Tanınmış psixoloq, Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri Elnur Rüstəmovun “X-Lady” romanı “Hədəf” Nəşrlərində işıq üzü görüb.
Hədəf Nəşrlərindən ATVxəbər.az-a verilən məlumata görə “X-Lady” müəllifin ilk romanıdır. Romanın naşiri Müşfiq Xan, məsləhətçisi Narınc Rüstəmova, redaktoru Cəlil Cavanşirdir. Kitabın korrektorları Fəridə Ağaverdiyeva, Fəridə Nadirqızı, Nərmin Quliyeva, mətn tərtibatçısı Rövşən Yerfi, dizayneri Teymur Fərzidir.
“Psixologiya dünyası” seriyasından çap olunan romanın yaxın günlərdə təqdimatının keçiriləcəyi gözlənilir.
Elnur Rüstəmov açıqlamasında bildirib ki, “X Lady” romanı Azərbaycanda öz janrında bir ilk hesab oluna bilər. “Roman konsultativ roman janrında qələmə alınıb və bildiyim qədər bu janrda yazılmış hələlik yeganə romandır. Gələcəkdə bu janrda növbəti romanlarımı oxuculara təqdim edəcəyəm. Düşünürəm ki, peşəkar psixoloqun qələmə aldığı roman həm də maarifləndirici, bədiiliklə elmi özündə birləşdirməyi bacarmalıdır. “X-Lady” məhz bu xüsusiyyətlərinə görə kitab bazarımızdakı digər romanlardan seçiləcək. Psixologiya və ədəbiyyat həvəskarları, eyni zamanda psixalogiya sahəsində fəaliyyət göstərən həmkarlarım üçün də bu romanın faydalı olacağına inanıram.”
Xatırladaq ki, Elnur Rüstəmov peşəkar psixoloq kimi fəaliyyət göstərir.
http://atvxeber.az/news/culture/4125-x-lady-cap-olundu#.VF4kMYTcOuc.facebook