Empatiya məşqləri

283606723_3116622921891502_8096861856220160637_n

Əgər münasibətdə problem yaşadığınız insan varsa və hər ikiniz də bu problemi aradan qaldırmaq istəyirsinizsə nə edə bilərsiniz?
İkiniz də qarşı-qarşıya oturursunuz. Və ikinizdən biriniz 30 saniyə ərzində istədiyi məsələ ilə bağlı danışır. Daha sonra digəri növbəti 30 saniyə ərzində onun danışdıqlarından nə anladığını izah edir. Əskik izah etdiyi bir şey olarsa danışan bunu bildirir. Daha sonra rollar dəyişilir. Beləcə bu məşqi gündə 15 dəqiqə edin. Hansınızın birinci başlanmasının önəmi yoxdur. Onsuz da bir dəqiqədən bir rollar dəyişir. Bunu problem yaşadığınız həyat yoldaşınız, sevgiliniz, övladınız, valideyniniz və ya dostunuzla edə bilərsiniz. Əsas odur ki, hər ikiniz də münasibətinizə yaxşılaşdırmaq istəyəsiniz. Bu məşq sizin dinləmə və yanlışlığı səbrlə izah etmə qabiliyyətinizi xeyli inkişaf etdirəcək.

Share to Odnoklassniki