Kiçik məktəblilərdə intellktual qabiliyyətlərin inkişakı metodologiyası
- Home
- Xəbərlər
- Kiçik məktəblilərdə intellktual qabiliyyətlərin inkişakı metodologiyası
Açar sözlər: kiçik məktəbli, intellekt, intellektual qabiliyyətlərin inkişafı, evristik təlim metodları, Veksler testi.
Dövrümüzdə məktəbin başlıca vəzifələrindən biri intellektual
şagird yetişdirməkdir. Qeyd edək ki, dövrümüzdə təlim prosesində şagirdlərin intellektual səviyyələri ilə akademik uğurları arasındakı əlaqənin xüsysiyyətləri təlimin keyfiyyətinin yüksəldilməsi baxımından maraq doğuran məsələlərdən biridir. Bu baxımdan psixometodik üsullarla şagirdlərin intellektual qabiliyyətlərinin ölçülməsi mühüm əhəmiyyət kəsb edir. S.L.Rubinşteyn göstərir ki, eksperimental situasiyada təfəkkürün öyrənilməsi üsulları müvafiq qaydada işlənilərsə, bu, təfəkkür tərbiyəsinin pedaqoji metoduna çevrilə bilər [3;79]. Bu məsələ ilə bağlı professor Ə.Ə.Əlizadə təfəkkürün psixologiyasının eksperimental metodikalarla zənginliyini qeyd edir[1]. Məktəb təcrübəsində uşaqlarda təfəkkürü inkişaf etdirərkən sınaqdan çıxmış eksperimental üsullardan pedaqoji kontekstdə az istifadə edildiyi müşahidə edilir. Lakin bir sıra qabaqcıl müəllimlərin və tədqiqatçıların bu istiqamətdə olduqca ma- raqlı fərdi təşəbbüsləri vardır. Fikrimizcə, hafizə məktəbindən təfəkkür məktəbinə keçid mərhələsində şagirdlərdə məntiqi, tənqidi və yaradıcı tə- fəkkürü inkişaf etdirməyə xidmət edən metodikalar təlim prosesində geniş şəkildə tətbiq edilməli, təhsilin məzmunu və təlim strategiyaları bu məqsədə istiqamətlənməlidir.
Azərbaycan alimləri Ə.Bayramovun “Ęagirdlərdə əqli keyfiyyətlərin inkişaf xüsusiyyətləri”, Ə.Ə.Əlizadənin “Müasir Azərbaycan məktəbinin psixoloji problemləri”, “İstedadlı uşaq- ların psixologiyası”, A.O.Mehrabov və E.B.Bəylərovun “Ęagird intellek tinin inkişafı” əsərləri və s. bu mövzuya həsr olunmuşdur. Onlar qeyd etmişlər ki, şagirdlərin intellekt səviyyəsinin inkişafı onların fizioloji inkişafı ilə bağlı öyrənilməlidir.
Davamı Psixologiya Elmi-Tədqiqat İnstitutu Facebook səhifəmizdə…