Həyatımıza rəng qataq!

Desktop-Full-HD-Wallpapers-Downloadha-14

~Qırmızı sevgi rəngidir~

~Qızıl əşyalar enerjimizi artırmağa kömək edir~

Biz doğulduğumuz andan ana təbiət bizi öz rəngarəng dünyasının ağuşuna alır. Allahın bəxş etdiyi gözəlliklərin, möcüzələrin, rənglərin sehrli dünyasında dünyaya göz açırıq.

 Masmavi dəniz, yamyaşıl meşələr, dünyanı işiqlandıran sapsarı günəş… Demək, doğulduğumuz gündən beynimiz bu rəngli aləmdəki rənglər ilə zənginləşir və insanın havaya, günəşə, suya tələbatı kimi ruhumuzda rənglərə müəyyən tələbatlar əmələ gəlir.

Rənglərin dili

Qırmızı – canlılıq və dinamizimlə bağlı bir rəngdir. Bir işi axıra qədər görən, əzmli, səmimiyyətdən xoşlanan insanların seçimidir. Diqqət çəkmə özəlliyi var. Məsələn, işiqforun qırmızı işığı  beynimizə dur əmrini verir. Zamanı və məkanı unutdurur. Enerjini və iştahı artırır. Misal üçün, qida sektorunda daha çox istifadə olunur. Qırmızı həm də sevgi  rəngidir. İnsanı sevməyə ruhlandırır. Ona görə bəzən qırmızını sevən insanların rəngi adlandırırlar.

Sarı – zəka, incəlik, praktikliklə bağlıdır. Birlikdə işləməyə sövq edir. Zehni açır və neqativ enerjilərin bizi vurmasını əngəlləyir. Bizi bəzi qayda və qanunlardan, çərçivələrdən çıxarır və daha sərbəst edir. İnsana sevinc hissi aşılayır, yorğunluğu azaldır və gümrah edir. Əgər günə yorğun və kefsiz başlamısızsa, həmin gün üstünüzdə sarı aksessuar daşımağınız məsləhətdir. Qızıl əşyalar da enerjimizi artırmağa kömək edir.

Yaşıl – ahəng, hüzur, rahatlıq, səbir və islamın rəngidir. İnsandakı ruhi  yorğunluğu göturmə özəlliyi var. Güvən verən, inam aşılayan bir rəngdir. Xəstəxanalarda əməliyyatlar zamanı həkimlər yaşıl önlüklər geyirlər. Yaşıl təbiət ananın, qəlbimizin, ağ ciyərlərimizin rəngidir. Yaşıl rəng hadisələrə hakimiyyətimizi artırmağa, mənəvi dünyamızı rahatlandırmağa köməklik göstərir. Əsəbləşdiyiniz an yaşıla baxın, çünki yaşıl terapiyadır. Beynimizi və sinirlərimizi sakitləşdirir. Cildi qoruma özəlliyi var.

Mavi - aydın səmanın, geniş üfüqün rəngidir. Sonsuzluğa cağırış, ruhi rahatlıq, mənəvi təkamülün  dənizlərin rəngidir. Mavi ruhumuzu sakitliyə, hüzura səsləyir. Əgər yorğun və narahatsız, beyninizin sakitliyə və bu həyatın sürətindən uzaqlaşıb dincəlməyə ehtiyacınız varsa, gedin və uzun müddət dənizə baxın. Qırmızıdan fərqli olaraq mavi qanın axınını yavaşlandırır. Mavi rəng istər-istəməz insanı sakitləşdirir. Nəzərinizə çatdıraq ki, İsveçdə bir körpü mavi rəngə boyandıqdan sonra intiharların sayı azaldı. Kilo vermək istəyən xanımlara yeməklərini  mavi  rəngli boşqablarda yemək məsləhətdir.

 - saflıq, təmizlik, yeni başlanğıcların və sülhün rəngidir. Ağ müqəddəslik duyğusunun rəngi sayılır. Ağ rəngi sevən insanlar təmizliyə, saflığa və münasibətlərdə aydınlığa daha çox fikir verirlər. İnsanlar bəzən keçmişi  xatırlamaq istəmədikdə həyatlarında yeni bir ağ səhifə açmaq istəyirlər. Bu da öz növbəsində ağın yeniliyə açılan bir qapının rəngi olduğunu bildirir.

Qəhvəyi – təbiətin, payız fəslinin rəngidir. Plan və sistemin, həqiqiliyin rəngidir. İnsanlar üzərində canlılıq, hərəkətlilik təsiri var. Qəhvəyi rəngin bol olduğu yerlərdə uzun müddət oturmaq olmur ona görə də  “Fast Food” restoranlarında çox istifadə olunur. Ye və sürətlə çıx əmrini verir. Bəzən də bizi qəmli fikirlərə sövq edir. Yarpaqların saralıb tökülməsi  bizə ömrümüzün sürətlə keçib getdiyini  xatırladır.

Yerkökü – Güc, dözümlülük rəngidir. İstiliyi, atəşi və təlaşı anladır. Nəşə  və müdrikliyin  simvoludur. İnsanlarda sosiallaşmaq duyğusunu artırır. Amma, tamamilə bu rəngə boyanmaq məsləhət deyil. Xırda aksessuarlardan istifadə  daha təsirlidir.

Əziz oxucular, rənglərin dünyası danışmaqla bitmir. Tanrının rənglərlə yaratdığı möcuzələri bizi  hər gün heyrətləndirməyə davam  edir. Bizə rəngli aləmdə bu qədər gözəl  rənglər bəxş  etdiyinə görə  Allaha şükür edirik. Allah dünyanı bu qədər  rəngarəng   yaratdığı  halda bizim də  borcumuz öz dünyamızı  rəngləndirməkdir.

Lalə Əhmədova

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

Share to Odnoklassniki