Piqmalion effekti

b940e7db-615f-433b-93ed-f2cf98914c93

Ətrafımızdakı insanlar bizim performansımıza necə təsir edirlər?

Piqmalion effekti Robert King Mertonun “Self fulfilling prophecy” (özünü gərcəkləşdirən kəhanət) anlayışından yaranıb.

Gözlənti = nəticə

Piqmalion effekti insanların bizdən gözləntisinin bizim performansımıza böyük təsir göstərdiyini iddia edir.

Kaliforniyada məktəblərin birində belə bir təcrübə aparılır. Bütün uşaqlar IQ testindən kecrilir və daha sonra aralarından orta nəticəli bir neçə şagird təsadüflə secilir və müəllimlərə uşaqların özlərinə deyilməmək şərti ilə bu şagirdlərin çox üstün zəkalı olduğu və gələcəklərinin çox parlaq olduğu deyilir. Müəllimlər şagirdlərin əslində orta nəticəli şagird olmalarından xəbərsizdirlər. Əsl test nəticələrini sadəcə tədqiqatı aparanlar bilir.

Tədqiqatçılar bir il sonra seçilmiş olan bu şagirdləri yenidən IQ testindən keçirdirlər və IQ-nin artdığını müşahidə edirlər.

Əsasən uşaq yaşlarında müəllimlərin uşaqların potensialına qarşı davranışı uşaqların naliyyətlərinə təsir edir.

Robertə görə uşaqların bu inkişafı müəllimlərin davranışındakı 4 faktorla bağlıdı.

1) Mühit -müəllimlər öyrənmə potensialı olan uşaqlardan sözlü və davranış olaraq daha isti öyrənmə mühiti yaradırlar.

2) Öyrənmə miqdarı-daha çox bilik və məlumat verirlər.

3) Cavab vermək fürsəti-bu uşaqlara daha çox, daha ətraflı cavab vermələri üçün fürsət yaradırlar.

4) Geri bildirim- müəllimləri tərəfindən daha çox geri bildirim alırlar, bu uşaqlar səhv cavab verəndə müəllimlər səhv deyib keçmirlər, niyə səhv etdiyini araşdırır və təkrar izah edirlər.

Piqmalion effekti bizə bunu deyir ki, doğruluq subyektivdir və bu doğruluğu ətrafımız, ailəmiz, dostlarımız, cəmiyyət manupilasiya edə bilər. Uğurlarımız, davranış və düşüncə şəkilimiz və özümüzlə əlaqəli fikirlərimizə ətrafımızdakı insanlar təsir edə bilir və biz də bu insanların bizdən gözləntilərinə görə şəkillənirik. Təbii ki, burada bunu da vurğulamaq lazımdır, piqmalion effekti hər kəs hər şeyi edə bilər demir. Fiziki və zehni yetərsiz insanlardan çox yüksək gözləntimiz olarsa, bu o insanları stressə sala bilər və tamamən tərs effekt yaradar. Yəni ətrafımızdakı insanlardan gözləntilərimiz adekvat səviyyədə olmalıdır.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, psixoloq Nərmin Vəliyeva

 

 

 

Share to Odnoklassniki