11.10.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin aylıq iclası keçirildi. İclasda Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru Aydan Nəzərova, Psixologiya Elmi-Tədqiqat İnstitutunun Yaş və İnkişaf Psixologiyası şöbəsinin müdiri Mətanət Əliyeva, Psixologiya Elmi Tədqiqat İnstitutunun Beyin və Davranış Tədqiqatları Laboratoriyasının icraçı direktoru Nadir Əlirzalı və Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin əməkdaşları iştirak etdilər. Kollektiv ilə konsilium keçirildi, qarşıda həyata keçirilməsi nəzərdə tutulan ideyalar müzakirə edildi və eyni zamanda mütəxəssislərin ixtisasartırma kurslarında aktiv iştirakı, yeni bilik və bacarıqların mənimsənilməsi, daha keyfiyyətli xidmətin verilməsi istiqamətində fikir mübadiləsi aparıldı, təkliflər dinlənildi. İclasın sonunda məmnuniyyət rəylərinin çoxluğuna görə Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin əməkdaşı, psixoloq Emilya Nəsibovaya və Neurofeedback üzrə mütəxəssis Sevil Cavadovaya təşəkkürnamə təqdim edildi.
Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin aylıq iclası keçirildi
Özgüvən əksikliyinin ən çox görülən 7 əlaməti
Diqqət Əskikliyi və Hiperaktivlik Pozuntusu və onun müalicəsində Neurofeedback aparatının rolu