“Azərbaycanda bir psixoloqu tanıyırlarsa,cəmiyyət tərəfindən qəbul olunursa bu mətbuatın hesabınadır”
Ölkə.Az olaraq Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri və psixoloq Elnur Rüstəmovla müsahibəni təqdim edirik.
-Sizinlə bu gün cəmiyyətdə və eləcə də gənclər arasında olan psixoloji problemlərlə bağli danışmaq,fikirlərinizi öyrənmək istərdik. Sizcə, Azərbaycanda ailələrin psixoloq yanına getməməsi, ailə psixoloqunun olmaması problemini necə aradan qaldırmaq olar? İnsanlarda,ailələrdə psixoloqa müraciətlərin artması üçün nə etmək lazımdır?
- Əslində bu bizim çox böyük problemimizdir. Bizdə həmişə belə bir söz olub “Ev bizim,sir bizim”. Bu bizim həm də el məsəli,atalar sözümüzdür.Bizim düşüncəmizdə həmişə belə bir şey olub ki,əgər evdə problem varsa, biz özümüz həll etməliyik. Problem kənara çıxmamalıdır.Kənara çıxma da bəzən biz görürük ki, mənfi fəsadlara gətirib çıxarır. Biz ailələrlə iş prosesinde rastlaşırıq, tutaq ki, xanımla yoldaşı arasında konflikt var, xanım ürek qızdırıb anasına deyir və ana bir müddət sonra xanımla yoldaşı birləşdirir, münasibet düzelir, ancaq ana kürəkənini bağışlamır ve nəticədə görürük ki, problem bir tərəfdən düzəlir, digər tərəfdən isə qaynanayla kürəkən arasında münasibətlər pozulur. Ümumən gəldiyimiz nəticə bundan ibarətdir ki, ailədaxili münasibetler ailelerin öz içində həll olunmalıdır,yox əgər buna dəstək lazımdırsa peşəkar mütəxəssis tərəfindən dəstək olunmalıdır. Niyə peşəkar mütəxəssiz tərəfinden dəstək müsbet sonluqla nəticələnir? Nəzərə almaq lazımdır ki,mütəxəssis obyektiv adamdır. Mütəxəssis tək bu ailəni görmür, sırf bu problemlə işləyən mütəxəssis çoxlu sayda ailə modellərini görür. Ailədə mövcud olan problemleri görür,onu bilir. Bizim insanlar danışmağı heç vaxt müalicəkimi qəbul etmirlər. Biz şərq xalqları danışmağı sevən xalq olmuşuq. Psixoloji konsultasiyaya indi də insanlar müalicə kimi baxmırlar.Bu səbəbdən də bir qisim pasient seansın sonunda qayıdıb deyir ki, siz dərman yazmayacaqsınız?Deyirəm psixoloq dərman yazmır, psixoloqun dərman yazmağa ixtiyarı yoxdur. O fikirləşir ki, müalice dərmanla olur.Söhbətlə müalice olunmaz. Bu da bəzən psixoloji yardım məsələsində problemlərə yol açır. Sevindirici hal ondan ibarətdir ki, bu gün elə bizim pasiyentlərimiz var gəlib deyir ki, mənə dərman təyin edilməsin. Mən seanslara gəlim, söhbet edim bundan düzələcəm. Bu əslinde maariflənməyin səbəbindən başlayır. Artıq insanlar fərqinə varırlar ki,psixoloji dəstək vacibdir, lazımdır. Artıq bu gün Azərbaycandaixtisaslaşmış psixoloqlarvar. Biz buna sevinməliyik. Ölkədə bir qisim azərbaycanlı ailələri psixoloji dəstək almaq üçün xaricə üz tuturlar. Onların da ehtiyat etdiyi,qorxduğu yer anonimliyin nə dərəcədə qorunması ile bağlıdır. Azərbaycanda elə ailələr var ki, tanınırlar,cəmiyyətdə müəyyən nüfuzları var, ister iş sferasında bir iş adamı kimi, eləsi var dövlət qulluğunda calışan adam kimi, yaxud eləsi var ki, ictimai sektorda çalışan adam kimi. Onlar fikirləşirlər ki, mən psixoloq yanına getsəm bizim ailənin problemini hər kəs biləcək, yaşanan problem hər kəsə məlum olacaq. Biz zaman-zaman qeyd edirik ki, psixoloji konsultasiya anonim bir prosesdir. Psixoloq buna göre zəmanət verir. Psixoloqun ixtiyari yoxdur ki, bu problem haqqında kiməsə məlumat versin,kiməsə bu haqda danışsın. Psixoloqun buna birmənalı olaraq ixtiyarı yoxdur. Mən düşünürəm ki, bu problem də Azərbaycan cəmiyyətində həll olunacaq, çünki ailədə problem olur, ərlə arvad arasında, ata ilə övlad arasında və s. Bu normal haldır. Anormal olan odur ki, sən bu problemi mən burda psixoloqlara güvənmirəm deyə həll etməyəsən. Sən sabah artıq görəndə ki, oğlun artıq əlindən gedib , zərərli vərdişlərə qurşanıb,ailəsi dağılıb bundan sonra müraciət etməyin nə faydası var. Onu zamanında etmək lazımdır. Niyə bizxaricə getməyi təqdir etmirik?Əgər bu hansısa bir ürək problemi olsaydı, baş beyinlə bağlı bir problem olsaydı, dünyanın hər yerində ürək də, baş beynin funksiyası da eynidir. Söhbet psixoloji meqamdan gedir. Nəzərə almaq lazımdır ki, Azərbaycan vətəndaşının psixologiyası ile almanın psixologiyası eyni deyil və yaxud bir ingilis psixologiyası iləeyni deyil. Onlar fərqli istiqamətdə yaşayırlar,fərqli yaşam tərzində böyüyürlər. Siz fikir verin bizim xaricdə təhsil alan tələbələrin bir qismi xroniki depressiyadan əziyyət çəkir. Çünki o mühitə uyğunlaşa bilmir. Dərsləri yaxşı getsə də, özünü narahat hiss edir. Çünki bu mühitlə o mühit eyni deyil. Ona göre orda yetişən psixoloq ola bilsin ki, orada çox gözel psixoloq olsun, çox yaxşı ixtisaslaşsın,ancaq o Azərbaycan ailə modelini bilmir. O, bilmir ki, Azərbaycanın ailə modelində hansı proseslər gedir. O bilmir ki, Azərbaycanda uşaq hansı dəyərlərlə böyüdülür. Yəni, bu gün tutaq ki, siz uşaq tərbiyəsinə baxsaz biz onlara fərqli yanaşırıq. Bir ingilis ise öz usağına fərqli yanaşır. Qərb dəyərləri Azərbaycana nüfuz etdikcə Azərbaycan ailələri dağılır.
- İnsanların psixoloqlara az müraciet etməsinə səbəb qiymətlərin yüksək olması ola bilərmi?
- Azərbaycanda psixoloji xidmətin qiyməti baha deyil. Əksinə, digər ölkələrlə müqayisədə qat-qat ucuzdur.Həmin azərbaycan ailəsi burda təyyarə biletini alır,Türkiyədə oteldə yer tutur,gedir orda 10-15 gün psixoloq yanına, terapiyanı keçir gəlir ve çox vaxt nəticəsi olmur. O, buna baha demir. Bu gün azərbaycan ailəsi öz toyuna bir müğenni cağırır, onun saatına 1500 azn,5000 azn, 10000 azn pul verir və deyir ki, o baha deyil, ancaq psixoloqa gələndə deyir ki, bahadır.Azərbaycanda psixoloji xidmətin qiyməti çox normaldır. Azərbaycanda psixoloji xidmətlə bağlı dövlət tərəfindən də yaradılmış müəssisə var. Bu müəssisənin adı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi nəzdindəpsixi sağlamlıq mərkəzidir. Orada psixoloji xidmət ödenişsiz olsa da, insanlar ora müraciət etmir. Ona görə də mən bahadır deyən insanlara haqq qazandırmıram. Sadəcə, bizdə psixoloqa pul xərcləmək düşüncəsi yoxdur.
- Bilmək istərdik ki, məktəblərdə,ali təhsil ocaqlarında psixoloqların tələbələrlə münasibetini necə dəyərləndirmek olar? Bildiyimiz kimi bu yaxınlarda başverən hadisədə iki bacı arasında baş verən mübahisə ölümlə nəticələndi. Bəzi insanlar belə düşünürlər ki, əgər oxuduqlarıtəhsil ocağındakı psixoloqla danışsaydılar bəlkə də o qızda olan problem daha tez nəzərə çarpardı ve bu bir qızın ölümü ilə nəticələnməzdi.
- Əslində mən sizinlə razıyam ki,orta məktəbdə psixoloji xidmət yetəri səviyyədə deyil və bunu aradan götürmek üçün mərhələ-mərhələ işlər görülür. Belə bir söz var kənardan döyüs insana asan görünür. Məsələ burasındadır ki, bir qisim psixoloji dəstək aşagı səviyyədədir. Azərbaycanda məktəblərdə psixoloji dəstək peşəkar səviyyədə deyil. Əslində bunu bu sahədən xəbərsiz insanlar danışırlar. Bu sahəyə bələd olan bilir ki, bu sahənində öz problemləri var. Bu problem nədən ibarətdir. Bu gün Azərbaycanda yetəri qədər ixtisaslaşmış kadr yoxdur. Bu gün Azərbaycanda məktəb psixoloqlarının yetəri qədər motivasiyası yoxdur. Orta məktəb psixoloqunun bacarığı yoxdur ki,öyrənsin və tətbiq etsin.Valideyn usağında problem görürsə, orta məktəb psixoloquna müraciət etməlidir və psixoloqa güvən olmalıdır ilk növbədə. Bu yoxdur. İnsanlar dəstək olmalıdırlar ki, bunun ücündə ən mühüm olan güvən məsələsidir.O güvəni formalasdırmaq lazımdır.
- Ailədaxili problem olduqda gəncləri,insanları,usaqları necə məlumatlandırmaq lazımdır ki, onlar artıq hara müraciət etməli olduqlarını bilsinlər? İstər qaynarxətt olsun, istər xüsusi psixoloji xidmət baxımından.
- Biz ona hec bir zaman zəmanət verə bilmərik və qaynarxəttə zəng vuran insanda bir şeyi nəzərə almalıdır ki, qaynarxəttdə olanlar ona görə orda oturublar ki, ilkin dəstəyi göstərsinlər. Onların işi terapiyanı aparmaq deyil. Qaynarxəttdə oturan adamin işi informasiyanı eşitmək ve mütəxəssisə yönləndirməkdir.Yəni, calışdığı orqandırsa,mərkəzdirsə, ora yönləndirməkdir. Sadəcə bizim insanlar yetəri qədər maariflənməyiblər. Şəhərdə sorğu keçirilsə ki, hansı psixoloji dəstək nömrələrini tanıyırsız.Cavab bəllidir…
- Sizcə, KİV-də psixoloji mövzuların toxunulması insanların daha cox məlumatlandırılmasına səbəb ola bilərmi? Məsələn, televiziyada psixoloji verilişin açılması və s.
- Əslində maarifləndirmə işi aparılır. Bu gün maariflənmə işi sırf mətbuatla aparılır. Azərbaycanda bir psixoloqu tanıyırlarsa,cəmiyyət tərəfindən qəbul olunursa bu mətbuatın hesabınadır.İstər televiziya olsun, istər radio olsun,istər yazılı mətbuat olsun. O bunun vasitəsi ilə tanınır.Bu gün Azərbaycanda psixoloqa inam varsa,psixoloqa etimad varsa mətbuatın da rolu burada çoxdur.Nəzərə almaq lazımdır ki,metbuat bir problemi işıqlandırır ve dövlət də dəstək olur. Dövlət psixologiyaya dəstək olmasaydı,ya dövlət bu sahəyə biganə yanaşsaydı, həmin o psixi sağlamlıq mərkəzini yaratmazdı. Dövlət insanların psixoloji durumuna, psixiatrik vəziyyətinə qarşı biganə olsaydı, Zaqafqaziyada ən böyük mərkəz olan Maştağada yerləşən 1 sayli psixiatrik xəstəxananı yaratmazdı. Son zamanlar orda gözəl təmir işləri aparıldı, bunlar edilməzdi. Dövlət bunu edir. Bizim birdən birə gözəl bir şey tələb etməyimiz də doğru deyil. Biz özümüz dəistəyirik ki, televiziyada sırf psixoloji veriliş olsun. Ancaq sual yaranır ki, o psixoloji verilişe kim baxacaq? Əgər Azərbaycan televiziyasında, televiziya kanallarında hər hansı bir təklif olarsa ki, bir psixoloji veriliş açılsın, biz böyük məmnuniyyətlə bu işə dəstək olmağa hazırıq. Çünki biz təklif etmişik,qəbul olunmayıb. Mən hər şeyi etməyə hazıram. Yetər ki, belə bir veriliş olsun və insanlar maarifləndirilsin.Verilişi açmaq üçün də onun formatı bəlli olmalıdır. Bu gün Azərbaycanda psixoloqa müraciət varsa,(yəni biz demirik ki, müraciətlər çoxdur, yox orta səviyyədə müraciətlər var) bu artıq Azərbaycanda psixologiyanın qələbəsi kimi qiymətləndirilir. Kimsə ortaya çıxıb tənqid də edə bilər,bəyənməyə də bilər.Bu zaman sual olunur ki, bu işlər görüıəndə bu adamlar haradaydılar. Həm mətbuat tərəfindən,həm dövlət tərəfindən bu sahəyə diqqət var.Yetər ki, iş görən olsun.Yetər ki,işinin peşəkarı olsun.Bu vacib məsələdir.
- Son olaraq gənclərə, cəmiyyətdə olan insanlara tövsiyyələriniz nə olardı?
- Bizim cəmiyyətdə olan gənclərə,ümumiyyətlə insanlara tövsiyyəmondan ibarət olardı ki,özlərinin psixoloji sağlamlıqlarının qeydinə qalsınlar. Çünki bu çox vacib bir şeydir. Bu gün insanın psixologiyasına təsir göstərən çoxlu məqamlar var. Yəni,qəfil məqamlar çıxır ortaya.Tutaq ki, sən hazırlaşırsan işə getməyə və fikirləşirsən ki, mən 15 dəqiqəyə işdə olacağam və gəlirsən görürsənki, 1 km tıxac var. Sən isə gecikirsən və gəlirsən həmin əhval-ruhiyyə ilə işdə insanların əhvalını korlayırsan. Digər tərəfdən, sən ictimai nəqliyyat tapa bilmirsən gecikirsən eve. Yəni, axtarsan insan psixologiyasına mənfi təsir göstərən çoxlu məqamlar var. Əgər insanların psixoloji dayanıqlılığı güclü olarsa, o zaman cəmiyyətin rifahından danısıla bilər. Çünki elə bir dönəmdə yasayırıq ki,məsələn, mən niyə tıxacı deyirəm biz tıxaca öyrəşməmişik axı,yeni-yeni gəlir. Heç uzağa getməyin, istər Rusiyada, istər Türkiyənin özündə tıxaclar km-lərləolur.Yəni, insanlar artıq bilirlər ki, 3 saat bu tıxacda yol gedəcəklər. Onlar bunu bilir, amma biz buna öyrəşməmişik. O insanlarda buna müəyyən dərəcədə uyğunlaşma var. Onlar bu zaman kəsiyində kitab oxuyur,audio kitabları dinləyir, zamanını boşuna xərcləmir. Mən psixoloji dayanıqlılıq deyərkən bunu nəzərdə tuturam. İnsan hər şeyə hazırlıqlı olmalıdır. Əgər tıxaca düşərəmsə, mən nə işlə məşğul olacam.Əgər düşmərəmsə, mən nə edəcəm.Yəni, bütün alternativlər olmalıdır insanda ki,mən bu situasiyada nə etməliyəm. Sağlam ruhda sağlam bədən olar.
Sağlam bədəndə sağlam ruh olmur, xəstə ruh da olur. Buna görə də sağlam ruhda sağlam bədən olur.
Müsahibəni apardı Əfsanə Şükürova
Foto: Daşqın Əzizov
Ölkə.Az