Günümüzdə psixodiaqnostika psixoloqlar ve psixiatrlar tərəfindən yüksək dəqiqliklə müsahibə və psixoloji testlər vasitəsilə həyata keçirilən bir psixoloji vasitədir. Uşaq ve yeniyetmələrlə aparılan psixodiaqnostikalar zamanı uşaq və yeniyetmələrlə yanaşı onları psixoloji diaqnostikaya gətirən valideynlərlə və ya valideynləri əvəz edən digər şəxslərlə də müsahibə aparılır.
Müsahibə yolu ilə ilkin olaraq müraciət edəndən anamnez toplanır, yəni psixoloji narahatçılığın tarixçəsi öyrənilir. Neçə müddətdir bu narahatçılığı var və bu narahatçılıq zamanı hiss etdiyi, ortaya çıxan əlamətlər hansılardır? Bu narahatçılıq yaranmadan öncə hər hansı bir yüksək gərginlik, stress keçiribmi? Və s. bu kimi suallar verilir. Alınan cavablara əsasən ilkin olaraq müraciət edənin psixoloji narahatlığı ilə bağlı bir psixoloji xəritə hazırlanır. Təbii ki bununla kifayətlənmək olmaz. Daha sonra müraciət edən narahatçılığına uyğun olaraq bir neçə psixoloji testlərdən keçirilir. Və son olaraq müraciət edəndə hansı psixoloji narahatçılıq olduğu müəyyən edilir və qoyulan diaqnoza uygun olaraq psixoloji seansların sayı, həftədə neçə dəfə gələcəyi müəyyənləşir. Nəzərinizə çatdırmaq istəyirik ki, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzində psixodiaqnostika zamanı müsahibə və psixoloji testlərlə yanaşı eyni zamanda beyin dalğalarının fəaliyyətini müəyyən etmək üçün QEEG aparatımızdan da istifadə olunur və orda alınan nəticələrə uyğun olaraq NFB, tDCS, Beta Alfa, VR kimi cihazlardan istifadə edilir. Eyni zamanda psiokorreksiya prosesində tətbiq olunan cihazlar da var ki, onlar da psixoloji problemlərin tez bir zamanda aradan qaldırılmasına kömək edir. Onu da xüsusən qeyd etmək istəyirik ki, müraciət edən şəxsdə əgər psixiatrik və ya nevroloji narahatçılıq varsa paralel psixiatr və ya nevroloq yoxlanışına da yönləndirilir.
Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, psixoloq Aydan Nəzərova