Günəşin doğduğu üfüqdə,ümidə gedən bir yol var …
Hər insanın həyatında bu qədərdə olmaz dediyi bir hər şeyin mənfiyə düşüş yaşadığı bir dönəm olur.Hər şey üst-üstə gələ bilər,itki,qəza,seçim qarşısında qala bilərsiniz.Ən yorğun və ən ümidsiz olduğunuz bir anda Allah heç ummadığınız bir qapıyı açar və deyər; ”Yürü ya qulum”
Nə qədər çətində olsa,xəstəlik,yoxsulluq,işsizlik ümidinizi itirməyin.
Hər şeyi yenidən 0-dan başlamaq əlbətdəki çətindir,sizi başa düşürəm ancaq mümkünsüz deyil.
Yol uzun, sınaqsa çoxdur.
Heç bitməz dediyiniz günlər bitmədimi?
Bu cür çətinliyə mən qatlaşa bilmərəm,mən buna dözə bilməyəcəm dediyiniz hər şeylə sınanmadınızmı?
Elə isə küsəcək və ümidsizləşəcək,üzüləcək zamanınızın olmadığını hələ də anlamadınızmı?
Keçmiş çiyninizdə daşıdığınız ağır bir yükdür,o yükdən qurtulmağa çalışın.Nə qədər ki,siz o yüklə hərəkət etməyə çalışırsız yorğun,ümidsiz,əsəbi,gərgin olacaqsınız.
Məncə elə indi bütün keçmiş mənfi xatirələri atır.
Həyata yeni başlamış kimi tər-təmiz yeni və gözəl günlər üçün bir səhifə açın və xəyallar qurun hər şey gözəl olacaq çünki,doğduğu üfüqdə, ümidə gedən bir yol var.