Bağlanma uşağın ilk dünyaya gəldiyi andan etibarən uşaqla ona baxan şəxs arasında formalaşır. Bu şəxs adətən ana olsa da bəzən ata, nənə ya da uşağın dayəsi ola bilər. Uşağa baxan şəxs onun təlabatlarını nə qədər yaxşı ödəyərsə bağlanma da bir o qədər sağlam olar. Təlabatlar dedikdə ilk növbədə yemək, təmizlik nəzərdə tutulur, amma duyğusal ehtiyacların ödənməsi də çox önəmlidir.Bağlanma nə qədər sağlam olarsa şəxsi həyatdakı seçimlər də bir o qədər uğurlu olar.
İnsanın bağlanma stilləri güvənli və güvənsiz olmaqla iki hissəyə ayrılır.Təlabatlar vaxtında və doğru ödənilmədiyi zaman güvənsiz bağlanma yaranır. Həmin şəxslər daim qayğılı və təşvişli olurlar. İstər dostluq, istərsə də şəxsi seçimlərində bir qədər uğursuzdurlar. Tərk edilmə qorxusu yaşayırlar. Uzaq məsafə münasibəti onlarlıq deyil. Ayrılığı isə qəbullanmaqda çətinlik çəkirlər.
Güvənli bağlanma da isə əksinə təlabatlar vaxtında və doğru ödənilmişdir. Şəxs sevildiyinin fərqindədir. Həm dostluq,həm də sevgili seçimləri daha uğurlu olur. Münasibətlərində güvənli və anlayışlıdırlar.
Müəllif: Psixologiya Elmi-Tədqiqat İnstitututnun əməkdaşı, psixoloq Fidan Abilli Əliyeva