Niyə tez-tez “hə” deyirik ?!
- Home
- Kateqoriyasız
- Niyə tez-tez “hə” deyirik ?!
Heç düşünmüsünüz ki, niyə biz “yox”dan çox “hə” deyirik? Çünki içimizdən “yox” səsi gələndə belə həmsöhbətimizə “hə” deyirik. Ola bilsin ki, biz münaqişə vəziyyətlərindən bu şəkildə qaçmağa və ya məqsədlərimizə bu holla çatmağa öyrəşmişik.
“Yox” deməklə hər hansı bir dostumuzu və ya yaxşı bir işi itirə biləcəyimizi düşünürük. Yəqin ki, bu hekayə uşaqlıqdan başlayır. Və bu hekayə uşağın valideynləri ilə münasibətindən qaynaqlanır ki, bu da əslində uşaq üçün olduqca böyük əhəmiyyət kəsb edir. Hər şey valideynlərdən asılıdır. Uşaq nə geyinəcək, dostlarıyla harasa gedəcək, yeməkdən doyacaq? Buna görə də artıq təcrübə formalaşdığı üçün bir çox situasiyadan qaçmaq məqsədilə şüuraltında “hə” deyirik, amma eyni yolda davam etmirik.
“Hə” deyəndə psixikamız bununla razılaşır, öz maraqlarımıza və prinsiplərimizə zidd olanda isə tamam əks reaksiya verir. Bu cür hərəkətlər daxili konfliktə səbəb olur və bu, ümumiyyətlə psixikanın narazılıq səbəbindən xroniki gərginliyə çevrilir.
Bu gün artıq hər birimiz yetkin şəxslərik və prinsip etibarilə müstəqilik. Bütün situasiyalarda bu şəkildə davranmaq bizdə heç bir müsbət dəyişikliyə səbəb olçayacaq. Uyğunluq və zadəganlıq yaxşıdır, amma bəzən öz ehtiyaclarımızı kənarlaşdıraraq özümüzü unuduruq. İnsanlar buna alışır və biz istənilən manipulyasiyaya məruz qalırıq.
Bu dairədən necə çıxacağınızı öyrənmək istərdiniz?