“X-LADY” TƏQDİM OLUNDU

1782310_772972786071645_3023850528091882362_o

23 noyabr tarixində Kitabevim.az kitab marketində tanınmış psixoloq, Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri Elnur Rüstəmovun “X-Lady” konsultativ  romanının təqdimatı keçirilib.

Oxucuklubu.az-dan verilən məlumata görə təqdimatda psixoloqun dostları, həmkarları, tələbələri iştirak edib.

Elnur Rüstəmov qeyd edib ki, romanda insanın yaşadığı travmalar və bu travmaların insan həyatına təsiri, fəsadları və bu problemdən çıxış yolları yer alıb.  Müəllif həmçinin qeyd edib ki, kitabda konsultasiya prosesinin qurulması haqqında məlumat var və kitab maarifləndirici xarakter daşıyır.

Daha sonra uşaq psixoloqu Narınc Rüstəmova, psixoterapevt Orxan Fərəcli, yazıçı, dramaturq Elnurə Ayxan, Xəyalə Muradlı, Türkdilli Gənclər Birliyinin sədri Sahil Hacıyev, f.ü.f doktoru Fərhad Fəttahlı və Elur Rüstəmovun tələbələri  ürək sözlərini, kitab haqqında təəssüratlarını tədbir iştirakçıları və müəlliflə bölüşüblər.

Təqdimatın sonunda “X-lady” romanının imza mərasimi keçirilib.

Qeyd edək ki, “X-lady” romanı Hədəf Nəşrlərində çap olunub və  müəllifin  bildirdiyinə  Azərbaycanda ilk konsultativ romandır.   Romanın naşiri Müşfiq Xan, məsləhətçisi Narınc Rüstəmova, redaktoru Cəlil Cavanşirdir. Kitabın korrektorları Fəridə Ağaverdiyeva, Fəridə Nadirqızı, Nərmin Quliyeva, mətn tərtibatçısı Rövşən Yerfi, dizayneri Teymur Fərzidir.

 Səma Fuadqızı 

http://oxucuklubu.az/x-lady-t%C9%99qdim-olundu/

Share to Odnoklassniki