Həyat 3 dəfə taxtaya vurmaqla özümüzü qoruyacağımız qədər bəsit deyil .
Bizi nə qoruyur?
Qara pişik görəndə saçımızı dartmağımız,
Hər cür ehtimalından qaçdığımız şeyi eşidəndə 3 dəfə taxtaya vurmağımız,
Nərdivanın altından keçməməyimiz,
Ayaqqabının ilk sağ tayını geyinməyimiz?
Bilmirəm. Bəlkə də heç biri. Təhlükəsizliyimizi təmin eləməyə də bilərik. Onsuz da bir hadisə olacaqsa, olacaq.
Bildiyim yeganə şey başımıza gələn hadisələri “ancaq məni tapan hadisələr” kimi dəyərləndirdiyimiz və bizi qorumağını gözlədiyimiz davranışlarımızdan kömək gözləməyə başladığımız vaxtlarda vəziyyətin daha da pisləşməsidir. Hər şey pis olanda onun üzərinə inadla gedərək qorxumuzun öhdəsindən gələ bilərik. “Daha pisi olacaqsa olsun, hazıram” derik. Və sanki görünməz bir müdafiə divarı o anda bizi qorumağa başlayar. Qorumaq dedikdə isə mübarizə aparmaq üçün cəsarətlənməyə başlamağımızı nəzərdə tuturam. Sonra birdə görürük ki, artıq hər şey bitib…
Fəlakətdən qaçmağa çalışsanız da, təəssüf ki, mövcud şərtlər və seçimlər sizi ora yönəldəcək… qarşısını nə qədər almağa çalışsanız da mümkün olmayacaq.
Uşaqlar və gənclər problemlə qarşılaşdıqları zaman tez həll yolunu axtarırlar. Haqlıdılar, çünki artıq hər şey çox sürətlidir. Məsələn: youtubeda videonu tez qabağa çəkib filmin son səhnəsinə baxmaq varkən niyə gözləsinlər ki?
Amma başına pis bir hadisə gəldiyi zaman onlara mübarizə aparmağı öyrətməliyik. Öyrətməsək, yaşayacaqları pis hadisələrlə mübarizə aparmaq yollarını öyrənmək yerinə sadə və qısa üsulla müdafiə yollarını tapmağa çalışacaqlar. Kimdənsə kömək gözləyəcəklər. İşləməyib “yaxşı bir evlilik” edəcəklər. Qalanı isə frusturasiya… gücsüzlük hissi… həyata üsyan… depressiya…
Xülasə, uşaqlara və gənclərə verəcəyimiz ismarış: həyat sadə yer deyil. Amma kafi mübarizə bacarığı formalaşdırsanız, əyləncə mərkəzindəki sürət qatarı kimi eniş-çıxışları olan çox əyləncəli bir yerə çevriləcək