Qadınlar münasibətdən nə gözləyir ?
Xüsusilə, yetkinlik dövründə özümüzə yaratdığımız ikinci uşaqlıqla bağlı nələrsə etmək istəyirəm deyirsinizsə, hər gün görə biləcəyiniz yerlərə bu qeydi yerləşdirin:
Seçim şansım həmişə var. Öz gücümə və potensialıma güvənmək istəyirəm. Hazır olduğum zaman çıxış biletimi istifadə edə bilərəm.
1. Əvvəlcə romantik münasibətlərin şərtsiz sevgini əhatə etmədiyini xatırlatmalıyıq.
2. Şərtsiz sevgi, valideyn-övlad arasında olur; hətta əksər hallarda şərtsiz sevgini övlad valideyninə verir. Valideynin uşağa şüuraltı olaraq tam gözləntisiz, şərtsiz sevgi verməsi olduqca çətin bir məqamdır.
3. Yetkin şəxs, partnyorunu “hər nə olsa da”, “hər şeyə rəğmən” və “mənfi hallara fikir verməyək” prinsipləriylə sevməyə başladığı zaman həmin münasibət basdırılan neqativ hisslərin bir gün çox ciddi şəkildə ortaya çıxma ehtimalı ilə yaşanır. Çünki sağlam münasibətdə emosional təmin olunma, məmnunluq və qarşılıqlılıq prinsipi əsasdır.
4. Qarşılıqlılıq prinsipi nədir?
Nəyə, nə zaman ehtiyacımızın olduğunu və niyə narahat olduğumuzu ifadə etmək və qarşı tərəfin dediyi tələbi şəxsi gözləntilərimizi kənara qoyaraq başa düşməyə çalışmaqdır.
5. “Mən sənə ehtiyaclarımı desəm, sən görərsən; sən mənə ehtiyaclarını desən, mən görərəm”. Bunu rəqsə bənzətsək: bu rəqs əlbəttə ki, bəsit deyil. Bəzən birinin addımları böyüdüyü zaman digərininki qısalıb sürətlənə bilər. Ritmə görə dəyişə bilər.
6. Çıxış bileti var: yetkin olmağın ən böyük üstünlüyü həyatdakı nəzarətin əlimizdə olmasıdır. Uşaqkən emosional tələbatlarımızın qarşılanmadığı evlərdə böyüsək də, başqa valideynlər seçmə şansımız yoxdur. Amma indi, ailəmizdə xoş qarşıladığımız və tolerant yanaşdığımız şeyləri çarəsiz qəbullanmaq məcburiyyətində deyilik. Baxın, bu da “yetkin olmağın gücü”dür.
7. Ödənməyən tələbatlarımız və ya neqativ tərəflərimiz üçün digər insanları günahlandırdığımız zaman seçim gücümüzdən imtina edib, özümüzü “oğurlamış” oluruq. Gücümüzdən imtina etdiyimiz zaman yetkinlik yaş dövründə özümüzə ikinci uşaqlıq yaratmış oluruq.