Narsistik şəxsiyyət pozuntusu

images

Mütəmadi davam edən grandiozite (böyüklük və əhəmiyyətlilik) meyli (fantaziya və ya davranış səviyyəsində), empatiya əksikliyi, tənqidlərə qarşı həddindən artıq həssaslıq və reaksiya şəklində erkən yeniyetməlikdən etibarən ortaya çıxan mənzərədir.

DSM IV görə diaqnoz üçün aşağıdakı maddələrdən beş və ya çoxunun uyğunluğu mütləqdir:

1-Özünü çox xüsusi və əhəmiyyətli görmək ,müvəffəqiyyət və qabiliyyətlərini şişirtmək

2-Limitsiz müvəffəqiyyət, güc, gözqamaşdırıcı xüsusiyyətlər, ideal sevgi və gözəllik ilə əlaqədar məşğuliyyətlər və fantaziyalar inkişaf etdirmək

3-Xüsusi və bənzərsiz olduğu üçün özünün ancaq özü kimi xüsusi və ya yüksək statuslu insanlarla münasibət yaradacağını düşünmək

4-Həddindən artıq diqqət, heyranlıq, iltifat gözləmək.

5-Prioritet imtiyazlı olduğuna inanaraq, normal insanlarla eyni səviyyədə olmaqdan imtina etmək. Gözləntilərinin dilə gətirilmədən özbaşına anlaşılmasını və qarşılanmasını, standartların üzərində xidmət almağı gözləmək.

6-İnsanların zəifliklərindən faydalanmaq, onlara istifadəyə dönük-istismarçı bir davranış meyli göstərmək.

7-Empatiya əksikliyi .Digər insanların duyğularını və ehtiyaclarını tanıma və anlama mövzusunda istəksiz olmaq.

8-Mütəmadi müşahidə olunan qısqanclıq hissləri, lakin əsas məqam ondan ibarətdir ki,  digər insanların onu qısqandığını düşünürlər.

9-Məğrurluq, tənqidlərə qarşı qəzəb, utanc, alçaldılma duyğuları ilə reaksiya vermək.

Görülmə tezliyi: DSM IV ‘ə görə ümumi populyasiyada % 1, psixiatriya xəstələri arasında % 2-16 arasında göstərilən məlumat dəyərlərində rast gəlinə bilər.

Narsizm üçün lazımi meyarlar digər impulsiv spektr pozuntularında da mütəmadi görülür.Bioloji istiqamətdən, bu xəstələr temperament baxımından daha anksiyeteli (xüsusilə seperasiya anksiyetesi-ayrılıq qayğısı), antisosial olanlar isə daha impulsiv, əsəbi və hətta hiperaktiv olurlar.

İmpulsif spektrin bu 3 xəstəliyində də ortaq olaraq uşaqda istiqamətli valideyn empatisi, istilik və dəstək əksikliyi görülür. Hətta valideynlərin açıq bir laqeydliyi və ya uşağı sui-istifadəsi izlərinə rast gəlinir.  Narsistik insanlar uşaqlıq dövrlərindən  reallıqdan uzaq güc, gözəllik, intellekt (zəka) və qabiliyyətdən ötəri səthi bir omnipotent (gücü hər şeyə qadir) və grandiozite (böyüklük) hisslərini inkişaf etdirirlər. Bu hissləri onlara əks etdirən valideynlərin özlərində də narsistik şəxsiyyət xüsusiyyətləri müşahidə olunur.

Depressiv ruh halı narsizmdə ekstrimal şəkildə tez-tez rastlanılır. Özünə hörmət, nə qədər yaxşı-güclü olduqları və digər insanların bu vəziyyətə necə heyranlıq (hörmət) göstərdiyi ilə əlaqədar olaraq dəyişənlik göstərir. Cəmiyyət bu cür şəxsiyyətlərə immature (yetişməmiş) gözüylə baxır. Ümumi mənada, narsizm drammatik, artistik, atletik peşə işlərlə məşğul olan kəslərdə sıxlıqla görülür.

Açıqca grandioz, imtiyaz sahibi, özünə aid olanlarla həddindən artıq məşğul olan bu insanlarda daha dərin səviyyədə səthilik duyğusu, inferior (kəm) və dəyərsizlik hissləri müşahidə olunur. Olduqca tez inciyən narsistlər  tez-tez tənqidə əlverişsiz şəkildə həssaslıq göstərir və qəzəb reaksiyaları verərlər. Tərifi həqiqi mənada internalize (mənimsəyə) edə bilmirlər. Keçmişlərinə baxdıqda, özlərinə bağışlaya bilmədikləri narsistik xəsarət yaşadan insanlar və təcrübələr müşahidə olunur. Bu kəslərə qarşı kiçik hesab etməalçaldılma duyğuları və hələ də davam edən intiqam arzuları görülür. Boşluq duyğusu, dəyərsizlik, irrasional hirs ilə dolu keçmiş əhvalatları vardır. Digər insanlarla əlaqələri qısqanclıq və bəzən idealizasiyalarla yaxud develuasiya və manipulyasiya ilə birlikdədir. Bu sözlərin mənası narsistik adamın insanları öz ehtiyacları istiqamətində tez-tez çox qiymətli etməsi və sonra birdən dəyərini aşağı salmasıdır. Bu ucların arasında orta yol tapa bilmirlər. Həmçinin insan əlaqələri onları yenə öz ehtiyacları istiqamətində yönəldir. Onların gerçək duyğu və ehtiyaclarını, ancaq özlərini-öz ehtiyaclarını maraqlandıran bir istiqamət varsa maraq göstərərlər.

Bu pozuntu üçün etibarlı meyarlar, histerik (H), antisosial (A) və ya borderline şəxsiyyət pozuntusu (B) içində çox vaxt keçərlidir. Belə vəziyyətlərdə multipl (çoxlu) diaqnoz qoyulmalıdır.  Borderline’a görə narsizm’də qayğıya dözüm daha yüksək, asılılıq ehtiyacı daha azdır. İntihar cəhdləri borderline’a daha uyğundur.

Müalicədə narsistik şəxsiyyətlər daha az regrese (gərgin olmaq) olurlar. Narsizmdə borderline görə splitting (bölünmə) mexanizminin istifadəsi və ətraf mühitin xaotik persepsiyası daha az görülür. Narsizmin borderline şəxsiyyət pozuntusuna bənzər meyilləri vardır; təməldə düşmən kimi yanaşma, əlaqələri dəyərsizləşdirən yanaşma, xüsusiliyi bir-birinə zidd istiqamətlərin inteqrasiyasında davamlı yaşanan problemlər, duyulan dərin boşluq hissi və sıx görülən qəzəb partlayışları bənzər istiqamətlərdəndir.

Bu davranış bənzərliyi iki pozuntunun bağlı olduğu və borderline şəxsiyyət pozuntusu olan xəstələrin maturasiyanı (püxtəlik) keçdikcə narsistik şəxsiyyət pozuntusuna çevrildiyini göstərir. Ancaq böyük ehtimalla xəstələr hər iki pozuntuya sahibdir. Borderline`nin daha unstable (qeyri-sabit) xüsusiyyətləri, narsistik şəxsiyyətin daha stabil xüsusiyyətlərinə görə tez böyüyüb yetkinləşməsi və bu halın illər keçdikcə narsistik şəxsiyyət pozuntusunun diaqnozuna qarşı borderline xüsusiyyətlərinin silinib getməsinə səbəb olur.

Antisosial şəxsiyyət pozuntusu ilə müqayisədə bu pozuntunun narsistik şəxsiyyətə görə daha impulsiv istiqamətli olduğu deyilə bilər… Təhlükəli fəaliyyətlər və cinayət istiqamətli davranış, maddə asılılığı antisosialda ön plandadır. Əməyə meyillilik daha azdır. Amma hər iki pozuntunun bir yerdə olma ehtimalı normadan daha yüksəkdir.

İsterik şəxsiyyət pozuntusunda fərdlər, narsistik fərdlərə görə daha istiqanlı və asılılıq ehtiyacı narsistik şəxsiyyətin prioritetli olan mənlik dəyəri dəstəyi ehtiyacından daha qabaqda gəlməkdədir. Bununla birlikdə hər iki şahid xüsusiyyətləri arasında, göstərişlik , eqosentrizm olan insanlararası əlaqələrdə manipulyativlik vardır və fərqləndirici diaqnozu da  bəzən çətinliklə təyin olunur.

Obsessiv şəxsiyyət pozuntusunda daha çox günahkarlıq duyğuları və sərt yanaşma, daha az göstərişlik və başdan çıxarıcılıq özünü göstərir.

Kernberg kimi bəzi mütəxəssislər, grandiozite ilə idealizə etməyə və develue etmə meyli, erkən konfliktli əlaqələrin yetkin həyatdakı təkrarı şəklində şərh edirlər. Bu dünyagörüşü klassik konflikt və müdafiə mexanizmləri, bunlarla bağlı texnikalar baxımından uyğundur. Bu əsnada empatik bir mühit quraraq adamın bu təcrübələri birləşdirməsinə terapevt köməkçi olmalıdır .

Nərmin Quliyeva

Xəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi

Share to Odnoklassniki