün bu həqiqətdən imtina edir. Xəstələrin durumu inkar etməsi müalicəyə zərər verə biləcəyi kimi tamamilə laqeydləşdirə bilər. Spirtə olan istəyi qəbul etməniz reabilitasiya üçün mühüm addımdır. Həmçinin bu, müalicə proqramınız üçün də əsas şərtdir. Beləliklə, ilk dəfə xəstəliyin gücü spirtli tərəfindən qəbul ediləcək.
Psixiatrik müalicə və psixoloji dəstək
Alkoqoliklərdə duyğusal vəziyyətlə əlaqədar şikayətlər psixiatrik xəstəxanadakı xəstələrin şikayətlərinə bənzəyir. Əgər xəstəliklə psixoloji cəhətdən maraqlanılmazsa, pasiyent sağalmaz. Bu bir neçə şəkildə (qrup terapiyası və ya fərdi psixoterapiya) ilə reallaşa bilər. Bəzi alkoqoliklərdə depressiya kimi digər psixiatrik xəstəliklər də görülə bilər. Əgər problem həmçinin psixiatrik xəstəlikdirsə, alkoqolizm müalicəsi ilə yanaşı xüsusi bir müalicə də lazımlı olacaq.
Dərman müalicəsi
Uzun müddətli müalicə proqramında sakitləşdiricilər istifadə edilməməlidir. Bu dərmanlar da eynilə spirt kimi asılılıq yaradır, yalnız məhrumluq əlamətlərinin korreksiyası zamanı istifadə edilə bilər.
Terapiya, bu gün yaşanılanlar, keçmişlə əlaqədar günahkarlıq duyğuları və gələcək qorxularıyla üzləşməsi üzərində qurulur. Buna görə də pasiyentin bu müddət ərzində əmkinli olması içki qəbulunun aradan qaldırılması qədər əhəmiyyətlidir. Bir çox alkoqolik üçün spirt qəbulu güclülük və azadlıq kimi proyeksiyalara səbəb olur. Spirtin təsiri altındaykən, özlərini bütün sosial təzyiqlərdən xilas olmuş kimi hiss edirlər. Inciklik və hirs səbəbiylə də tükəndiklərini hiss edirlər.
Alkoqolizm, sosial münasibətlərin pozulmasına səbəb olur. Ailə, əlaqələrin pozulmağa başladığı ilk yerlərdən biridir, digəri isə iş yeridir. Amerikan Milli Alkoqolizm Şurası, özü və ya ailəsində spirt və ya narkotik asılılığı olan hər 20 adamdan birində bunun iş qabiliyyətinə təsir etdiyini müəyyənləşdirmişdir. Müalicədə yalan, inkar və səmimiyyətsizlikdən imtina edərək, özünü anlama və şəxsiyyətin inkişaf etdirilməsini əsas götürəcək sağlam və etibarlı əlaqələr yaratmağı öyrənmə üzərində diqqətlə qurulmalıdır.
Dəstəyin davam etdirilməsi
Reabilitasiya proqramının müvəffəqiyyəti terapiyanın sonlanmasından sonra müəyyən olunur. Xəstəliyin xroniki gedişatı alkoqolizmə dəstəyin davamlı olmasını tələb edir. Spirt və ya dərman asılılığından xilas olmağa çalışan insanlara istiqamətlənən, həyatlarını davam etdirmələrinə və problem yenidən ağırlaşarsa zamanında müdaxilə etmək üçün xüsusi postterapiya proqramları yaradılmışdır.
Nərmin Quliyeva
Xəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi